Icma.az
close
up
RU
Dərnəgül metrostansiyasında mason simvolu? AÇIQLAMA

Dərnəgül metrostansiyasında mason simvolu? AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Kurtlar Vadisi" serialında "Baron" Mehmet Karahanlının məbəddə edam edildiyi səhnədə yerdə olan səkkizguşəli ulduz və həndəsi naxışların Bakı metropoliteninin "Dərnəgül" stansiyasındakı döşəmə bəzəkləri ilə eynilik təşkil etməsi sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Serialdakı masonik simvolların əks olunduğu həmin kadrla 2011-ci ildə istifadəyə verilən stansiyanın dizaynı arasındakı vizual oxşarlıq izləyicilər tərəfindən müəmmalı qarşılanıb.
Məsələ ilə bağlı fikrini bildirən ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, metro stansiyalarında olan simvollar və sosial şəbəkələrdə guya masonluqla əlaqələndirilən Dərnəgül metrosundakı ornamentlər yeni məsələ deyil və yalnız bu stansiyaya aid deyil:
"Dünyanın demək olar ki, bütün böyük şəhərlərinin metro və ictimai məkanlarında oxşar simvollar, naxışlar və həndəsi fiqurlar mövcuddur. Bunların böyük əksəriyyəti memarlıq və dekorativ sənətin elementləridir və ideoloji və ya dini təbliğat məqsədi daşımır".
O bildirib ki, Dərnəgül metrosundakı ornamentə diqqətlə baxdıqda klassik şərq ornamentikasına xas elementlər aydın görünür:
"Mərkəzdə çoxşaxəli ulduz forması yer alır. Bu tip ulduzlar islam memarlığında, Azərbaycan xalça naxışlarında, Şirvanşahlar sarayında və qədim qəbirüstü daşlarda geniş yayılıb. Bu, konkret bir təriqətin deyil, ümumbəşəri həndəsi simvolikanın məhsuludur. Həndəsi fiqurlar insanlıq tarixində ən qədim ifadə vasitələrindən sayılır. Dairə bütövlüyü, simmetriya və mərkəz nizamı isə harmoniya anlayışını ifadə edir".

İlahiyyatçı qeyd edib ki, sionizm və ya masonluq iddiaları isə ciddi metodoloji səhvə əsaslanır:
"Bir simvolun müxtəlif mədəniyyətlərdə istifadə olunması onu avtomatik ideoloji rəmzə çevirmir. Altı və səkkiz guşəli ulduzlar təkcə yəhudi mədəniyyətinə aid deyil. Bu formalar əsrlər boyu islam dünyasında istifadə olunub. Səmərqənddə, İsfahanda, Qahirədə və Bakının İçərişəhərində bu naxışlara rast gəlinir və heç kim bunu gizli təşkilatların izi kimi təqdim etmir".
Onun fikrincə, masonluqla bağlı iddialar daha çox müasir dövrdə formalaşmış mifoloji yanaşmanın nəticəsidir:
"Cəmiyyətdə izah olunmayan detalları gizli güclərlə əlaqələndirmək psixoloji rahatlıq yaradır. Halbuki memarlıq layihələri açıq proseslərdən keçir, müvafiq qurumlar tərəfindən təsdiqlənir və burada gizli ideoloji mesajların yerləşdirilməsi nə realdır, nə də məntiqlidir. Metro stansiyaları eyni zamanda estetik məkanlardır. Bu ornamentlər sərnişini yormayan, neytral və tarixi köklərə bağlı dizayn elementləridir. Burada nə dini çağırış, nə siyasi mesaj, nə də hansısa təriqətə yönləndirmə var. Sadəcə forma, nizam və vizual harmoniya var".

İlahiyyatçı bildirib ki, İslam baxımından da bu ornamentlərdə problem görmək doğru deyil.
"Niyyət daşımayan, ibadət və təbliğ məqsədi olmayan bəzək elementlərinin haram elan edilməsi əsassızdır. Alimlər də bildirir ki, adi naxışlar şirk və ya küfr niyyəti daşımırsa, problem hesab edilmir. Burada ibadət yoxdur, rəmzə səcdə yoxdur, ideoloji bağlılıq yoxdur. Sadəcə bəzəkdir.
Nəticə etibarilə, hər bir fiquru düşmən obrazına çevirmək nə elmi, nə dini, nə də sağlam düşüncəyə uyğundur. Simvolları kontekstdən qoparıb süni mənalar yükləmək maarifləndirmir, əksinə qorxu və şübhə yaradır. Cəmiyyətin ehtiyacı miflərə deyil, məlumatlı baxışa, tarix və sənət biliklərinə söykənən yanaşmadır. Bu məsələ də məhz bu çərçivədə qiymətləndirilməlidir. Bütün müsəlman ölkələrində bu tip bəzəklər geniş istifadə olunur və həmin ölkələrdə toxunan xalçaların üzərində də oxşar ornamentlər yer alır" - deyə o bildirib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Yanvar 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see557

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see497

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see462

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see385

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see378

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see347

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see247

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see240

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see238

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see213

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see208

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see208

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see208

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see191

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see187

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see185

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see177

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see171

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri