Icma.az
close
up
RU
Deyirdi ki, ərlərinizdən nə vaxta qədər asılı olacaqsınız... Lotereya işi

Deyirdi ki, ərlərinizdən nə vaxta qədər asılı olacaqsınız... Lotereya işi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Yardımlaşma kampaniyası” adı altında vətəndaşları aldadaraq onların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmədə zərərçəkmişlər dindirilib. 

Globalinfo.az bildirir ki, Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Sevinc Şamilova ifadə verib.

O, ifadəsində bildirib ki, ona məktəbdə Könül adında valideyn deyib ki, bir lotereya var – müəyyən miqdarda pul qoyub sonra xeyrinə pul götürürsən:

“O, Tənzilə xanımla danışandan sonra məni bu qrupa əlavə etdi. Əvvəlcə az miqdarda 250 manat qoydum. Həmin oyundan birinci dəfə 951 manat, ikinci dəfə isə 700 manat götürdüm. Mənə ümumilikdə dəyən ziyan isə 7 min 110 manatdır”.

Zərərçəkmiş Nuranə Əlipənahova bildirib ki, gözəllik salonunda işləyir və bu qrup haqda məlumatı elə salonda deyilib:

“May ayında ilk dəfə bu qrupa 180 manat qoydum. Mənə deyildi ki, 180 manat qoysan 1000 manat xeyir götürəcəksən. Sonra ardıcıl 3 dəfə min manat qoydum, lakin mənə çatacaq olan xeyiri götürmədim. Hətta bir dəfə Tənzilə xanımdan 100 manat istədim, onu da tez bir zamanda özünə qaytardım. Mənə dəymiş ümumi ziyan isə 4 min 870 manatdır”.

Zərərçəkmiş Yeganə Babacanovanın sözlərinə görə,  belə bir lotereyanın mövcudluğunu və müəyyən qədər pul qoyub iki qatını götürəcəyini eşidib:

“Qardaşımla danışanda dedi ki sən hələ qoşul yaxşı olsa bizdə qoşularıq. Mən bir neçə dəfə 1000 manat qoydum. Tənzilə bizə şirnikləndirici səslər atırdı. Şirnikləndirici səsdə deyilirdi ki, əziz xanımlar, ərlərinizdən nə vaxta qədər asılı olacaqsız, biznes qurmaq vaxtıdı. Mənə ümumi dəymiş ziyan 10 min manata yaxındır. Bütün çeklər əlindədi. Bizim qrup rəhbəri Aygün Abbasova idi”.

Məhkmənin növbəti iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, Tənzilə Kərimova 11 “WhatsApp” qrupu yaradıb. O, bu qruplar vasitəsi ilə vətəndaşları aldadaraq onların külli miqdarda pullarını ələ keçirib. Belə ki, o vətəndaşlara qarşı 1 milyon 232 min 559 manat ziyan vurub.

Cinayət işi üzrə 81 nəfər zərərçəkmiş var.

Tənzilə Kərimovanın barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri