Icma.az
close
up
RU
Dərsini keçməyib, uşaqları hazırlığa təşviq etmək yolverilməzdir Millət vəkilindən nazirə DƏSTƏK

Dərsini keçməyib, uşaqları hazırlığa təşviq etmək yolverilməzdir Millət vəkilindən nazirə DƏSTƏK

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Ölkəmizdə repetitorluq geniş yayılıb. Əvvəllər hazırlıqlara gedənlər daha çox universitetə hazırlaşanlar idi. İndi isə ibtidai sinif şagirdləri onlardan heç də geri qalmır. Bəzi valideynlər özləri məşğul ola bilmədiyi üçün, bəziləri digər uşaqlardan geri qalmamaq üçün, bəziləri də müəllimin təkidi ilə övladlarını müəllim yanına qoyur.

Elm və təhsil naziri Emin Əmrullayev isə ötən gün keçirdiyi brifinqdə deyib ki, öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repetitorluq etmək ayıb işdir.

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Redaktor.az-a bildirdi ki, uşaqları hazırlığa təşviq etmək qəbuledilməzdir:

"Nazir öz sinfində dərs dediyi uşağa repetitorluq edənlərə "ayıb" ifadəsini işlədib. Yaxşı olar ki, müəllimlər özləri də bu məsələyə açıqlama gətirsinlər. Bir məsələyə qiymət verərkən mən hesab edirəm ki, biz ciddi bir araşdırma aparmalıyıq. Bir müəllim nə üçün repetitorluqla məşğul olur, nə üçün bu addımı atır? Ümumiyyətlə, Azərbaycanda repititorluğun bu qədər kütləvi yayılması özü ciddi narahatlıq doğuran bir məsələdir. Həmişə bildirmişəm ki, repitororluq bizim ölkəmizdə bu qədər geniş yayılmamalıdır. Hər halda nazirliyin də mövqeyi belədir. Düşünürəm ki, bu məsələnin kökünü araşdırmaq lazımdır. Müəllim dərsi keçmirsə, məktəbdə dərslə məşğul olmursa, uşaqları təşviq edirsə ki, gəlsin onun yanına, qısacası, öz vəzifəsini yerinə yetirməyərək bunu edirsə, əlbəttə ki, bu düzgün deyil. Müəllimin borcu dərsini keçməkdir. Amma o dərsini keçməyib, bu işlərlə məşğuldursa, təbii ki, bu, problemli, qəbuledilməz bir yanaşmadır".

Deputat həmçinin rus bölməsində Azərbaycan ədəbiyyatının ana dilində keçirilməsi məsələsinə də toxundu. Onun sözlərinə görə, ana dilini bilməyən uşaqlarla bağlı problemlər yaranır:

"Məsələyə baxılarkən, bu istiqamətdə qərar qəbul edilərkən bunun nə dərəcədə səmərəli və effektiv olduğunu da biz nəzərə almalıyıq. Yəni mənim gördüyüm odur ki, bir sıra hallarda bu uşaqlar rus dilində təhsil aldıqlarına görə, Azərbaycan dilini bilmədiklərinə görə, problemlərlə üzləşirik. Ona görə bu məsələdə əsas odur ki, effektivlik olmalıdır. Yəni effektivlik dəqiq bilindikdən sonra qərar qəbul edilə bilər. Hər halda Elm və Təhsil Nazirliyi bu qərarı qəbul edibsə, yəqin ki, onlar bu qərarın hansı zərurətdən irəli gəldiyini bilirlər və bununla bağlı müəyyən təhlillər, araşdırmalar aparılıb və onun əsasında da belə bir qərar qəbul edilib". 

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Fevral 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri