Icma.az
close
up
RU
Yaşlı kişilər niyə cavan qadınlarla evlənir?

Yaşlı kişilər niyə cavan qadınlarla evlənir?

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər kişilərin özlərindən 20-25 yaş kiçik qadınlarla nikaha girməsi sanki dəbə çevrilib. Bəzən aradakı yaş fərqi 40-ı örtür. Bu məsələdə qonşu Türkiyənin Azərbaycanı qabaqladığını yazmaq üçün əlimizdə kifayət qədər fakt var.

Türkiyənin əfsanəvi müğənnisi İbrahim Tatlısəsin sevgilisi özündən 43 yaş kiçikdir. Müğənninin 73, sevgilsi Gülçin Karakayanın isə 30 yaşı var. Onlar 4 ildir bərabər yaşayırlar. Məşhur aktyor və şoumen Mehmet Əli Ərbilin sevgilisi Gülseren Ceylan isə ondan 42 yaş balacadır. Ərbilin 68, Gülserenin isə 26 yaşı var.

Bəzi məşhur kişilər niyə övladları, hətta nəvələri yaşda olan qadınlarla evliliyə can atırlar, buna səbəb nədir?

Metbuat.az-a açıqlamasında psixoloq Vüsalə Rüstəm məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, məşhur insanlar ictimaiyyət arasında böyük nüfuz sahib olurlar: “Onlar statuslarına görə başqalarından üstündürlər. Məşhurluq onları var-dövlət, sərvət sahibi edib. Belə insanlar bir qadına qarşı vəfalı olmur, çoxlu sayda qadınla yaxınlıq edirlər. Bəzən bu münasibəti rəsmiləşdirirlər. Çox vaxt isə buna ehtiyac duymurlar”.

Psixoloq deyib ki, həmin insanlar yaxşı maddi durumları və statusları sayəsində gənc və təcrübəsiz qızları asanlıqla özlərinə cəlb edə bilirlər: “Bu kateqoriyaya daxil olan insanlar hər şeyi pulla əldə etdikləri üçün əsl sevginin nə demək olduğunu bilmir, pula görə edilən yaltaqlıqları hörmət və sevgi zənn edirlər. Əslində, bu, bəzi qadınların işinə yarayır. Var-dövlət hərisi olan həmin qadınlar, gənc qızlar belə kişilərin hesabına həm tanınır, həm də heç vaxt əldə edə bilməyəcəkləri maddiyata sahib olurlar”.

Vüsalə Rüstəm hesab edir ki, bu məqamda kişi ilə qadının marağı bir-birini tamamlayır. Onun sözlərinə görə, bəzi yaşlı kişilər gənc xanımların onların ətrafında olmasını özləri üçün uğur hesab edir, hətta bu mövzuda bir-biri ilə yarışırlar: “Belə xanımlar onlara vaxtilə yaşamadığı özgüvəni və xoşbəxtliyi verir, amma bu xoşbəxtlik daimi olmur. Bir müddət sonra həmin gənc qadın ya qoca kişinin pulu ilə özünə cavan sevgili tapır, ya da müəyyən təminata sahib olandan sonra evi tərk edir”.

Səbinə Hüseynova / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Dekabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri