Icma.az
close
up
RU
Ailə anlayışında mühüm dəyişikliklər baş verib MÜNASİBƏT BİLDİRİLDİ

Ailə anlayışında mühüm dəyişikliklər baş verib MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Müasir dövrdə cəmiyyətin inkişafı ilə paralel olaraq ailə anlayışında da mühüm dəyişikliklər baş vermişdir. Xüsusilə, şəhərləşmə prosesi və texnologiyanın sürətli inkişafı ailə quruluşuna, ailə üzvləri arasındakı münasibətlərə və rol bölgüsünə ciddi təsirlər göstərmişdir". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, bu dəyişikliklər bir tərəfdən həyat şəraitini asanlaşdırsa da, digər tərəfdən ailə dəyərlərində və funksiyalarında yeni çağırışları da gündəmə gətirmişdir: "Ənənəvi kənd həyatında geniş ailə tipi - nənə, baba, valideynlər və uşaqların bir yerdə yaşadığı model daha çox üstünlük təşkil edirdi. Şəhərləşmə ilə birlikdə bu struktur dəyişmiş, nüvə ailə, yalnız valideynlər və uşaqlardan ibarət olan daha kiçik ailə modeli yayılmışdır. Bu dəyişiklik bir sıra sosial və emosional nəticələrə səbəb olmuşdur:

Valideyn-uşaq münasibətləri daha sıx və fərdi hala gəlmişdir.

Ailə dəstək sistemləri zəiflədiyi üçün uşaqların tərbiyəsində və yaşlılara baxımda çətinliklər yaranmışdır.

Şəhər həyatının tələbləri ailə üzvlərini daha çox iş və sosial fəaliyyətlərə yönəltdiyindən birgə vaxt keçirmə imkanları azalmışdır.

Texnologiya, ailələrin ünsiyyət tərzindən tutmuş gündəlik həyat tərzinə qədər hər bir sahəyə təsir göstərmişdir. Mobil telefonlar, sosial şəbəkələr və müxtəlif elektron cihazlar ailə üzvləri arasında əlaqənin formasını dəyişdirmiş, lakin bəzən real ünsiyyətin azalmasına da səbəb olmuşdur. Məsələn: Uşaqlar və gənclər vaxtlarının böyük hissəsini onlayn platformalarda keçirdikləri üçün ailə daxilində münasibətlər zəifləyə zəifləmişdir. Digər tərəfdən, texnologiya valideynlərə təhlükəsizlik və nəzarət imkanları da təqdim edir. Məsələn, uşaqların yeri izlənilə bilər. Ər-arvad arasındakı münasibətlərdə soyuqluqa səbəb ola bilər.

Son onilliklərdə qadınların təhsildə və iş həyatında fəal iştirakı artmışdır. Bu, ailə münasibətlərində və rol bölgüsündə mühüm dəyişikliklərə səbəb olmuşdur: Əmək bölgüsündə tarazlıq: Qadınların işləməsinin sayının artmasına təsir etmişdir.
İqtisadi müstəqillik qadınlara daha çox söz haqqı və qərarvermə gücü qazandırmışdır. Hərçənd ki, bunun mənfi tərəfləri də vardır. Evdə ər-arvad arasında dominantlıq bu səbəbdən qadına keçmişdir. Bu dəyişikliklər bəzi hallarda ailə daxilində gərginliyə və gözləntilərin toqquşmasına da gətirib çıxara bilər".

"Ənənəvi ailə modelində kişi ailənin başçısı, qadın isə evin qayğıkeşi rolunu oynayırdı. Müasir dövrdə bu bölgü getdikcə dəyişir: Ailə daxilində cinsiyyətə görə deyil, bacarıq və imkanlara görə bölgü üstünlük qazanır. Bu da bizim milli və dini dəyərlərimizə tamamiylə ziddir. Bu, gender bərabərliyini təşviq etsə də, müsəlman cəmiyyətlərində sosial ziddiyyətlərə səbəb olur.

Ailənin sosial rifahını yaxşılaşdırmaq, həyat yoldaşına dəstək üçün qadınların işləməsi müsbət haldır, amma bu qadının ıqtisadi azadlığa çıxdıqdan sonra ailədə dominant olmasına gətirib çıxarmamalıdır. Qadının gəlirləri çox olsa belə, evdə dominant kişi olmalıdır. Uşaqların tərbiyəsində həm ananın, həm də atanın fəal rolu onların emosional və sosial inkişafına müsbət təsir göstərir" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyun 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri