Icma.az
close
up
RU
Dəyərli ziyalılarımızdan biri haqqında söhbət...

Dəyərli ziyalılarımızdan biri haqqında söhbət...

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Ağıllı və sistemli adamdır. Onun əsas xüsusiyyətlərindən biri azadlığı sevməsi və fərqli düşüncəyə sahib olmağıdır. Nə qədər optimist olsa da, azadlıq onun qırmızı xəttidir. O, bunun üçün daim mübarizə aparmağa hazırdır. Sakit, təmkinlidir. Duyğularını, hisslərini hər adama bildirən deyil. Amma şən, gülərüz, mərd birisi olduğu üçün ətrafdakılar tərəfindən çox sevilir...

Deyir ki:- “Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən hadisələrlə maraqlanan əcnəbi dostlarımı o vaxt ölkəmizə dəvət edirdim. Onların çoxunu öz maşınınla qarşılayıb, özümün və qohum-əqrəbanın evində yerləşdirərdim. Eyni zamanda Qarabağ probleminə dair xeyli sayda materiallarla təmin edirdik. Həmin zaman bu tədbirlərlə əlaqədar gələn jurnalistlərdən biri də Tatyana Çaladze idi. Onunla biz Xocalı faciəsinə dair “Əsrin genosidi” adlı bir kitab hazırlamaq qərarına gəldik. Bu işlərə görə mən öz “Jiquli” markalı maşınımı onun istifadəsinə verdim. Onu da deyim ki, bu işləri hansısa xüsusi fond üzərindən etmirdim, elə ailə dolanışığından ayırıb görürdüm. Kitab üçün Bərdədə qalıb işləmək lazım gəldi. Xanım hər dəfə maşın üçün etibarnamənin vaxtı qurtaranda müraciət etməli olurdu. Mənim də başqa bir maşınım var idi. Ona görə də növbəti dəfə müraciət edəndə ona birdəfəlik etibarnamə verdim. Bunu da böyük qəhrəmanlıq saymıram. Azərbaycan üçün iş görmək niyyətində olan hər bir insana imkanım dərəcədə kömək etməyə indi də hazıram...”

Xeyirxah və nəzakətlidir. Hər zaman başqalarına kömək etmək və nəyisə öyrətmək üçün çox həvəslidir. Məsuliyyətlidir, məntiqlə hərəkət etdiyinə görə iş həyatında çox vaxt uğur qazanır. Təbiətcə analitikdir, insanları diqqətlə nəzərdən keçirməyi xoşlayır. Liderlik keyfiyyətləri var...

“Mən özüm uzun illər jurnalistikada olmuşam. Hazırda da işinin əsas hissəsi media ilə bağlı olan bir təşkilata rəhbərlik edirəm. Mən özümü jurnalistlərin dostu yox, onların mövcud olduğu ailənin üzvü hesab edirəm. Dost ailədən kənar olur. Mediada olanlar bizim jurnalistika təcrübəmizdən az xəbərdardırlar. Öz dövrü üçün kifayət qədər populyar olub, yüksək tirajla çıxan “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri idim. Jurnalistikada kifayət qədər aktiv olmuşam. Vaxtilə Azərbaycana 100-dən artıq əcnəbi jurnalistin səfərini təşkil etmişəm. Hətta onların səngərlərdə əsgərlə görüşünə də şərait yaratmışam. Eyni zamanda, Azərbaycanda təhsil alan əcnəbi tələbələri də müharibədən zərbə alan regionlara aparmışıq. Bizim layihədə əsasən yazmaq qabiliyyəti olan insanlar iştirak edirdilər. Onların gördükləri haqqında esse yazmaqları vacib idi. Onlar eyni zamanda məcburi köçkünlərin yaşayış şəraiti ilə də tanış oldular, Xocalı faciəsinin şahidlərini dinlədilər, qıçını qolunu itirmiş müharibə iştirakçıları ilə ünsiyyətdə oldular. Mən hesab edirəm ki, Azərbaycan jurnalistikasına bundan böyük xidmət ola bilməz.”- söyləyir...

O, 1961-ci ilin fevral ayının 1-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968-1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd məktəbində orta təhsilə yiyələnib. 1979-1981-ci ilərdə Sovet ordusu sıralarında hərbi xidmət keçib. 1982-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə oranı müvəffəqiyyətlə başa vurub. Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzeti ilə əməkdaşlıq edib. 1989-1993-cü illərdə həmin qəzetin "Elm, publisistika və məktublar" şöbəsinə rəhbərlik edib. 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir. 1996-cı ildən BMT-nin MDB ölkələri üzrə həyata keçirdiyi QHT konfransının və "Marşal" Mərkəzinin Cənubi Qafqaz regionu üzrə tədqiqat qrupunun fəal üzvüdür. Prezident seçkiləri ilə əlaqədar "Seçki-2008" Qeyri-Hökumət Təşkilatları Koalisiyasının əsas təsisçilərindən biri kimi, BAMF seçkilərdə demokratik prinsiplərin bərqərar olmasında, müşahidəçilik missiyasının uğurla həyata keçirilməsində yaxından iştirak edib. Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavinidir. Bəli, söhbət Umud Rəhimoğludan gedir...

Deyir ki:- “Uşaq vaxtından şeir yazıram. Orta məktəbi oxuduğum illərdə ilk şerlərim Füzuli rayonunun “Araz” qəzetində çap olunub. Dövri mətbuatda kifayət qədər şeir çap etdirmişəm. Müharibə, təşkilatdakı gərgin iş tempi yaradıcılığıma ciddi mane oldu. Amma hesab edirəm ki, bu yazılar nə vaxtsa üzə çıxacaq. Müxtəlif mövzulara baş vurmuşam, bunların arasında məhəbbət, vətənpərvərlik, fəlsəfi düşüncələr var. Poeziya təbdən asılıdır...”

Heç vaxt cansıxıcı olmayıb və fəaliyyətsiz qalmayıb. Macəra həvəskarı olsa da, həyatını daimi yeniliklərə həsr edir. Risk etməyi bacarır. Həqiqətin üzə çıxması uğrunda mübahisə etməkdən çəkinmir. İnsanları sevir, amma sevgisini necə göstərəcəyini dəqiq bilmir. Nə qədər optimist olsa da, azadlığı uğrunda mübarizə aparmağı xoşlayıt. Onun emosiyalarını görmək elə də asan deyil, bunun üçün, necə deyərlər, hissiyatı güclü adam olmaq lazımdır...

“Xarici ölkələrdə yaşayan kifayət qədər dostlarım var. Və onlar müxtəlif istiqamətlərdə çalışan adamlardı. Bu dostluğun əksəriyyəti təsadüflər üzərində qurulub. İnsan gərək həmişə ölümü unutmasın və çalışıb kimlərəsə əl tutsun. Mənim həyat prinsipim bu olub. Bəlkə də çevrəmdə həmişə böyük insanlar olub deyə, əsl həyat fəlsəfəsini düzgün mənimsəmişəm. Bir yox, bir neçə prezident dostlarım var, bunları danışmağı xoşlamıram. Orta məktəb, əsgərlik yoldaşlarım də mənim üçün çox qiymətlidir...”- söyləyir.

İşıqlı adamdır, iştirak etdiyi tədbirlərdə xoş söz söyləməkdən çəkinmir. Bu da onun ürəyiaçıq, mərd, qısqanclıqdan uzaq olduğundan xəbər verir. İlqar Əlfioğlunun 70 illiyi ilə əlaqədar Mətbuat Şurasında təşkil edilən tədbirdə iştirak edərkən, bunun bir daha şahidi oldum. O qədər gözəl danışdı ki, yubiliyarın yaradıcılığını səxavətlə izah edə bildi. Xülasə, haqqında söhbət açdığım Umud Rəhimoğlu sözün əsl mənasında dəyərli ziyalılarımızdandır...

Elman Eldaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 İyun 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri