Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Qalib xalqın qüdrətli dövləti

Qalib xalqın qüdrətli dövləti

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Tarix bəzən səssiz yazılır, amma onun elə səhifələri var ki, hər sətri xalqın nəfəsi, hər cümləsi qəhrəmanların qanı ilə suvarılır. 8 Noyabr – Zəfər Günü o səhifələrdəndir. Bu gün Azərbaycan xalqının yenilməzliyinin, dövlətimizin əzəmətinin, ordumuzun şücaətinin təntənəsi sayılan o möhtəşəm gündən beş il keçir. Bu gün Azərbaycan xalqı yalnız Zəfər Gününü deyil, həm də Böyük Qələbəmizin şanlı 5 illik yubileyini qürurla, Vətən sevgisi ilə qeyd edir. Beş il öncə, 2020-ci ilin noyabrında, üçrəngli Bayrağımız azad Qarabağ səmasında dalğalananda xalqımızın yüzillik arzusu gerçəyə çevrildi. O gün Azərbaycan tarixi yeni mərhələyə qədəm qoydu – ədalətin, milli birliyin və qəhrəmanlıq salnaməsinin zirvəsinə yüksəldiyi mərhələyə.

Uzun illər boyu ürəyimizdə daşıdığımız nisgil 2020-ci ilin payızında ümidə, sonra isə qürura çevrildi. 44 gün boyunca səngərlərdə döyüşən igidlərin addımları ilə tariximizin istiqaməti dəyişdi. Hər bir atəşin sədasında xalqın haqq səsi, millətin dirçəlişi eşidilirdi. Bu Zəfər təkcə silahın gücü ilə deyil – inamın, birliyin və Vətən sevgisinin qüdrəti ilə qazanıldı.

“Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə edib. Bunu 30 ilə yaxın çəkən ayrılıq da göstərdi. Yuxularımızda gördük, Şuşa həsrəti ilə bu dünyadan köçənlərin yasını tutduq. Nə yaxşı ki, tarixi ədalət var imiş. İllərlə uzaq düşdüyümüz doğma Şuşamızı qaytardıq, Qarabağımıza qovuşduq. Şuşanın Dövlət Bayrağı Günü ərəfəsində azad olunması diqqətçəkən məqamdır. Müqəddəs bayrağımız öz tarixinin ən şərəfli gününü yaşayır. İndi o, Şuşada qürurla dalğalanır və əbədi dalğalanacaq!

Ata vəsiyyətinə əməl edən Prezident, Ali Baş Komandan İlham Əliyev “Qarabağ Azərbaycandır!” şüarı altında Qarabağın baş tacı olan Şuşamızı düşməndən geri aldı və çox fəxrlə: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” – bəyan etdi.

Dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə olan Şuşaya xüsusi təyinatlılarımız gecə saatlarında, Daşaltı kəndi və Qəribəli kəndi tərəfindəki meşəlikdən daxil olublar. Ermənilərin 4 postunu məhv edəndən sonra Köhnə Qalanı və “Türmə”ni ələ keçirən əsgərlərimiz düşmənin hücumlarını dəf edərək şəhərdəki mövqelərini genişləndirməyə başlayıblar. Şəhərin yanındakı xüsusi təyinatlı qruplar isə Xankəndi – Şuşa yolunu nəzarətə götürüblər. Noyabrın 3-dən 4-nə keçən gecə şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olan xüsusi təyinatlılarımız tanksız–topsuz iki gün döyüşmüş, noyabrın 6-da axşam saatlarında ordumuzun motoatıcı hissələri ölüm yağışı altında əlbəyaxa döyüşən xüsusi təyinatlıların köməyinə çatmışlar. Onların üstündə tapança, əl qumbaraları və bıçaqlar vardı. Amma ən böyük silahları Vətən təşnəsi, yurd sevgisi, bir də kamuflyajın sol döş cibindəki Azərbaycan Bayrağı idi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edərək dedi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”.

Azərbaycan xalqı nə bu qədər sevinmiş, qürur hissi keçirmiş, nə də bayrağına bu qədər sevgi ilə sarılmışdı. Bəli, Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. İndi torpağın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu da sevinir. Qisasınız alındı! Qarabağ Azərbaycandır!

Üstündən beş il keçib... Amma o günün sevinci, şəhidlərimizin müqəddəs xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Beş il ərzində Zəfər ruhu bizi bir amal ətrafında birləşdirdi, yenidən qurulan Qarabağ torpaqlarında həyatın nəbzini bərpa etdi, gələcəyə inamı möhkəmləndirdi.

Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri uğurla aparılır. İlk növbədə müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Böyük Qayıdışa dair Dövlət Proqramının icrası çərçivəsində artıq şuşalılar doğma şəhərlərinə qayıdırlar. Dövlət başçımızın dediyi kimi, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Nurəngiz ADİLQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri