Icma.az
close
up
RU
Dərsliklərin hazırlanmasına müəllimlər də cəlb ediləcək? AÇIQLAMA

Dərsliklərin hazırlanmasına müəllimlər də cəlb ediləcək? AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Dərsliklərin şagirdlər üçün daha əlverişli və funksional olması üçün bir sıra vacib addımlar atılması zəruridir. Beynəlxalq təcrübə göstərir ki, dərslik hazırlığı yalnız nəşr prosesi deyil, pedaqoji, psixoloji və metodiki əsaslara söykənən kompleks bir yanaşma tələb edir. Ölkəmizdə bu prosesi Azərbaycan Respublikası Təhsil İnstitutu uğurla davam etdirir, dərsliklər nəşr olunur, pilot olaraq istifadə buraxılır və daha sonra təkmilləşdirilir. Ancaq bu prosesi yaxşı şəkildə davam etdrimək etmək üçün aşağıdakı məqamlara xüsusi diqqət yetirməliyik".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Rasim Həsənzadə elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərin şagirdlər üçün daha əlverişli olması barədə verdiyi açıqlama ilə bağlı danışarkən bildirdi.

Onun sözlərinə görə, dərslik hazırlanması prosesinə müəllimlərin sistemli şəkildə cəlb olunması vacib məqamdır:

"Finlandiya, Estoniya, Sinqapur kimi qabaqcıl təhsil sistemlərində dərsliklərin hazırlanmasında müəllimlərin rolu çox böyükdür. Çünki dərslikdən birbaşa istifadə edən, şagirdin səviyyəsini və ehtiyacını ən yaxşı tanıyan şəxslər məhz müəllimlərdir. Belə ki, müəllimlər məzmunun uşaqlar tərəfindən necə mənimsəndiyini əvvəlcədən proqnozlaşdıra bilir. Pilot məktəblərdə real sınaqlar aparılır və müəllim geridönüşü əsasında məzmun təkmilləşdirilir və bu yanaşma dərsliklərin həm yaş səviyyəsinə uyğun, həm də tətbiq baxımından praktik olmasını təmin edir. İkincisi, yaş səviyyəsinə uyğun dil və mətn strukturunun olması məqsədəuyğundur. Bəzi dərsliklərdə dilin ağır olması, uzun və kompleks mətnlərin verilməsi şagirdlərin qavrayışını çətinləşdirir. Beynəlxalq standartlara görə ibtidai səviyyədə sadə, qısa və vizuallıqla zəngin mətnlər, yuxarı siniflərdə isə mərhələli şəkildə daha dərin məzmun təqdim edilməlidir. Beləliklə, bu ardıcıllıq “oxu yükü”nün tədricən artırılmasına imkan verir".

Müsahibimiz hesab edir ki, dərsliklər universal tədris dizaynı prinsiplərinə uyğunlaşdırılmalıdır:

"Universal tədris dizaynı prinsiplərinə əsasən dərsliklər vizual, mətn, qrafik, praktik tapşırıqlar və rəqəmsal dəstək kombinasiyası ilə hazırlanmalıdır. Mətn + diaqram + infografika + qısa video linkləri - bunlar informasiya fərqliliyini nəzərə alaraq bütün şagird qrupları üçün əlçatanlıq yaradır. Əlavə olaraq, inteqrativ tapşırıqlar və real həyatla əlaqə bu prosesdə xüsusi yer tutur. Dərsliklərdəki tapşırıqlar yalnız nəzəri deyil, real həyat bacarıqlarını inkişaf etdirməlidir. Sinqapur, Kanada və Koreyada dərsliklərin gücü məhz praktik bacarıqların formalaşdırılmasındadır. Problem həll etmə, tənqidi düşünmə, araşdırma tapşırıqları kimi xüsusiyyətlər şagirdin dərs materialını passiv deyil, aktiv şəkildə mənimsəməsinə kömək edir. Müntəzəm monitorinq və dərsliklərin dövri yenilənməsini də nəzərə almalıyıq. Dərslik bir dəfə hazırlanıb 10 il istifadə olunmamalıdır. Zaman dəyişdikcə məzmun, terminologiya, yanaşma da yenilənməlidir. Nəticə olaraq, şagirdlər üçün əlverişli dərslik hazırlamaq təkcə dilin sadələşdirilməsi deyil, müəllimlərin fəal iştirakını, elmi-metodik əsasların gücləndirilməsini və müasir tədris yanaşmalarının tətbiqini tələb edən çox mərhələli bir prosesdir. Bu istiqamətdə sistemli addımlar dərsliklərin həm keyfiyyətini, həm də şagirdlərin öyrənmə effektivliyini əhəmiyyətli dərəcədə artıracaq".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Dekabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri