Icma.az
close
up
RU
Deyirlər bir kisə torpaq gətirin analiz edək

Deyirlər bir kisə torpaq gətirin analiz edək

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İllərdir iqlim dəyişikliyi səbəbilə havaların qeyri-sabit keçməsinin şahidi oluruq. Bu kənd təsərrüfatına da təsirsiz ötüşmür. Yayda yağıntının çox olması, qışın quraq keçməsi kimi bir çox amillər kənd təsərrüfatına xüsusilə də əkinçiliyə təsir edir.

Mövzu ilə bağlı Modern.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, 1980-ci illərdən etibarən dünyada iqlim dəyişmələri baş verir:

“Biz son 15-20 ildə bunun daha ciddi fəasadlarını görürük. Daha əvvəlki kimi hər mövsümə uyğun hava şəraitinin dəyişməsini görmürük. İndi görürük ki, havalar tez-tez dəyişir. Kənd təsərrüfatına, xüsusilə bitkiçiliyə havanın belə keçməsi təsir edir. Bitkilər stress amillərə dözümsüz olduqları üçün bəzən məhsuldarlıq aşağı düşür. Bəzən də bunun müsbət təsirlərini görürük. Son vaxtlar apardığımız araşdırmalar onu göstərir ki, dünyada taxıl istehsalında ciddi artım müşahidə edilir. İqlim dəyişməsi dünyada ciddi fəsadlarm yaradır. Bununla yanaşı isə taxıl məhsulu istehsalında arıtm müşahidə olunur. Əslində bu müsbət haldır. Çünki taxıl yalnız çörək deyil, ərzaq deməkdir, ət və süd deməkdir. Azərbaycanda bitkiçiliyə təsir edəcək amillər baş vermir. Əslində hava əvvəllər də belə keçib.  Hələ quraqlıq olacağı ilə bağlı proqnoz vermək üçün tezdir. Yəqin ki, bir neçə ay sonra yağıntılar başlayacaq. Təəssüflər olsun ki, keçən ilki yağışların uzunmüddətli, davamlı olduğunu gördük. Bunun da təsərrüfata mnüəyyən təsiri var. Örüş ərazilərdə məhsuldarlığın aşağı düşdüyünü, bir sıra məhsulların məhsuldarlığın aşağı düşdüyünü görürük”.

Ekspertin sözlərinə görə, Azərbaycanda problem iqlim dəyişikliyi deyil, aqrotexniki qaydalara vaxtında əməl olunmamasıdır:

“Əgər torpaqda kifayət qədər mineral elementlər olarsa, bitkinin immun sistemi güclü olur. Əgər elementlər kifayət qədər deyilsə, bitki dözümsüz olur, məhsuldarlıq aşağı düşür. Buna ciddi fikir vermək lazımdır. Mən kənd təsərrüfatı nazirinin də, əməkdaşların da çıxışlarını dinləyirəm. Fəsadları ancaq təbiətin, havanın ayağına yazırlar. Bütün ölkə üzrə torpaqların kimyəvi analizi aparılmalıdır. İndi deyirlər ki, bir kisə torpaq gətirin biz onu analiz edək. Torpaq elə analiz edilmir, dəqiq analiz aparılmalıdır. Torpaqda çatışmayan elementlər verilməli, aqrotexniki qaydalara vaxtında əməl edilməli, fermerlər suvarma ilə təmin olunmalı, bu sistem müasir tələblərə uyğun qurulmalıdır. Toxumçuluğa fikir vermək lazımdır ki, quraqlığa, soyuğa dözümlü sortlar yetişdirilsin. Belə olan halda biz problemi təbiətdə axtarmayacağıq. Digər ölkələrdə olduğu kimi bizdə də məhsuldarlıq artacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Fevral 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri