Icma.az
close
up
RU
...Deyilən söz yadigardır

...Deyilən söz yadigardır

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

   Həmid Abbas-90

     Akademik Nizami Cəfərovun çox dəyərli kəlamlarından birində deyilir: “Biz gərək örnək insanlarımıza dəyər verək, onlara tanıdaq”. Qazax mahalı Azərbaycanımıza çoxsaylı örnək insanlar bəxş edib və onlardan bir də Həmid Abbasdır desəm düşünürəm ki, səhv etmiş olmaram. Bu günlər ədəbi ictimaiyyət şair, tərcüməçi, jurnalist, ictimai xadim, əməkdar incəsənət xadimi Həmid Abbasın 90 illik yubileyini qeyd edir. Bu xüsusda mən, Seymur Orucovun və Barat Vüsalın şəxsində Ağstafa Rayon İcra Hakimiyyətinin , AYB Qazax Filialının və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin, Həmid Abbasın 90 illik yubileyi ilə əlaqədar birgə təşkil etdikləri və yüksək səviyyədə keçən tədbirini alqışlayır, şairiin bir oxucusu olaraq təşkilatçılara təşəkkürlərimi bildirirəm.

Bu yerdə Xalq şairi Məmməd Arazın bir beyt şeri yada düşür:

                                                 Bir xatirəm köçəcəkmi xatirələrə,

                                                 Min xatirə köçəcəkdir mənimlə əfsus..

       Və mən də Böyük Səməd Vurğunun ”De gəlsin hər nəyin vardır, Deyilən söz yadigardır” kəlamlarına əməl edərək, istədim ki, şairin 90 illik yubileyi ərəfəsində məndən də bir xatirə yadigar qalsın...
    1970-1981 ci illərdə Azərbaycan KP Mərkəzi Komiitəsində məsul vəzifədə çalışmış, 18 il Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsində işləmiş Həmid Abbas, Azərbaycan ictimai həyatında yaxşı tanınan bir vəzifə sahibi olmaqla həm də gözəl şair, tərcüməçi və jurnalist və vətənpərvər bir şəxsiyyət idi. Şəxsi münasibətlərimiz olmasa da mən onu həm ictimai xadim kimi, həm də şair kimi yaxşı  tanıyır, şeirlərinə yazılmış mahnılara sevə-sevə qulaq asır, şeirlərini oxuyurdum. Yadımdadır 1985-ci ildə onun yeni,  “ Ömrün elə çağıdır ki...”  kitabı nəşr olunanda görkəmli ədəbiyyatşünas alim, Xalq yazıçısı Əzizə Cəfərzadə “Ədəbiyyat və İncəsənət” qəzetində bir məqalə yazmış, nəğmələr şairi kimi Həmid Abbasın yaradıcılığına yüksək dəyər vermişdi. Məqaləni oxuduqdan sonra mən də kitabın axtarışına çıxmışdım. O vaxtlar kitablar ancaq kitab mağazalarlnda satılırdı və mən də hansı kitab mağazasına üz tuturdumsa ancaq  “Kitab artıq satılıb” cavabını alırdım. Təsəvvür edin ki,  7000 nüsxə ilə nəşr olunmuş kitabı tapa bilmirdim. Nəhayət şairin həmin kitabını Bakı şəhərinin ucqar məhəllələrindən birində  yerləşən bir mağazadan tapdım və o gündənhəmin kitab mənim kiçik kitabxanamın ən əsas yerlərindən birində qərar tutb və sevimli kitablarımdan biridir. O vaxtdan sonra çox istəyirdim ki, şairin özü ilə görüşüm, yaxından tanış olum və ünsiyyət qurum.

      Belə bir imkan 1994-cü ildə yaranmışdı. Həmin ilin payız vaxtları idi. Həmid Abbas “Qazax” Xeyriyyə Cəmiyyətinin idarə heyətinin bir neçə nəfər üzvləri ilə, Cəmiyyətin Mingəçevir şəhərində filialını təşkil etmək üçün Mingəçevirə gəlmişdilər. Cəmiyyətin filialını böyük coşqu ilə təssis etdik. O vaxtlar Mingəçevirdə polis rəisi vəzifəsində işləyən, vətənpərvər və təəsübkeş eloğlumuz Xəlil Xəlilov ( Görkəmli ziyalımız Hüseyn müəllimin kiçik qardaşı) cəmiyyətin filialının təşkilinə böyük dəstək verirdi. Təvəzökarlıqdan uzaq da olsa qeyd edim ki,  mən də bu məsələdə aparıcı şəxslərdən biri idim. Tədbirdən sonra axşam şam yeməyi ətrafında əyləşdik və “Qazax” Xeyriyyə Cəmiyətinin tərkib  hissəsi kimi filialın qarşısında duran vəzifələrindən ətraflı söhbət açdıq. Arada poeziya da yaddan çıxmadı və təbii ki, söhbətin mərkəzində Həmid Abbas dururdu. Həmid Abbas Mingəçevir şəhərindən, onun qurucularından, Böyük şairimiz Səməd Vurğunun Mingəçevirə səfərlərindən, onun şəhərin qurucularına həsr etdiyi “Muğan” poemasından,  poemanın qəhrəmanı Sarvan Salmanovdan ətraflə söhbət açdı.  Sonda özünün də  Mingəçevirə şeir həsr etdiyini dedi və həmin şeirin  dərc olunduğu kitabı mənə göndərəcəyinə söz verdi.

     Xarakter etibarı ilə çox mehriban və səmimi olan Şairlə beləcə çox səmimi ünsiyyətimiz yarandı. Onunla ikinci görüşümüz 1996-cı ilin noyabrında Mingəçevirdə Xalq şairi Səməd Vurğunun 90 illik yubileyi keçirilən günlərdə oldu. Bu yubiley haqqında mən bir neçə dəfə ətraflı yazmış və danışmışam və təkrarçılığa yol vermək istəmirəm. Yubileyə gələnlər arasında Həmid Abbas da var idi və onunla uzun illərin yaxın adamı kimi çox mehriban görüşdük. Həmid müəllim keçən görüşümüzdə söz verdiyi kitabı da özü ilə gətirmişdi.

      Yubiley tədbirlərində iştirak etmək üçün Mingəçevirə gəlmiş Fərman Eyvazlının ölümü  ilə bağlı olay barədə də  əksəriyyətin məlumatı olduğu üçün təfərrüata varmıram. Baş vermiş hadisə hamımız kimi Həmid Abbasın da şair qəlbini sarsıtmışdı və ertəsi gün,  Fərman Eyvazlı ilə son səfər yoldaşı olan şair, ürək yanğısı ilə aşağıdakı şeirini  yazıb mənə göndərmişdi: (Şeirin əlyazma variantı məndədir). Həmin şeiri təqdim edir və hər iki ziyalımızın xatirəsini ehtiramla yad edirəm:

                                           “Son səfər”

                                                                      Qələm dostum Fərman Eyvazlının

                                                                                                əziz xatirəsinə

                                              Bir qızıl payızda çıxdı səfərə,

                                              Yol boyu danışdı, güldü dostumuz

                                              Günorta şatanda Mingəçevirə,

                                              Fərəhdən gözünü sildi, dostumuz.

                                              Söz açdı cavanlıq illərindən O,

                                              Qazağın ətirli güllərindən  O,

                                              Sonra yapışaraq əllərimdən O,

                                              Sonsuz sevincini böldü  dostumuz.

                                              Sən demə son dəfə gülürmüş Fərman

                                              Özü öz işini bilirmiş Fərman,

                                              Vurğuna səcdəyə gəlirmiş Fərman,

                                              Ustada baş əyib öldü  dostumuz,

                                              Son anda sevindi, güldü dostumuz.

Ramiz Göyüş, 

yazıçı-publisist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri