Icma.az
close
up
RU
“Dəryada balıq sövdəsi...”

“Dəryada balıq sövdəsi...”

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 Azərbaycan qədimdən Xəzər dənizi ilə bağlı balıqçılıq ənənələrinə malik ölkədir. Nərə, siyənək, kütüm və xəzər qızılbalığı kimi növlər həm yerli bazarda, həm də xaricdə tanınır. Lakin son illərdə həm istehsal, həm də istehlak dinamikası dəyişib.

Rəsmi məlumatlara görə, 2025-ci ilin ilk üç ayında Azərbaycanda 529 kiloqram qara kürü istehsal edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,1 dəfə çoxdur. 2024-cü ilin yanvar–sentyabr aylarında isə ümumilikdə 617 kiloqramdan çox qara kürü hazırlanıb. Paralel olaraq, həmin dövrdə ölkəyə 3,6 tonadək qara kürü idxal olunub. Bu da daxili tələbatın müəyyən hissəsinin xaricdən qarşılandığını göstərir.

Xaricdən “üzüb” gələn balıqlar

Azərbaycanda balıq məhsulları əsasən idxal hesabına formalaşır. Daxili istehsal artmaqda olsa da, dəniz balığının bahalılığı, satış şəbəkələrinin məhdudluğu və soyuducu infrastrukturun çatışmazlığı istehlakın aşağı səviyyədə qalmasına səbəb olur. Hazırda yerli bazarda nərə balığının bir kiloqramı 70–120 manat, qara kürünün isə 800–1500 manat arasında dəyişir. Bu qiymətlər məhsulu “lüks” kateqoriyasında saxlayır.

Azərbaycana balıq və balıq məhsullarının idxalı üzrə bir neçə əsas ölkə müəyyənləşib.

Rəsmi açıqlamalara görə, İran 2023-cü üzrə təxminən 3,79 milyon dollar dəyərində 867 ton ildə təzə və dondurulumuş balıq ixrac edib. Eyni kateqoriyada Türkiyə-dən təxminən 375 ton (1,91 mln dollar) balıq idxal olunub.

“Dondurulmuş balıq” kateqoriyasında 2023-cü il üzrə idxal mənbələri arasında İslandiya (19.4%) , Rusiya (18.3%) , Çili (13.3%) , Qrenlandiya (10.9%) və s. olub.

Konservləşdirilmiş balıq məhsulları üzrə idxalda da əsas tədarükçülərdən biri Rusiyadır. 2024-ci ildə idxal edilən konservlərin təxminən 52 %-i Rusiya tərəfindən təmin edilib.

Ölkədə balıq əti üzrə illik istehsal son illərdə 8–10 min ton civarındadır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, adambaşına balıq əti istehlakı 2023-cü ildə təxminən 2,5–3 kiloqram olub. Bu göstərici Avropa ölkələrindən dəfələrlə azdır: məsələn, İspaniyada 40 kiloqram, Norveçdə 50 kiloqram, Türkiyədə isə 6–7 kiloqram civarındadır.

Qara kürü yeyən varmı?

Son illərdə hökumət akvakultura təsərrüfatlarının inkişafına diqqət yetirir. Balıqçılıq və Su Bioresursları Agentliyinin məlumatına görə, Azərbaycanda artıq 70-ə yaxın balıq yetişdirmə təsərrüfatı fəaliyyət göstərir. Bu sahəyə investisiyaların artırılması ilə həm daxili bazarın təminatı, həm də ixracın genişlənməsi gözlənilir.

Tam olaraq adambaşına düşən illik istehlak üzrə statistika açıqlanmayıb. Yəni, Azərbaycanda bir nəfər ortalama nə qədər balıq əti və ya qara kürü (‎“qara kürü” adətən nərə balığının kürüsüdür) istehlak edir-etməməsi barədə açıq rəqəm yoxdur.

Bununla belə, 2024-cü ilin yanvar–sentyabr aylarında Azərbaycanda təqribən 617,1 kq nərə balığından hazırlanan qara kürü istehsal edilib. Eyni dövrdə (2024-cü ilin ilk 9 ayı) Azərbaycana Çindən 3 630 kq qara kürü idxal olunub.

2025-ci ilin yanvar–mart aylarında ölkədə 529 kq qara kürü istehsal olunub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,1 dəfə çoxdur.

Bu məlumatlardan görmək olur ki, qara kürü istehsalı Azərbaycanda yüksəlməkdədir, lakin onun “istehlak” səviyyəsi — yəni ölkə daxilində nə qədərinin əhali tərəfindən yeyildiyi — ayrı-ayrı açıqlanmır.

Hazırda Azərbaycanda balıq və qara kürü istehlakı hələ də məhdud olsa da, bazarda artım meylləri aydın görünür. Balıqçılıq təsərrüfatlarının genişlənməsi, akvakultura texnologiyalarının tətbiqi və yerli məhsulların əlçatanlığının artması bu göstəriciləri yaxın illərdə yüksəldə bilər. Xəzərin sərvətləri, düzgün idarəetmə ilə, həm iqtisadi, həm də ekoloji baxımdan ölkəyə əlavə dəyər gətirə bilər.

Sunay AYDIN

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 Oktyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri