Icma.az
close
up
RU
Sabah , yoxsa Hapoel ?

Sabah , yoxsa Hapoel ?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

9 yaşlı Azərbaycan çempionu 75 yaşlı stadionumuzda tarixinin ən şərəfli səhifəsini yazmağa hazırdır

Bu gün axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Sabah" (Bakı,Azərbaycan) --"Hapoel"(Beer-Şeva,İsrail) görüşü hər iki rəqib üçün  tarixi qarşılaşmadır. Qalib komanda və onun milyonlarla pərəstişkarı böyük fəxarət hissi ilə Avropanın ən mötəbər klub turnirinin Liqa mərhələsində yollarına davam edəcəklər.

Tofiq Bəhramov adına Respublika Stadionunda oyuna saat 20:45-də start veriləcək. Bu görüş yaşından, peşəsindən, vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı futbol həvəskarının həyatının ayrılmaz tərkib hissəsi kimi ürəkdən sevdiyi və sentyabrın 16-da 75 yaşı tamam olacaq əzəmətli arenada böyük hadisəyə çevriləcək. Komandamızın meydandan qalibiyyətlə ayrılması yubileyə ikiqat qiymətli hədiyyə olar.

Son döyüşdə kimin qələbəyə sevinəcəyindən asılı olmayaraq, "Sabah" da,"Hapoel" də Avropa Liqasının  əsas mərhələsində oynamaq hüququnu özünə təmin etmişdir. Düzdür, Çempionlar Liqası Avroliqadan bir "mərtəbə" üstün yarışdır. Heç kim, indiki halda bugünkü rəqiblər istəməz ki, ən böyüklər meydanında oynamaq, qol vurmaq, qələbə qazanmaq imkanını itirsin. Əksinə, Azərbaycan futbolçuları da, onların israilli qonaqları da daha böyük zəfərə aparan yolda bu imkandan tam istifadə etmək üçün ağır mübarizəyə hazırlıq prosesində qüvvə və bacarıqlarını əsirgəməyiblər.

"Sabah"--"Beer-Şeva" rəqabətində 1-ci raunddan sonra hesabın rəqibin xeyrinə 2:1 olması komandamızın düşərgəsində və azarkeşlər arasında heç bir çaşqınlıq, ümidsizlik yarada bilməz. Azərbaycan təmsilçisinin görüşə fəal başlaması, artıq 6-cı dəqiqədə serbiyalı yarımmüdafiəçimiz Velko Simiçin hesabı acması və bu gün onun təsnifat mərhələlərində 7 oyunda 6 qolla ən sərrast hücumçuların siyahısına başçılıq etməsi Bakı klubunun hücum futbolu ilə çox şeyə nail ola biləcəyini təsdiq edir.

Hamıya gün kimi aydındır ki, hələ heç nə həll olunmayıb. Çempionlar Liqasında nəhənglər meydanına vəsiqənin sahibi bu çərşənbə axşamı məhz bizim şəhərdə, yubilyar stadionda müəyyənləşəcək. Azarkeşlər komandadan "Orxus" Danimarka ilə cavab matçındakı kimi mütəşəkkil hücumlar və dəqiq həlledici zərbələr gözləyəcəklər. 

"Sabah"ın xeyrinə bir amili də qeyd etmək yerinə düşər.Yenicə başlanmış və böyük canlanma vəd edən növbəti milli çempionatımızın qızıl medalları uğrunda mübarizədə onun əsas rəqibi olacaq "Qarabağ"ın Niderlandda Konfrans Liqasının ilk pley-off görüşundə "Tvente" üzərində layiqli qələbəsini deyirəm. Qurban Qurbanovun futbolçuları heyət sarıdan özünüzün də bildiyiniz ciddi çətinliklərə baxmayaraq, ən yaxşı illərindəki kimi ağır sınaqdan şərəflə çıxmaqla sanki yeni yüksəliş dövrünə başladıqlarını inamla təsdiq edib, çoxlarına nümunə oldular. Bu gün həmin əzmkar mübarizə də müəyyən dərəcədə köməyimizə gələ bilər. 

Bu yerdə Mahir Emrelinin də Polşanın "Rakuv" klubu heyətində Xorvatiyanın Split şəhərində yerli "Hayduk"un qapısına vurduğu qol sevincinə şərik çıxaq. Konfrans Liqasının pley-off mərhələsinin 1-ci raundu çərçivəsində keçirilmiş və heç-heçə (2:2) qeydə alınmış görüşdə millimizin hücumçusunun başla dəqiq zərbəsi "Rakuv"a evə "dinc" nəticə ilə qayıtmaq imkanı vermişdir. İndi Mahir komanda yoldaşları ilə birlikdə avqustun 27-də "doğma divarlar" arasında qalib gəlib, əsas  mərhələyə vəsiqə məsələsini öz xeyirlərinə həll etməyə çalışacaq. Bu turnirdə artıq hesabında olan 2 qol Mahir Emrelini yeni uğurlara daha da ruhlandıracaq.

Qeydlərimizi yekunlaşdıraq. Gözlənildiyinə görə, bu dəfə "Sabah"a stadionun tribunalarında daha güclü dəstək olacaq.Hələ avqustun 21-də klubun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, artıq oyuna 15000 bilet satılıb.Bundan sonra qalan 16 min biletin də hakimin start işarəsinə qədər öz xoşbəxt sahiblərini tapacağı elə bir şübhə doğurmurdu. Onlara oyundan sonra stadionu şən əhvalla tərk etməyi arzulayırıq.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:460
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Avqust 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri