Parlamentdə dəyirmi masa olacaq
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Milli Məclisin payız sessiyası müddətində insan hüquqları ilə bağlı qabaqcıl beynəlxalq təcrübə əsasında dəyirmi masa keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci il payız sessiyasının iş planında öz əksini tapıb.
Dəyirmi masa “Rəqəmsal suverenlik, informasiya suverenliyi və insan hüquqları” mövzusunda təşkil olunacaq.
Eyni zamanda, “Vəkillik institutu-vətəndaşların insan hüquqlarının təmin edilməsi və beynəlxalq standartların tətbiqi mexanizmlərinin təkmilləşməsində yeri və rolu” mövzusunda da dəyirmi masanın keçirilməsi planlaşdırılır.
“Beynəlxalq məhkəmə və hüquq institutlarının fəaliyyətində yeni tendensiyalar, perspektivlər- Azərbaycandan baxış” mövzusunda dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, “Böyük Qayıdış”la bağlı Azərbaycanın yeganə təcrübəsi” mövzusunda beynəlxalq İnsan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə müzakirənin təşkil edilməsi planlaşdırılır.
Nuranə Daxilqızı
Baxış sayı:65
Bu xəbər 17 Sentyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















