Icma.az
close
up
RU
DGK sədri: Gömrükdə fiziki yoxlamaların sayı 22 faiz azaldılıb

DGK sədri: Gömrükdə fiziki yoxlamaların sayı 22 faiz azaldılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 8 dekabr, AZƏRTAC

Son dövrlərdə Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) tətbiqi nəticəsində sərhədkeçmə müddətinin 25 faiz azaldılmasına nail olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son dövrlər Azərbaycanda gömrük rəsmiləşdirmə müddətinin 35 faiz, fiziki yoxlamaların sayının isə 22 faiz azaldılmasına nail olunub.

“Gömrük işinin müxtəlif sahələri üzrə beynəlxalq tələblərə uyğun metodiki vəsaitlər hazırlanıb, elektron bildiriş sistemi ilə və təminat əsaslı malların buraxılışı mexanizmi tətbiq edilməklə gömrük ödənişlərinə səmərəli nəzarət üsulları formalaşdırılıb. 2024-cü il ərzində malların gömrük dəyərində bəyannamələr vasitəsilə dəqiqləşmiş 377 milyon manat məbləği üzrə 170 milyon 366 manat vəsaitin büdcənin gəlirləri hesabına cəlb edilməsi təmin edilib. 2021-ci ildə dövlət büdcəsinə köçürülmüş vəsaitin həcmi 4 milyard 343 milyon manat olduğu halda, 2024-cü ildə faktiki büdcəyə köçürülmüş məbləğ 2 milyard 305 milyon manat və ya 53 faiz artıq olaraq 6 milyard 648 milyon manat təşkil edib”, - deyə Şahin Bağırov əlavə edib.

O qeyd edib ki, dövlət mülkiyyətinə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində, 2024-cü ildə 2,3 milyon manat məbləğində, cari ilin 11 ayında isə 3,9 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib: “Toplanmış gömrük rüsumları və vergiləri 2024-cü il dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 35 faizini, qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulun isə 8 faizini təşkil edib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri