Icma.az
close
up
RU
Ali Məhkəmə məhkum tərəfindən vurulan ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edib

Ali Məhkəmə məhkum tərəfindən vurulan ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edib

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ali Məhkəmə məhkum tərəfindən vurulan ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edib.

"Report" xəbər verir ki, məhkum İmişli Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hökmlə zərərçəkmiş şəxslərin mülki iddiaları təmin edilərək 5400 manat pulun və 17200 manat pulun məhkum edilmiş şəxsdən alınıb zərərçəkmiş şəxslərə ödənilməsi qərara alınıb.

Sonra məhkum ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək hökmə əsasən təmin edilmiş mülki iddianın bir dəfəyə ödənilməsi üçün maddi imkanının olmadığını, bu səbəbdən ödənilməli pul məbləğlərinin hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş edib. İmişli Rayon Məhkəməsinin qərarı ilə məhkumun ərizəsi təmin edilməmiş və məhkəmə öz mövqeyini onunla əsaslandırıb ki, cinayət-prosessual qanunvericlikdə mülki iddianın hissə-hissə icra edilməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb və bu səbəbdən məhkumun müraciətinə baxılması mümkün deyil. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə hesab edib ki, CPM-in 509.1.9 və 510.3-cü maddələri Konstitusiyanın 25 və 60-cı maddələrinin, eləcə də CPM-in 179.2 və MPM-in 231-ci maddələrinin tələblərinə uyğun olaraq tətbiq edilməli və məhkumun məhkəmə hökmü ilə müəyyən edilmiş mülki iddia məbləğinin hissə-hissə icra edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququ tanınmalı, bu növ müraciətlərə baxılarkən işin halları ətraflı araşdırılmalı, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının tam icrasına nail olmaq məqsədi ilə icra zamanı tətbiq edilməli olan prosedurların həyata keçilməsi ilə bağlı müraciətlərə həssas yanaşılmalı, məhkumun maddi imkanı mülki iddia məbləğinin birdəfəyə ödənilməsinə imkan vermədiyi təqdirdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasız qalması nəticəsində yaranan etimadsızlığın qarşısını almaq məqsədi ilə hissə-hissə icra institutunun tətbiqi məsələsi də müzakirə mövzusu olmalıdır.

Beləliklə, Ali Məhkəmənin Cinayət kollegiyasının qərarına əsasən, məhkumun kassasiya şikayəti qismən təmin edilib, apellyasiya məhkəməsinin qərarı məhkumun kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və material Ali Məhkəmənin qərarında ifadə olunmuş mövqeyə uyğun olaraq apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilib.

MƏLUMAT YENİLƏNİR ...

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://report.az
archiveBu xəbər 14 Yanvar 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri