Icma.az
close
up
RU
Dəyənəkli Polat Alemdar lar və sayrışan işıqlar...

Dəyənəkli Polat Alemdar lar və sayrışan işıqlar...

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kubra Məhərrəmova yazır...

Bu gün məlum oldu ki, fevral ayının 5-də bir dəstə kişi əlinə dəyənək götürüb yolun ortasında duran avtomobili şil-küt edib, yiyəsini də döyüblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov açıqlamasında bildirib ki, əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.

İndi keçək məsələnin daha maraqlı tərəfinə. Sözügedən görüntülər KİV-də və sosial şəbəkələrdə ildırım sürətilə yayıldı və təbii ki, şərhlər videodan daha maraqlı oldu.

Məsələn, sosial şəbəkə istifadəçilərin əsas və hətta daha böyük hissəsi, qeyd etdi ki, yəqin ki, döyülənin nəsə böyük günahı var, ya da kiminsə qızına-arvadına sataşıb ki, adamın avtomobilini də, özünü də döyüblər.

Buradan da aydındır ki, bizim cəmiyyət üçün hər zaman ölən, döyülən, zorakılığa məruz qalan günahkardır.

Bu işıqlı, mütərəqqi, müasir və humanizm dolu fikirlərin üzərindən daha məqama keçid alıram.

Videonun altında artıq Türkiyə vətəndaşlarının da şərhləri görünməyə başladı. Adamlar yazırlar ki, "bizdən öyrəndiniz", "bir azdan küçədə bir-birinizi bıçaqlayarsınız" və s.

Çox maraqlı paraleldir ki, bunu insanlar özləri də etiraf edirlər. Bir anlıq ətrafa, sosial şəbəkəyə, KİV-lərə göz atdıqda ətrafımızda, cəmiyyətimizdə nə qədər "Polat Alemdar"ların olmasına şahid oluruq. Serial qəhrəmanlarının fotosunu özü üçün profil rəsmi edənlər, serialdan sitatları tez-tez paylaşanlar, daxili aləmini "Polat"la bəzəyənlər və s. bəlkə də yüzminlərlədir.

"Kurtlar Vadisi" serialını özünə həyat tərzi seçən bir nəsil yetişdi.

2003-cü ildə ilk mövsümü ortaya çıxan bu filmin saundtreki bir ara soyuducunun qapısını açanda belə səslənirdi. Bəli, bu film, onun qəhrəmanları, musiqisi xalqımızın qəlbini fəth edə bilmişdi.

Qızlarımız Polat kimi sevgili axtarırdı, oğlanlarımız isə özü üçün Polatı ideal obraz seçmişdilər.

Hətta illər sonra yerli telekanalda yayımlanan verilişlərin birində iştirak edən vəkillərdən birinin "Sən kiminlə dans etdiyinin farkında deyilsən" söyləməsi insanımızın "Çukur" serialına aludə olmasını ortaya qoydu.

Bəli, bu dəfə də xalqımızın sevimlisi oğru, cinayətkar, asıb-kəsən, "racon" qoyan serial qəhrəmanı oldu.

İnsanımızın cinayət aləminə bu qədər aludə olmasının mütləq ki, bir səbəbi var. Başağrısı olmasın deyə, uzun-uzadı yazmıram. Əsas səbəblərdən biri təhsildir. Təhsilimiz də göz qabağındadır.

Cəmiyyətimizin bir başında "kabadayı" obrazı durubsa, o biri başında da "çeçenka" saçlı "AUE-çilər" durublar. Bu iki cinah bir-birindən sosial-fəlsəfi düşüncə müstəvisinə görə fərqli qütblərdə dursa da, hər ikisi eyni zibildir. Hər iki dəstə kriminal davranış, narkotik və alkoqoldan geninə-boluna istifadə, yoldan keçənə söz atmağa, üstündə soyuq silah gəzdirməyə meyillidir.

Hər biri də "özündən deyən oğlandır". Amma nə məsələdirsə, bu özündən deyən oğlanlar uzaqdan sayrışan işıqları görən kimi, quzu balasına çevrilirlər. PPX maşınlarını görən kimi rəngləri ağarır.

Əli qana batmış, kriminal fəaliyyətlə məşğul olan, cinayətkar insanları özü üçün qəhrəman müəyyən edən cəmiyyətin təəssüf ki, sonu yoxdur.

"Qanuni oğruların" məzarını özü üçün müqəddəs yer bilənlər, özü bir tərəfə, azyaşlı uşaqlarını ziyarətə aparanlar, uşaqlarının fotosunu çəkib sosial şəbəkələrdə paylaşanlar bunu hansı məqsədlə etdiyini də açığı anlamıram. Cəmiyyətin bu kəsmi sanki məqsədyönlü şəkildə uşaqlarını məhv edir.

Ona görə də bu gün paytaxtın mərkəzində bir dəstə adam maşını da, adamı da dəyənəklə əzib keçir.

Ya qanundan, hüquq-mühafizə orqanlarından qorxmurlar, ya da nəsə başqa bir səbəbi var.

Və bu səbəb normal düşünən insanların sürətlə ölkəni tərk etməsinə gətirib çıxarır...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Mart 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri