Icma.az
close
up
RU
Dəymiş ziyanın ödənilməsi ilə bağlı mühüm qərar

Dəymiş ziyanın ödənilməsi ilə bağlı mühüm qərar

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının  Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

Modern.az xəbər verir ki, işin hallarına görə, məhkum İmişli Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmlə zərərçəkmiş şəxslərin mülki iddiaları təmin edilərək 5400 manat pulun və 17200 manat pulun məhkum edilmiş şəxsdən alınıb zərərçəkmiş şəxslərə ödənilməsi qərara alınıb.

Sonra məhkum ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək hökmə əsasən təmin edilmiş mülki iddianın bir dəfəyə ödənilməsi üçün maddi imkanının olmadığını, bu səbəbdən ödənilməli pul məbləğlərinin hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş edib. İmişli Rayon Məhkəməsinin qərarı ilə məhkumun ərizəsi təmin edilməmiş və məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cinayət-prosessual qanunvericlikdə mülki iddianın hissə-hissə icra edilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır və bu səbəbdən məhkumun müraciətinə baxılması mümkün deyil. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılıb.

Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə hesab edib ki, CPM-in 509.1.9 və 510.3-cü maddələri Konstitusiyanın 25 və 60-cı maddələrinin, eləcə də CPM-in 179.2 və MPM-in 231-ci maddələrinin tələblərinə uyğun olaraq tətbiq edilməli və məhkumun məhkəmə hökmü ilə müəyyən edilmiş mülki iddia məbləğinin hissə-hissə icra edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququ tanınmalı, bu növ müraciətlərə baxılarkən işin halları ətraflı araşdırılmalı, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının tam icrasına nail olmaq məqsədi ilə icra zamanı tətbiq edilməli olan prosedurların həyata keçilməsi ilə bağlı müraciətlərə həssas yanaşılmalı, məhkumun maddi imkanı mülki iddia məbləğinin birdəfəyə ödənilməsinə imkan vermədiyi təqdirdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasız qalması nəticəsində yaranan etimadsızlığın qarşısını almaq məqsədi ilə hissə-hissə icra institutunun tətbiqi məsələsi də müzakirə mövzusu olmalıdır.

Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qərarına əsasən, məhkumun kassasiya şikayəti qismən təmin edilib, apellyasiya məhkəməsinin qərarı məhkumun kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və material Ali Məhkəmənin qərarında ifadə olunmuş mövqeyə uyğun olaraq apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Yanvar 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri