Icma.az
close
up
RU
Dezinformasiyanın günahı oxucudadır, yoxsa medianın özündə? ŞƏRH

Dezinformasiyanın günahı oxucudadır, yoxsa medianın özündə? ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə 15–22 dekabr tarixləri arasında “Media Savadlılığı” Həftəsinə start verilib.

“Media Savadlılığı” Həftəsinin keçirilməsində əsas məqsəd cəmiyyətdə media savadlılığının artırılması, dezinformasiya ilə mübarizədə maarifləndirmənin və həmrəyliyin gücləndirilməsi, həssas istifadəçi qrupu hesab edilən və bir çox hallarda zərərli məlumatların təsirinə məruz qalma ehtimalı yüksək olan yeniyetmə və gənclərin media savadlılığı mövzusunda bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən, müxtəlif tərəflər arasında koordinasiya və əməkdaşlığın genişləndirilməsidir.

Maraqlıdır, görəsən, media savadlılığı yalnız informasiyanı ayırd etmək bacarığıdır, yoxsa artıq vətəndaş məsuliyyətidir?

Üstəlik, Azərbaycanda media savadlılığı problemi daha çox oxucudadır, yoxsa media qurumlarının özündə?

Nəhayət, “Hər kəs jurnalistdir” dövründə peşəkar medianın rolu necə dəyişib, yaxşıdır, yoxsa pis?

Bu barədə Milli Məclisin deputatı Elnarə Akimova Gununsesi.info-ya danışıb.

O bildirib ki, media savadlılığı uzun müddət informasiyanı düzgün ayırd etmək, yalanla doğrunu seçə bilmək kimi başa düşülüb.

“Lakin müasir informasiya mühitində bu anlayış təkcə fərdi bacarıq çərçivəsindən çıxaraq ictimai vətəndaş məsuliyyəti səviyyəsinə yüksəlib. Sosial şəbəkələr hər kəsi həm informasiya istehlakçısına, həm də yayıcısına çevirdiyi üçün artıq “mən aldadılmadım” demək kifayət etmir. İnsan paylaşdığı, şərh etdiyi, reaksiya verdiyi hər məlumatla ictimai rəyin formalaşmasına təsir göstərir. Bu baxımdan, media savadlılığı informasiyanı anlamaqla yanaşı, onu yayarkən nəticələri düşünmək, etik və sosial məsuliyyəti dərk etmək deməkdir. Bu məsələ Azərbaycanda daha kəskin görünür. Cəmiyyətin bir hissəsi emosional, sensasiyalı və təsdiqlənməmiş məlumatları sürətlə qəbul edir və paylaşır. Mənbəyə diqqət yetirməmək, başlığı məzmundan üstün tutmaq, öz mövqeyinə uyğun olan informasiyanı avtomatik “doğru” saymaq geniş yayılıb. Bu, təkcə media savadlılığının deyil, ümumi tənqidi düşüncə mədəniyyətinin zəifliyi ilə də bağlıdır”,-deyə o bildirib.

Akimova, həmçinin bildirib:

“Ancaq məsuliyyəti yalnız oxucunun üzərinə qoymaq düzgün olmaz. Çünki oxucunun bu davranışı çox vaxt media mühitinin özünün yaratdığı reallığın nəticəsidir. Media qurumları klik və baxış uğrunda yarışa girdikcə peşəkar standartlardan geri çəkilmə halları artır. Manipulyativ başlıqlar, faktla şərhin qarışdırılması, təsdiqlənməmiş məlumatların sürətlə tirajlanması oxucunun düzgün seçim etməsini daha da çətinləşdirir. Media cəmiyyət qarşısında yalnız informasiya ötürən platforma deyil, həm də maarifləndirici və istiqamətləndirici institutdur. Bu səbəbdən oxucu zəifdirsə, media bundan istifadə etməməli, əksinə, keyfiyyətli və məsuliyyətli jurnalistika ilə bu zəifliyi azaltmağa çalışmalıdır. Güc balansı media tərəfdə olduğu üçün məsuliyyət də daha çox onun üzərinə düşür”.

O, son olaraq bildirib:

“ “Hər kəs jurnalistdir” kimi xarakterizə olunan indiki dövr bu mənzərəni daha da mürəkkəbləşdirib. Sosial şəbəkələr sayəsində hər kəs hadisəni çəkə, yaza, şərh edə və yayımlaya bilir. Bu, informasiya plüralizmini artırsa da, jurnalist peşəsinin dəyərini və etibarlılıq anlayışını sarsıdır. Fakt yoxlaması arxa plana keçir, emosional və qərəzli məzmun normaya çevrilir, sürət dəqiqliyi üstələyir. Belə şəraitdə peşəkar medianın rolu azalmır, əksinə, daha da vacibləşir. Onun missiyası artıq xəbəri birinci vermək deyil, xəbəri düzgün, yoxlanmış və kontekstli təqdim etməkdir. Nəticə etibarilə media savadlılığı nə təkcə texniki bacarıqdır, nə də yalnız fərdi məsələ. O, cəmiyyətin informasiya ilə davranış mədəniyyətini əks etdirən vətəndaş məsuliyyətidir. Azərbaycanda bu sahədə problemlər həm oxucu, həm də media tərəfində mövcuddur, lakin media öz ictimai rolunu dərk edib məsuliyyətli davranmadıqca oxucudan yüksək media savadlılığı gözləmək çətindir. “Hər kəs jurnalistdir” dövrü peşəkar medianı sıradan çıxarmır; o, ya etibarlılıq və keyfiyyətlə fərqlənərək mövqeyini gücləndirir, ya da informasiyanın səs-küyündə itib gedir. Bu dövrdə qalib gələn tərəf ən çox danışan yox, ən çox güvənilən media olur”.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Dekabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri