Icma.az
close
up
RU
Aİ Ermənistandan nə istəyir və ya İrəvan Rusiyaya qarşı çıxacaqmı? (ŞƏRH)

Aİ Ermənistandan nə istəyir və ya İrəvan Rusiyaya qarşı çıxacaqmı? (ŞƏRH)

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İqtisadi baxımdan Rusiyaya sıx bağlı olan İrəvan Avropa İttifaqının Ermənistanın da Moskvaya qarşı sanksiyalara qoşulmaq təklifinə razılıq verməyəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Ermənistana səfəri çərçivəsində İrəvandan da tərəfdaş ölkə olaraq Rusiyaya qarşı sanksiyalara qoşulmaq çağırışına münasibət bildirərkən deyib.

"Ermənistan kiçik dövlətdir. Onun iqtisadi münasibətlərinin təməlində Rusiya ilə ticarət mühüm yer tutur. Bu mənada da İrəvan Rusiyadan kəskin şəkildə asılıdır. Belə bir vəziyyətdə Aİ rəsmisi Kaya Kallas Ermənistanın da tərəfdaş ölkə olaraq Rusiyaya qarşı sanksiyalara qoşulmalı olduğunu desə də, İrəvan çətin ki, mövcud durumda buna getsin".


Bu əsasda həmsöhbətimiz Ermənistanın Rusiya ilə əlqələrə son verməklə öz iqtisadiyyatını dağıdıb, Avropanın dediyini edəcəyini düşünmür: 

"Ortalıqda nümunə də var ki, qoyulan sanksiyalar Aİ ölkələrinin özlərinə də böyük ziyan gətirib. Avropa rus qazı və neftindən, bu ölkə bazarından məhrum oldu. Onun nəticəsidir ki, hazırda Avropa dərin iqtisadi böhran içindədir. Aİ-də iqtisadi artım 1 faizdən də azdır. Belə olan halda Rusiya ilə münasibətləri kəsdiyinə görə, çətin duruma düşən Avropa hansı haqla Moskvadan tam asılı olan İrəvana da sanksiyalara qoşulmağı təklif edir. Ona görə də Aİ rəsmisinin verdiyi açıqlama boş söhbətdir. Kaya Kallas ciddi siyasətçi deyil. Keçmiş partokrat ailəsindəndir, komsomol fəallarından olub. Onun Ermənistandan sanksiya barədə istəyi əhəmiyyətsizdir".

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos ilə birgə mətbuat konfransında Ermənistanla Avropa İttifaqı arasında tərəfdaşlığın yeni mərhələyə, strateji tərəfdaşlıq səviyyəsinə qədəm qoyduğunu bəyan edib.

Kaya Kallas Ermənistanı Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulmağa çağırıb. O, Aİ tərəfdaşlarından da Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmasını istədiklərini dilə gətirib. 

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri