Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

Dərslər məktəbdən evlərə “köçürülür”?

Dərslər məktəbdən evlərə “köçürülür”?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər aktual olan mövzulardan biri də distant təhsilin tətbiqi ilə bağlıdır. 

Orta məktəblərdə distant təhsilin tətbiqi ilə bağlı elm və təhsil naziri Emin Əmrullayev də bildirmişdi ki, bəzi bölgələrdə adambaşına bir şagird üzrə düşən xərc Bakının mərkəzindəki özəl məktəblərin təhsil haqqından daha yuxarıdır. Belə kənd məktəblərinin sayı 10 deyil, yüzlərlədir: 

“Ola bilər ki, cəmiyyət bunu görmür, hiss etmir. Amma bu, dövlətin vəsaitidir. İstəsək də, istəməsək də, bu vəsait önəmlidir. Kiçik məktəblərimiz heç də ən yaxşı məktəblərimiz deyil. Kiçik məktəblərimizdə çox ciddi keyfiyyət problemi var. 

Sinifdə 3 nəfər uşaq varsa, onlarla hansı formada pedaqoji prosesi qurmaq olar? Normal sayda şagirdi olan siniflər 3-4 nəfərlik siniflərdən daha səmərəlidir. Elə məktəblərimiz var ki, orada işləyən heyətin sayı şagirdlərin sayından 2 dəfə çoxdur. 

Növbəti sentyabr ayından şagird sayı az olan məktəblərdə distant təhsilə keçilməsi planlarımızda var. Biz buna uşaqların rahatlığı yönündən baxırıq. Düşünürük ki, bu model mümkündür və icra olunacaq. Bu model gündəmdədir və növbəti tədris ilindən belə bir pilot layihə olacaq”. 

Bugünlərdə isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib ki, yüzdən çox məktəbdə şagird sayı azdır və onlarda distant təhsilə keçid mərhələli şəkildə olacaq: “Biz bunu Lənkəran-Astara regionundakı bir neçə məktəbdə test etmişik ki, baxaq özünü necə göstərir. Nəticələr qənaətbəxşdir. 

Hazırda proses pilot layihə kimi test mərhələsindədir. Yuxarı siniflərdə biologiya, kimya, tarix və sair müəllim çatışmayan fənlərdən şagirdlər mərkəz məktəb adlanan məktəbin müəllimləri tərəfindən distant formada tədrisə qoşulur. Siniflər yaradılır, hər kənddən bir neçə uşaq həmin sinfə alınaraq distant tədrisə cəlb edilir. 

Şagird sayı az olan məktəblərin sayı ölkədaxili miqrasiyadan asılı olaraq dəyişir: 

“Şagirdlər də valideynləri ilə birlikdə köç edirlər. İndi Qarabağa köç prosesi baş verir, oradakı məktəblərimiz genişlənir. Məsələn, Xankəndi məktəbi bizə artıq dar gəlir deyə bilərik. Çünki orada kifayət qədər çox uşaq oxuyur. Digər məktəblər isə boşalır, belə bir tendensiya gedir”. 

Ümumiyyətlə, distant təhsilin tətbiqinə heç də birmənalı yanaşmır. Belə ki, distant təhsil zamanı ucqar bölgələrdə şagirdlərin kompüter, internetlə təminatının necə təşkil olunacağı, şagirdlərin distant üsulla dərsləri tam olaraq qavraya biləcəyi kimi amillər maraq doğurur. 

Təhsil üzrə ekspert Şəmsi Qoca “Cümhuriyət”-ə bildirib ki, Elm və Təhsil Nazirliyinin bütün fəaliyyəti eksperiment üzərində qurulub: 

“Onlar Sinqapura gedirlər və orada gördüklərini gəlib burada “yamsılayırlar”. Distant təhsilə keçmək olar, ancaq gərək bunun üçün şərait, imkan olsun. Bakıda distant təhsili həyata keçirə bilmirlər. Ucqar bölgələrdə, dağ kəndlərində interneti, normal kompüteri haradan alacaqlar? 

Bu gün Bakıdakı məktəblərdə müəllimlər elektron jurnal yazmaq üçün çətinliklərlə üzləşirlər, hamısı telefonla işləyir, normal kompüterləri yoxdur. Sinif otağında kompüter olmalı, müəllim sinifdə dərsini keçib, jurnalını yazmalıdır. Müəllim elektron jurnal yazmaqdan dərs keçməyə vaxt tapmır. 

Başqa vaxt Elm və Təhsil Nazirliyi universitetlərdə distant təhsil sistemini tanımır. Məsələn, Rusiyada təhsil alan bir nəfər diplomunu Azərbaycanda tanıtdıra bilmir. Rusiyada fəaliyyət göstərən universitetdən bildirilib ki, filan problemlə bağlı 4 ay distant təhsil olub”. 

Bizdə deyirlər ki, 4 ay distant təhsil almısan, sənin diplomunu tanıya bilmərik. Həm bir tərəfdən distant təhsili tanımırlar, amma həm orta məktəbdə tətbiq edirlər. Əksinə, onu orta məktəbdə tanımamaq lazımdır. 

Universitetdə təhsil alan normal, yuxarı yaşda olan insanlardır və onların kompüter qarşısında təhsil alması daha məqsədəuyğundur, nəinki kiçik yaşda uşaqların. Necə olur ki, 5 yaşda uşağı distant təhsilə cəlb edirlər, 20 yaşda insanın distant təhsilini tanımırlar”. 

Ekspert bildirib ki, dövlət hər bir şagirdə müəyyən qədər vəsait ayırır:

“Həmin vəsaitin hesabına o şagird üçün kompüter də vermək, məktəbə internet də çəkmək, aylıq ödəniş də etmək olar. Ancaq görək reallaşdıracaqlarmı?  Ötən il bildirirdilər ki, şagirdlər üçün avtobuslar veriləcək. Hələ ki, bunun şahidi olmamışıq. Bu proses də eyni olacaq. 

Birinin kompüteri olacaq, interneti olmayacaq, ya da əksinə olacaq. Sonra da deyəcəklər ki, kompüter nəyə lazımdır, telefonla danış. Bunların işinin keyfiyyəti belə olacaq. Mən ömrümün 45 ilini təhsilin idarəedilməsinə həsr etmişəm. Bu gün təhsilin keyfiyyəti onlar üçün maraqlı deyil. Məktəblərdə distant təhsil nəticə verməyəcək. Sadəcə deyəcəklər ki, məktəblərdə distant təhsil tətbiq etmişik”. 

Təhsil üzrə ekspert Məzahir Məmmədli isə bildirib ki, şagird sayı az olan məktəblərdə tədris davam edəcək: 

“Bəzi məktəblərdə tədris saatı az olan fənlər üzrə müəllim çatışmır. Məsələn, bir məktəbdə 80 nəfər şagird varsa, fizika, kimya, biologiya, coğrafiya fənni həftədə cəmi bir neçə saatdır. Ümumilikdə oraya vakansiyanı qazanmış müəllim getmir. Fikirləşir ki, ucqar kənddir, xərci borcundan çoxdur. Yaşı 35-ə qədər olan müəllimlərə müəyyən güzəştlər tətbiq olunur ki, gənclər bölgələrə üz tutsunlar. 

İndi vəziyyət elə yaranıb ki, texniki heyət mövcudluğu qalır, ibtidai siniflər öz tədrisləri ilə məşğul olurlar. Ancaq adıçəkilən fənlərdə  mərkəzləşmiş qaydada onlayn dərslər keçiləcək. Yəni şagirdlər bir sinifə toplaşacaqlar, onlar üçün əvvəlcədən müəyyənləşəcək ki, məsələn, növbəti dərs fizika dərsidir. 

Məsələnin digər tərəfi də odur ki, hansısa ucqar yerlərdə internetlə bağlı problem olacaq. Ancaq yəqin ki, dövlətin bir məktəbi internetlə təmin etmək imkanı olacaq. Bu baxımdan, distant təhsillə bağlı yayılan məlumat doğru anlaşılmayıb”. 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: dərslər distant Şəmsi Qoca

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see323

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see298

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see294

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see251

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see248

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see240

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see228

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see224

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see219

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see209

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see208

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see202

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see198

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see194

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see193

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see191

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see190

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see181

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri