Icma.az
close
up
RU
Qələbəyə bir neçə saat qalırdı...

Qələbəyə bir neçə saat qalırdı...

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 8 noyabr, AZƏRTAC

Ən ağrılısı odur ki, dişinlə-dırnağınla, bütün varlığınla hansısa məqsəd uğrunda çalışasan, çox böyük qurban, itki və əziyyət bahasına həmin məqsədə çatasan, amma onu görməyəsən, yaşamayasan. Adamı göynədən odur…

Mayor Fərid Ələkbərovun həyatında da elə olub. Vətən sevdalı zabitin döyüş yolu 2020-ci il sentyabrın axırlarında Vətən müharibəsində başlayıb. Murovdağda qarlı aşırımın keçilməz yüksəkliklərinin alınmasında fəal iştirak edən, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərən, Xankəndi – Şuşa yolundakı dolaylarda gedən qanlı döyüşdə düşmənlə üz-üzə savaşan Fərid həmin döyüşdə qəhrəmancasına şəhid olub. Onun ən böyük amallarından, arzularından biri Xankəndiyə bayraq sancmaq idi. Az qalmışdı, lap az. Amma həyatına son qoyan düşmən gülləsi onu arzusuna çatmağa imkan vermədi.

O, Ermənistan silahlı qüvvələrinin sərhədboyu ərazilərlərdə törətdiyi ardıcıl təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlayanda döyüşdə olduğunu heç kəsə deməmişdi. Vətən müharibəsindən bir müddət əvvəl Gəncədə yaradılan könüllü dəstədə günlərlə təlim keçib, könüllülərə minaatanların döyüş qaydalarını öyrədib. Sonra Füzuli bölgəsinə gedərək təlimləri dağ-çöl şəraitində həyata keçirib.

Sentyabrın axırlarından başlayaraq 42 gün Murov silsiləsindəki yüksəkliklərin, Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda düşmənə qarşı qəhrəmancasına döyüşüb. Noyabrın 7-də sonuncu dəfə anası ilə danışıb: “Şuşa azad edilib, ana! Tez-tez zəng edə bilməyəcəyəm. Telefonla əlaqə saxlamaq imkanı olmaya bilər. Dağlıq ərazidir, şəbəkə tutmaya bilər, sən narahat olma”.

Noyabrın 8-də ermənilər Şuşaya yenidən hücum etməyə cəhd göstəriblər. Fərid tabeliyində olan döyüşçülərlə onların təxribatının qarşısını alaraq ölümünü gözə alaraq döyüşüb. Düşmən minaatanlarla taboru aramsız atəşə tutduğundan Fərid ayağından qəlpə yarası alıb. O, kəmərlə ayağını sıxaraq döyüşə davam edib və bunu əsgərlərə bildirməyib. Onların mövqeyi təhlükəli olsa da, sona qədər döyüşüblər. Vəziyyətin təhlükəli hal aldığını görən ermənilər Xankəndidə həyəcan siqnalı veriblər. Onlara köməyə gələn dəstə də geri oturdulub. Lakin Fərid ona tuşlanan düşmən atəşindən yayına bilməyib və noyabrın 9-da şəhadətə yüksəlib.

Bəlkə də o, Vətən müharibəsinin son günündə dünyaya göz yumanlardan, sonuncu şəhidlərdən olub. Möhtəşəm Zəfərə, Qələbəyə bir neçə saat qalırdı…

Meyiti bir neçə gün düşmənin atəş nöqtələri altında qalıb, noyabrın 16-da II Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

AZƏRTAC xatırladır ki, Fərid Tahir oğlu Ələkbərov 1980-ci il iyulun 18-də Bakıda anadan olub. Əslən Nardaran kəndindən olsalar da, köhnə “Sovetski” adlanan ərazidə yaşayıblar. İlk təhsilini Nəsimi rayonundakı M. Müşfiq adına 18 nömrəli məktəbdə alıb, sonra Səbail rayonundakı 190 nömrəli orta məktəbdə təhsilini davam etdirib. Məktəbdə oxuyarkən idmanla, xüsusilə, şahmatla maraqlanıb.

1996-cı ildə İstanbul Kuleli Hərbi Liseyinə daxil olub. 4 il dərslərinə, təlimlərə məsuliyyətlə yanaşıb, verilən tapşırıqları qüsursuz yerinə yetirib. 2000-ci ildə təhsilini bitirəndən sonra Ankara Quru Qoşunları Hərb Məktəbinə daxil olub və 2004-cü ildə təhsilini başa vurub. Sonra İsparta şəhərindəki Dağ Komando Məktəbinə daxil olub. Burada dağ şəraitindəki çətin təlimlərdən bacarıqla keçib və məktəbi uğurla bitirib. Fərid hərbə aid təlimlərdə özünü sınayıb. 2005-ci ildə Polatlı Topçu Məktəbində də təhsil alaraq hərbin daha çox sahələrini incəliklərinə qədər öyrənib və məktəbi fərqlənmə diplomu ilə başa vurub.

Qardaşı Rüfət onda əsl hərbçi, zabit keyfiyyətlərinin olduğunu deyib: “O, həm qardaşım, həm də dostum olub. Həmişə bir-birimizə arxa olmuşuq. Məktəbdə oxuyanda dərslərinə çox yaxşı hazırlaşırdı. Əsasən, tarixlə, tarixi şəxsiyyətlərlə maraqlanırdı. Onlar haqqında məlumatlar toplayırdı. Fərid uşaqlıqdan çox çevik və qorxmaz idi. Həmişə güclülərlə mübarizə aparmağı sevirdi. Peşəsinə çox bağlı və sədaqətli idi. Vətən müharibəsindən əvvəl döyüş əməliyyatlarının başlanacağı barədə müxtəlif söz-söhbətlər gəzirdi, bu barədə ondan soruşanda həmişə sualdan yayınar, başqa mövzuda danışardı. Fəridin itklisindən sonra onun ad günlərini məzarı başında keçirməyi adət etmişik. Artıq beş ildir ki, belədir”.

Anası Şükufə Hüseynova ürək ağrısı ilə danışıb: “Fərid yaxşı ailə başçısı, ata idi. Evdə olanda səhər yeməyində süfrəni özü hazırlamağı sevərdi. Qabların eyni olmasına, süfrədə düzülüşünə, təmizliyinə xüsusi fikir verirdi. Hər şeyə yanaşmada onda bir zabit səliqəsi var idi. Fərid həmişə mənimlə görüşməyə mülki paltarda gələrdi. Amma Vətən müharibəsi ərəfəsi görüşməyə gələndə hərbçi paltarında idi. Dedim, niyə belə geyinmisən? “Təlimə gedəcəyəm”,- dedi. Sonradan bildim ki, bizi həyəcanlandırmamaq üçün belə söyləyib. Beş ildir ki, onun ətrini nəvəm Tahirdən alıram. Nə qədər canım var, yaşayıram, onun yadigarı, 8 yaşlı Tahirin böyüyüb, təhsil alması üçün çalışacağam”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see528

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see271

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see259

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see253

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see244

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see242

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see239

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see234

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see226

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see224

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see220

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see213

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see212

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see210

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see204

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see198

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see197

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see194

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see191

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri