Icma.az
close
up
RU
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI

DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Ədəbi yaradıcılıq elə bir meyardır ki, o yaradıcı insanın potensialını ortaya qoyur, onun yaradıcılığının ən mühüm istiqamətlərini göstərir. Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan İsmayıl İmanzadə məhz belə yaradıcı insanlarımızdandır. 50 ildən çox bir müddət ərzində dostluq və yoldaşlıq elədiyim İsmayıl müəllimin də həyatı çox təlatümlü, qalmaqallı, bir sözlə diqqətçəkən olmuşdur. Yaradıcılığa başladığı andan kənd həyatını qəbul eləmiş olan şairimizin yaşam tərzi-belə demək mümkünsə-qənaətbəxş idi. Böyük bir kəndin və kolxozun partiya təşkilatına, kolxoz quruculuğu tənəzzülə uğramağa başlayan bir vaxtdan isə rayonun sosial xidmət sahələrindən birinə rəhbərlik edən İsmayıl müəllim 1993-cü ildən,-ermənilərin Cəbrayılı işğal etdikdən sonra digər soydaşlarımız kimi yurd-yuvasından didərgin düşdü. Taleyinə yazılmış "əyalət şairi" möhürü onu Mingəçevir şəhərinə gətirdi. Lakin görkəmli şairimiz heç də əyalət çərçivəsində qalmadı. O AYB-nin Mingəçevir bölməsini yaratmaqla bu cavan və ədəbi mühitdən nisbətən kənar şəhərdə böyük bir poeziya ab-havası, ədəbi inkişaf və irəliləyiş yaratdı. Neçə-neçə gənc və istedadlı yazar Mingəçevir bölməsinin xeyir-duası ilə respublikanın ədəbi-bədii məkanında öz sözünü dedi. İsmayıl müəllimin isə neçə-neçə şeir və publisistik kitabları, seşilmiş əsərləri çap olundu. Bütün bunlar ustad şairimizin yaradıcılığına böyük önəm verdi, onu daha da yaxından tanıtdı. Mingəçevirdə yaşadığı ilk illərdə:

Qalmayıb heç nəyi dünya varindan,

Nə vaxtdır danışıb dinmir arından.

Özünə dam tikib arzularından-

Bir şair yaşayır Mingəçevirdə.

-deyən şairimiz 30 ildən artıq yurd itkiləri, yurd ağrıları, doğma vətən həsrətilə yazdı yaratdı. Onun 30 ildən artıq yaradıcılıq fəaliyyəti yalnız doğma yurd həsrətinə köklənmişdi. Elə sözügedən şeirdə də şair yazırdı:

Kürü Araz bilir,Bozdağı Diri,

Qalıb Cəbrayılda qibləsi,piri,

Sızlaya-sızlaya nə vaxtdsn bəri,

Bir şair yaşayır Mingəçevirdə.

    Nəhayət ədalət qalib gəldi. Cəsur vətən oğullarının ağlasığmaz şücaəti, yenilməz Azərbaycan Ordusunun və müzəffər Ali Baş Komandanımızın "dəmir yumruğ”unun möcüzəsi sayəsində doğma Qarabağımız, işğala məruz qalmış rayon və kəndlərimiz düşməndən azad olundu. Bu böyük qələbə idi. Bu böyük savaşdan doğan Vətən Müharıbəsi idi-44 günlük Vətən Müharibəsi.

    Bu möhtəşəm qələbədən sonra İ.İmanzadənin yaradıcılığı artıq başqa bir yön aldı. Bəli, 30 il düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın yaralanmış köksünə sözlə məlhəm qoymaq! Artıq şairin şeirləri doğma torpaqlarımızın dağıdılmış gözəlliklərinin təsviri və bərpasına həsr olunmuşdur. Şuşaya gedərkən ustad şairimizin yazdığı "Şuşa etüdləri" bir silsilə təşkil edirdi. Bu silsilədə Şuşanın təbii gözəlliyi, görməli yerləri, bütün türk dünyasının mədəniyyət paytaxtının hərtərəfli tərənnümü əsas yer tuturdu. İ.İmanzadənin Mingəçevirdə yaşayarkən 30-a yaxın kitabı işıq üzü gördü. Görkəmli şairimizin növbəti şer kitabı qarşımızdadır. "Ürəyim açıq qapıdır" adlanan kitabda şairin son illərdə yazdığı şeirləri toplanmışdır. Həcmcə o qədər də böyük olmayan kitabın əsas bölmələrinə nəzər salırıq. (İsmayıl müıllim həmişə iri həcmli kitablar çap eləməkdən kənar olub. Mən dəfələrlə ondan bunu soruşanda deyib ki şeir kitablarınin formatı kiçik olmalıdı ki, hər zaman ondan istifadə edə biləsən). "Ürəyim açıq qapıdır" kitabında şairin vətən, torpaq, yurd ünvanlı şeirləri ön sırada verilmişdir. "Zəfərin mübarək Vətın" şeirində oxuyiruq:

Xoş günlərdən soraq verir,

Axşamın səhərin vətən,

Düşmənlərə göz dağıdır

Hər təzə zəfərin vətən,

İgid ərən oğulların

Tapdayıb bəndi-bərəni,

Bir həmləylə sevindirdi,

Xocalını, Əsgəranı...

İ.İmanzadınin bütün yaradıcılığı boyu şəhid ağrıları, şəhidlərə olan sevgi və ehtiram əsas yer tutur. Elə bu kitabdakı:

Şəhidim əhsən sənə,

Vətənə bəxş etdiyin

Zəfərin nə gözəlmiş.

Yurd amalınla birgə

Şəhid ucalığından

Tanrının dərgahına

Səfərin nə gözəlmiş.

-şeirində vətən torpağı uğrunda öz şirin canlarını qurban vermiş şəhidlərimizə ümumxalq sevgisi şirin və axıcı bir dillə təsvir olunur. Və şəhidlərimiz haqqında şairin düşüncələri hələ Cəbrayıl şəhidləri haqqında yazdığımız publisistik kitabların hər birində verilən bayatılarda da öz əksini tapır.

     İsmayıl müəllimin yeni kitabında illər boyu onun qəlbində qövr eləmiş və yaralı misralara çevrilmiş vətən, yurd, doğma torpaq ünvanlı şeirlər üstünlük təşkil edir. Tarıxlərə şahidlik edən, çoxlu haqsızlıqlar görən Xudafərin körpüsünə həsr olunmuş şeir necə də təsirlidir:

Ay ulu daş kitabəm, kəcavəm, taxtım mənim,

Bakı-Təbriz biçimli könül paytaxtım mənim,

Vüsala həsrət qalan taleyim, baxtım mənim,

Şahım, xanım, sultanım-Xudafərin körpüsü.

Yaxud, şairin "Arazım" şeirində oxuyuruq:

Əlim çatmır öpəm səni,

Gözlərimə təpəm səni.

Durultdumu ləpən səni,

Lilinə qurban Arazım.

Bu misraları yaza-yaza "Araz nəmli gözlərimdən axırmış" deyın şairimiz torpaqlarımız azad olandan sonra sonsuz bir həsrət ilə, ürək ağrısı ilə yazırdı:

Halal duzum çörəyimsən,

Saf niyyətli ürəyimsən.

Basılmayan kürəyimsən,

Bilirəm, torpaq, bilirəm.

Havam, suyumsan bir udum,

Eşqin tükənməz umudum.

Yadında qalıbmı adım,

Gəlirım, torpaq gəlirəm.

     Bəli, torpaq sevgisi, yurd sevgisi, doğulduğun elə-obaya olan tükənməz sevgi və istək hər bir insanın qəlbində kök atlb. Xüsusilə bu əlamətlər söz adamlarının xarakterində daha geniş şəkildə əks olunur, tərənnüm olunur, öyülür. İ.İmanzadənin anadan olduğu "Böyük Mərcanlı kəndim" şeirində olduğu kimi:

Sən bizim Cəbrayılın döyünən ürəyisən,

Ağoğlanın, Dirinin qatlanmaz biləyisən.

Şah vüqarlı xalqımın arzusu, diləyisən,

Düşmən bağrı çatladan şərıflı şanlı kəndim,

Ağır elli-obalı Böyük Mərcanlı kəndim.

Qəriblikdə həmişə uca tutdum adını,

Unutmadım suyunun,çörəyinin dadını.

Yadlar qıra bilmədi qolunu-qanadını,

Alnı açıq, üzü ağ-Araz ünvanlı kəndim;

Vəfalı, sədaqətli Böyük Mərcanlı kəndim.

   30 il yurddan ayrı olan şairimiz özünün dediyi kimi bu 30 ildə bir an da olsun doğma yurd yerini unutmadı,şeirlərində o yerlərlə görüşdü;

30 il yanımdan yel kimi keçdı,

Əymədim qəddimi qərib eldə də.

Sandım dönük baxtım yol azmış köçdü,

İşartı axtardım soyuq küldə də.

Və nəhayət şair bu işartını tapdı. Doğma yurda ayaq açdı, Cəbrayılı, Mərcanlını gördü. İnşallah, indi də torpaq yaşamağa çağırır onu.

İ.İmanzadənin şeirlərində nə qədər nisgil, vətən həsrəti, yurd ağrıları olsa da, onun yaradıcılığında, eyni zamanda təbiət və məhəbbət mövzusu geniş yer tutur. Biz böyük məmnuniyyətlə İ.İmanzadəni məhəbbət şairi adlandıra bilərik. Hər bir yaradıcı insanın əsərləri reallığa söykənməlidir. Əgər şair vətən ağrılarından yazırsa deməli o reallıqdan yazır, yəni olan şeylərdən, hadisələrdən yazır. Məhəbbət şeirləri də belədir. Hər bir şair sevgi-məhəbbətdən yazırsa bu sevgi onun özünün əhval-ruhiyyəsidir, başına gələnlərdir. Necə deyərlər şairlər də öz taleyin yazırlar. İsmayıl müəllimin sevgi şeirləri həddindən artıq çoxdur və bunların əksıriyyətinə bəstəkarlarımız nəğmələr, mahnılar yazmışlar. "Kimsən ay qapımı döyən", "Sübhə qədər yanar ocaq istəsən-İsmayılın ürəyində gecələ", "Necə çıxaydım qarşına", "Aç qapını görüm səni " və s. belə şeirlərdəndir.

Kitabın" Mən səni unuda bilərımmi heç" bölümündəki şeirlər nakam eşqin şairə gətirdiyi ağrı-acılara həsr edilmişdir. Gənclik dövrlərindən qəlbinə sağalmaz yara vuran ilk məhəbbətini xatırlayan şair "Öz eşqımın qatıliyəm" adlı şeirində yazır:

Yerə-göyə sığışmayır harayım,

İlk eşqimi harda gəzim arayım?

Heç demə" tikdiyim " sevgi sarayım

Tək bircə nəfərlik adam yeriymiş.

Ağlım, huşum yəqin o vaxt mürgülü,

Bəlkə də lal imiş bəxtımın dili.

Özüm idim öz eşqimin qatili,

Ürəyim sevgimin edam yeriymiş.

     Beləliklə, şairin bütün sevgi şeirlərunin mərkəzində duran beləcə nakam sevginin əzab-əziyyətlərindən irəli gələn duyğusal ifadələrdir:

Bir vaxtlar sən idin nazlı yarım da,

Halal barım, bəhrəm, söz nubarım da.

Getdin izin qaldı xəyallarımda

Sənsiz yaşamadım ömrü heç vədə,

-deyən şair:

Halallıq ömrümün mayası, ilki,

Alıb aldatmağı peşə bilmədim.

Elə qorxutdu ki gözümü sevgi,

Mən onu heç zaman nəşə bilmədim...

-deyərək sevginin ona yalnız əzab əziyyət, gizli göz yaşları, məhrumiyyətlər gətirdiyini bildirir. Ancaq şairin bütün sevgi şeirləri belə pessimist əhval-ruhiyyədə deyil. Öncə qeyd etdiyim kimi onun gözəl sevgi şeirlərinə çox gözəl mahnılar da yazılmışdır. Əlbəttə bütün bunlar dəyırli şairimizin uğurlarıdır.

Ümidvarıq ki İ.İmanzadənin yeni çap olunmuş "Ürəyim açıq qapıdır" adlı şeir kitabı həmişəki kimi oxucularımızın ruhunu oxşayacaq və müəllivə uğur gətirıcək.

     Yazını İ.İmanzadınin məşhur misraları ilə bitirərək demək istəyirəm ki, bu ilin dekabr ayında ustad şairimizin 80 yaşı tamam olur. İ.İmanzadə bu 32 ildə heç vaxt dostlarının və rəsmi orqanların ona yubiley keçirməsinə razılıq verməyib. “Nə qədər ki Cəbrayıl işğal altındadır mən yubiley keçirməyəcəm”- deyib.

Ümid edirik ki,Azərbaycan Yazıçılar Birliyi və Cəbrayıl rayon İcra Hakimiyyəti böyük şairimizin 80 illik yubileyini böyük təntənə ilə qeyd edəcək. Buna onun mənəvi haqqı var:

Duyğu qəlbin közüdümü,

Kövrəkliyin özüdümü?

Ömür muncuq düzümüdü,

Harda qırıla-qırıla...

Əziz dostum, gözəl şairim, arzu edirəm ki, ömür muncuğunun düzümü hələ uzun müddət pozulmasın. Sən bu muncuğun düzümünü hələ Cəbrayılda bir az da uzatmalısan.

 TARİYEL ABBASLI,  

filologiya üzrə fəlsıfə doktoru, Prezident təqaüdçüsü                                                      

28.05.2022

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:288
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 İyun 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see458

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see286

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see251

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see222

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see219

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see215

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see183

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see175

Belçikada ölənləri sayı rekord həddə çatdı

10 İyul 2026 03:42see173

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see165

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı

10 İyul 2026 02:50see163

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see160

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see159

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see158

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see157

Mbappe Fransa tarixində ilkə imza atdı 100 cü qol töhfəsi

10 İyul 2026 03:55see148

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see146

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see146

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see145

DÇ 2026: İspaniya 1/4 finalda bu gün Belçika ilə üz üzə gələcək

10 İyul 2026 12:08see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri