Dərsliklərin rəqəmsallaşdırılması təklif edildi: Uşaqlar üçün faydaları və riskləri
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Deputat Ceyhun Məmmədov dərsliklərin rəqəmsallaşdırılması ilə bağlı təklif irəli sürüb. O bildirib ki, dərsliklərdə mövcud olan səhvlərin aradan qaldırılması və digər texniki məsələlərin elektron formatda həlli daha asan və səmərəlidir. Deputatın sözlərinə görə, bu yanaşma həm də xərclənən vəsait baxımından da daha sərfəlidir.
Vətəndaşlar isə məsələyə fərqli mövqedən yanaşırlar.
"Kitablar da lazımdır. Amma müasir dövr üçün rəqəmsal kitablar daha yaxşı metoddur", - onlardan biri söyləyib.
Digər bir sakin isə qeyd edib: "Mən rəqəmsal kitabların əleyhinəyəm. Bu, uşaqlara zərər verir, onlarda tənbəllik yaradır".
Ceyhun Məmmədov bildirib ki, hər il dövlət büdcəsindən milyonlarla manat yeni dərsliklərin nəşrinə ayrılır: "Zaman keçdikcə bu dərsliklər yararsız hala düşür və yenidən çap olunması əlavə maliyyə vəsaiti tələb edir. Həmçinin dərsliklərdə səhv aşkarlandıqda onların yenidən nəşri də əlavə xərc yaradır. Bu sahədə əsas çətinliklər maliyyə yükü, dərsliklərin davamlı çapı və şagird çantalarının ağırlığı ilə bağlıdır".
Elm və Təhsil Nazirliyindən isə qeyd edilib ki, ümumtəhsil pilləsi üzrə dərsliklərin rəqəmsallaşdırılması təşəbbüsünə 2014-cü ildən etibarən mərhələli şəkildə başlanılıb: "Hazırda ümumtəhsil pilləsinin bütün səviyyələri üzrə dərsliklərin rəqəmsal nüsxələri www.e-derslik.edu.az portalında mövcuddur. Eyni zamanda dərsliklərin elektron versiyaları www.trims.edu.az saytında da yerləşdirilib".
Vurğulanıb ki, bu dərsliklərə istənilən vaxt onlayn baxmaq, eləcə də onları elektron cihazlara yükləyərək oflayn rejimdə istifadə etmək mümkündür. Bununla yanaşı, müvafiq fənlər üzrə dərsliklər multimedia elementləri ilə zənginləşdirilib və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 31 Yanvar 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















