Icma.az
close
up
RU
Dəyişikliklər yeniliklərlə yanaşı pis vərdişlər də gətirir MÜNASİBƏT BİLDİRİLDİ

Dəyişikliklər yeniliklərlə yanaşı pis vərdişlər də gətirir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Ailə tərbiyəsi və pedaqogika sahəsində müxtəlif vaxtlarda pis vərdişlərlə bağlı çoxlu sayda mübarizə metodları, əxlaqi, mənəvi, kamilləşmə ilə bağlı xüsusi inkişaf yolları olub. Təəssüflər olsun ki, bütün bunlar bütövlükdə cəmiyyətin bütün nümayəndələrini düzgün yola, kamilləşmə yoluna apara bilməyib". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, hər dövrün özünəməxsus pis vərdişləri olur: "Bəzi pis vərdişlər qısamüddətli, bəziləri isə uzunmüddətli olur. Vaxtilə toylarda dava salmaq, Bakı şəhərində qadınlar yol gedəndə onlara sataşmaq üstündə mübahisələr baş verirdi.

Bu tipli hadisələr zamanı cəmiyyətdə çox böyük ictimai qınaq var idi. Eyni zamanda dövlət orqanları da bunlara çox ciddi reaksiya verirdi. Belə pis vərdişlər getdikcə aradan çıxıb. Amma dövran dəyişdi. Artıq insanların yaşam tərzində dəyişikliklər var. Dəyişikliklər yeniliklərlə yanaşı pis vərdişlər də gətirir. Müasir dövrdə virtual aləmdə, ictimai yerlərdə, birgəyaşayış məkanlarında vətəndaşlarımızın ictimai əxlaq normalarını kobudcasına pozaraq bir çox pis vərdişləri nümayiş etdirməsi və bunun fəsadları olaraq müəyyən insanların cəzalandırılması kimi hallarla tez-tez rastlaşırıq. Həm də real hadisələrlə yanaşı virtual vərdişlər, mənfi xüsusiyyətləri cəmiyyətə öz təsirini göstərməyə başlayıb.

Güman ki, pis vərdişlər daha çox o cəmiyyətlərdə olur ki, onların təhsildə və ictimai düşüncəsində problem olur. Azərbaycanın bir çox mənfi tendensiyalarla bağlı ictimai kompaniyalar artıq öz real nəticələrini verib. Məsələn, insanlarımız yerüstü keçidlərdən istifadə edir, piyadalara yol verirlər. Pis vərdişlər dedikdə bunlar da nəzərdə tutulmalıdır. Pis vərdişlər dedikdə həm də daha çox yeni nəslin nümayəndələrini göz qabağına gətirirlər, onlar tənqid olunur. Əslində zibil qabıdan istifadə etmirsənsə, qonşulara mane ola biləcək fəsadlar törədirsənsə, bunlar da pis vərdişlərdir.

Real pis vərdişlərlə yanaşı həm də virtual pis vərdişlər yaranır. Qumar oyunlarına meyillilik, virtual kazinolardan vaxtaşırı istifadə etmək və asılı olmaq , yaxud ictimai platforma sayılan sosial şəbəkələrdə insanları qısnamaq, onların paylaşımlarının altında mənfi rəylər yazmaq, verilişlərdə çıxış edən tanınmış adamların yaxınlarını söymək, bunlar hamısı ictimai qınağa tuş gələ biləcək pis vərdişlərdir. Bu vərdişlərlə dövlət orqanları olaraq, ictimaiyyət olaraq mübarizə aparırıq. Amma birini düzəltməmiş digəri yaranır. İndiyə kimi erkən nikahlarla bağlı, qızların təhsildən yayınması, oğlanların tənbəlləşməsi, narkotikdən istifadə ilə bağlı, müxtəlif məzhəblərə qulluq edən dini qara qüvvələrin təsiri altına düşmələri ilə bağlı pis vərdişləri ictimaiyyət tənqid etmişdi, onların böyük əksəriyyəti aradan qalxmışdı".

"Energetik içkilərlə, qazlı içkilərdən çox istifadə, siqaret çəkilməsi, elektron qəlyan və siqaretdən istifadə ilə bağlı pis vərdişlər var ki, bunlar da qınanmalıdır. Əgər biz cəmiyyət olaraq ideal vətəndaşlardan ibarət toplum yaratmaq istəyiriksə, ilk növbədə özümüz düzəlməliyik. Pedaqogikada belə söz var ki, özün ideal olmasan da, kamilləşməyə doğru addım at ki, sənə baxıb digərləri də kamilləşsinlər.

Təəssüflər olsun ki, bizdə müəllim deyir ki, rüşvət alma, özü repetitorluq edir, yaxud, ad günündə hədiyyə gözləyir. Həkim özü xəstədən pul güdür. Bu pis vərdişlərlə bağlı hamımız kollektiv mübarizə aparmalıyıq. Cəzalandırma, ictimai qınaq, ciddi rəsmi nəzarət metodlardır. Amma əsasən insanın daxili kamilləşməsi üçün elə metod seçməliyik ki, insanlar dəyişsinlər. Gənclərimiz ildən-ilə müxtəlif pis vərdişlərə düçar olurlar. Bunlarla mübarizə metodları sanki işlənilmir. Burada yalnız pedaqoqlar yox, həm də ictimai təsisatlarımız işləməlidir. Həm də məscidlərimiz, ictimai xadimlərimiz, ziyalılarımız, mətbuatımız, internet, sosial şəbəkələr, ictimai fəallar da aktiv olmalıdır. Onlar pis vərdiş kimi qəbul olunanlara qarşı kollektiv mübarizə aparmağı bacarmalıdırlar. Biz bununla bağlı artıq aksiyalar etmişik. Aksiyaların xeyirli nəticəsini indi görürük. Bunu digər pis vərdişlərin də aradan qaldırılmasında istifadə etmək olar" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 May 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see235

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see224

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see184

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see182

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see160

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see149

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see149

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see142

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see142

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see135

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see135

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see135

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see133

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see130

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri