Icma.az
close
up
RU
Ordudakı yeyinti işi: Dövlətə dəymiş ziyanın ödənilməsi məbləği açıqlandı

Ordudakı yeyinti işi: Dövlətə dəymiş ziyanın ödənilməsi məbləği açıqlandı

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin hüquqi nümayəndəsinin iştirakı etmədiyi məlum olub. Dövlət ittihamçısı Maliyyə Nazirliyin nümayəndəsinin məhkəmənin hazırkı mərhələlərində iştirakının təmin olunmasının vacib olduğunu deyib.

Onun sözlərinə görə, zərərçəkmişin hüquqi nümayəndəsinin mövqeyi vacibdir.

Hakimlərin qərarına görə, hazırkı mərhələdə zərərçəkmişin nümayəndəsinin iştirakı olmadan proses davam etdirilib, növbəti iclasda isə iştirakı təmin olunacaq.

Daha sonra hakim deyib ki, dövlətə vurulmuş ziyanın ödənilməsinin məbləği ilə bağlı istintaq orqanına sorğu göndərilib və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsindən sorğuya cavab verilib.

Cavabda göstərilib ki, bu günə kimi dövlətə vurulmuş ziyanla bağlı ümumilikdə 38 milyon 664 min manat ödəniş olunub. Həmin məbləğdən Nizami Məmmədov 12 milyon 203 min manat, Vüsal Əlizadə 101 min manat, Cəlal Kazımov isə 110 min manat ödəniş edib.

Bundan başqa, iş üzrə bütün təqsirləndirilən şəxslərin əmlaklarına ziyanın ödənilməsinə yönəldilməsi üçün həbs qoyulub.

Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, Maliyyə və Büdcə İdarəsində baş mühasib işləmiş Akif Umudov Nizami Məmmədovun əvəzindən 210 min manat dövlət büdcəsinə ödəniş edib, amma həmin məbləğ ziyanın ödənilməsi ilə bağlı siyahıda göstərilməyib.

Vəkilin sözlərinə görə, Akif Umudov məhkəmədə ifadə verən zaman bu məbləğin ödənilməsini təsdiqləyib.

Bundan sonra hakim məhkəmə istintaqının tamamlanması ilə bağlı tərəflərin fikirlərini soruşub. Dövlət ittihamçısı hazırda məhkəmə istintaqının tamamlanmasına etiraz edib.

Hakim isə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edib və çıxış etmək üçün dövlət ittihamçısına söz verib. Dövlət ittihamçısı isə çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Növbəti proses noyabrın 22-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 15 Noyabr 2024 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see198

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see174

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see160

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see130

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see122

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see120

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see119

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri