Icma.az
close
up
RU
Dərsliklərdə informasiyalar o qədər qarışıqdır ki... Ekspertdən TƏKLİF

Dərsliklərdə informasiyalar o qədər qarışıqdır ki... Ekspertdən TƏKLİF

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil. Onun sözlərinə görə, dərsliklər əsasən faktların sadalanmasından ibarətdir və bu yanaşma dəyişməlidir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirdi ki, ümumiyyətlə dərsliklərimizin məzmun xəttində müəyyən problemlər var və bu problemi aradan qaldırmalıyıq:

"Tarix fənnində dərslər, mövzular elə seçilməlidir ki, orada bütün informasiya həm dəqiq, həm də yığcam olmalıdır. Eyni zamanda şagird üçün bir növ ədəbiyyatvari bir xarakter daşımalıdır. Yəni şagird onu oxuyarkən bütün o hadisələri daha asan qavramalıdır. Amma təəssüflər olsun ki, bizdə praktik dərsliklərdə informasiyalar o qədər qarışıqdır ki, şagirdlərin onu öyrənməsi, götürməsi ancaq əzbərçilik metodu ilə mümkün ola bilir. Ona görə də düşünürəm ki, məzmun xəttində müəyyən dəyişiklik olmalıdır".

Ekspert qeyd etdi ki, dərsliklər yenidən hazırlanmalıdır.

""Ümumi tarix" bütün dünyada tədris olunan bir istiqamətdir. "Azərbaycan tarixi" isə yalnız ölkəmizə məxsusdur. Biz ümumi tarix prinsipindən, dünya standartlarını əsas götürərək müəyyən qərarlar ala bilərik və həmin o əsas üzərinə Azərbaycan tarixində məhz məzmun xəttini əsas götürüb onun üzərinə dəyişikliklərimizi etməliyik. Burada başlıca məqsəd tədris olunan vəsaitin dilinin anlaşıqlı olmasıdır. Yəni təhsil alan üçün orada verilən informasiya əlçatan, başa düşülən olmalıdır. Bunu həyata keçirə biləriksə, o zaman xaotik vəziyyət aradan qalxar və şagirdlər daha anlaşıqlı dildə dərslikləri mənimsəyər. Eyni zamanda bu, digər fənlərə də daxildir", - deyə Elçin Əfəndi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Sentyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri