Icma.az
close
up
RU
Dəyirmi masa: Moda sənayesi yalnız estetik dəyərlərlə deyil, sosial və ekoloji məsuliyyətlə də sıx bağlıdır

Dəyirmi masa: Moda sənayesi yalnız estetik dəyərlərlə deyil, sosial və ekoloji məsuliyyətlə də sıx bağlıdır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 sentyabr, AZƏRTAC

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində sentyabrın 30-da “UNFCCC COP-larında Moda İnqilabına doğru addımlar və davamlı modadakı ən son tendensiyalar” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan və Avropadan olan sahə mütəxəssisləri iştirak edib.

Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai bildirib ki, İqlim Həftəsi çərçivəsində müxtəlif sektorlarda – kənd təsərrüfatı, enerji, nəqliyyat, su ehtiyatları və digər sahələrdə iqlim dəyişmələrinin təsirləri müzakirə olunur. O vurğulayıb ki, həmin sektorların emissiyaların azaldılması istiqamətində üzləşdikləri çətinliklər və həyata keçirdikləri tədbirlər xüsusi diqqət mərkəzində saxlanılır.

O qeyd edib ki, moda sənayesi də emissiyalara ciddi təsir göstərən sahələrdən biridir və bu baxımdan dayanıqlılıq prinsiplərinin tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Dəyirmi masada, həmçinin davamlı modada beynəlxalq təcrübə, ekoloji təmiz materiallardan istifadə, istehsalda resursların səmərəli idarə olunması və gənc dizaynerlərin təşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparılıb.

İştirakçılar vurğulayıblar ki, moda sənayesi yalnız yaradıcılıq və estetik dəyərlərlə deyil, həm də sosial və ekoloji məsuliyyətlə sıx bağlıdır. Bu baxımdan, istehsal zəncirində şəffaflığın artırılması, tullantıların azaldılması və təkrar emal imkanlarının genişləndirilməsi əsas istiqamətlərdən biri kimi göstərilib.

Mütəxəssislər bildiriblər ki, dayanıqlı modanın inkişafı üçün təhsil müəssisələrinin və peşəkar təlim proqramlarının rolu əvəzsizdir. Bu sahədə gənclərin iştirakı, yeni ideyaların və texnologiyaların tətbiqi, eləcə də yerli brendlərin beynəlxalq platformalarda tanıdılması xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Dayanıqlı Moda Nümayişi (Sustainable Fashion Show) keçirilib. Nümayişdə ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış geyim kolleksiyaları təqdim olunub və iştirakçılar moda sənayesində dayanıqlı yanaşmaların praktiki tətbiqini yaxından izləmə imkanı əldə ediblər.

Tədbir, həmçinin gənc dizaynerlərin yaradıcılıq təşəbbüslərinin nümayişinə, həmçinin beynəlxalq və yerli təcrübələrin paylaşılmasına platforma olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri