Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

Diabet, piylənmə, ruhi xəstəliklərinin qeyriadi DƏRMANSIZ müalicəsi

Diabet, piylənmə, ruhi xəstəliklərinin qeyriadi DƏRMANSIZ müalicəsi

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İncəsənətin sağlamlığa müsbət təsiri haqqında genişmiqyaslı yeni tədqiqatı BMT-də sözün həqiqi mənasında “inqilabi araşdırma” adlandırıblar.

Bu araşdırmanın müəllifləri inandırıcı şəkildə sübut edirlər ki, musiqi, rəssamlıq və rəqs bir sıra xəstəliklərin profilaktikası üçün təsirli vasitə olmaqla bərabər, həm də səmərəli “dərman” hesab edilə bilər.

Kopenhagendə təqdim olunmuş məruzənin müəllifləri 900-dən çox beynəlxalq nəşrdə dərc edilmiş faktiki məlumatlar əsasında bildirirlər ki, incəsənət insan sağlamlığına bütün həyatı boyu – ana bətnində inkişafa başladığı gündən ömrünün sonuna qədər müsbət təsir göstərir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, əgər balaca uşaqlar yatmazdan əvvəl valideynləri onlar üçün kitab oxuyursa, belə uşaqlar gecə daha rahat yatır, dərslərdə daha diqqətli olur və üstəlik, bu uşaqların öz valideynləri ilə emosional əlaqəsi möhkəmlənir. Dram dərnəklərində məşğələlər gənclərin qərar qəbul etmək və zorakılıqdan qorunmaq məsələlərinə daha məsul yanaşmalarına kömək edə bilər. Musiqi isə ahıl yaşda demensiyaya meyilli insanların koqnitiv funksiyalarını dəstəkləyə bilər. Araşdırmalar göstərir ki, mahnı oxumaq diqqəti yaxşılaşdırır, gündəlik həyatda fəaliyyət qabiliyyətini artırır.

Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru vəzifəsini icra edən Piroska Ostlin deyir: “Bəşəriyyət penisillin və ya genetika nə olduğunu biləndən çox-çox əvvəl insanlar musiqi və rəngkarlığı yaradıblar. Bizim öz ümid və qorxularımızı bildirmək ehtiyacımız, ətraf mühiti qavramağımız və bu barədə başqaları ilə bölüşmək tələbatımız aclıq və susuzluğun rəf edilməsi qədər zəruridir. Buna görə də təəccüblü deyil ki, incəsənət bizim sağlamlığımıza və salamatlığımıza müsbət təsir göstərə bilər”.

İnsanlar özlərini incəsənətdə ifadə etməyə həmişə ehtiyac duyublar. Bu gün məlum olub ki, incəsənət həm də səmərəli “dərmandır”.

İncəsənət profilaktik funksiyadan əlavə, bəzən dərman rolu oynayır və “klinik əhəmiyyətli nəticələr” verir. Piroska Ostlin deyir: “DST-nin bu inqilabi məruzəsində göstərilən nümunələr sübut edir ki, incəsənət diabet, piylənmə və ruhi pozğunluq kimi “məkrli” və mürəkkəb problemlərinin həllinə kömək edə bilər. Müəlliflər sağlamlıq və salamatlıq anlayışlarını daha geniş sosial kontekstdə araşdırır və indiyə qədər tibbi metodlarla həll edilməsi mümkün olmayan problemlərin aradan qaldırılmasına yeni yanaşmalar təklif edirlər”.

Məsələn, musiqi və yaradıcılığın müxtəlif növləri xərçəng xəstəliyinin yanaşı effektlərini, o cümlədən yuxusuzluq, iştahsızlıq, təngnəfəslik və ürəkbulanma kimi halları yüngülləşdirməyə kömək edir. İntensiv terapiya şöbəsinə düşmüş pasiyentlərin musiqi və əl işləri ilə məşğul olması onların təşviş və ağrı hissini yüngülləşdirir, arterial təzyiqini azaldır. Bir sıra ölkələrdə geniş yayılmış klounada isə həm xəstə uşaqların, həm də onların valideynlərinin əhvalını yaxşılaşdırmağa kömək edir. Çoxsaylı araşdırmalar göstərir ki, rəqslə məşğul olmaq Parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərin hərəki fəallığını xeyli artırır.

Məruzədə göstərilən məlumatlar sübut edir ki, incəsənətin müxtəlif növləri zədələnmiş insanların sağalmasına, nevroloji pozğunluqları, o cümlədən autizm, serebral iflic və insult keçirmiş insanları dəstəkləməyə kömək edir. İncəsənət ahıl insanlar üçün palliativ dəstək rolu oynayır, bu şəxsin doğmaları isə onun ölümünü sakit qarşılayırlar.

Araşdırmanın müəllifləri vurğulayırlar ki, art-terapiyanın bəzi növləri standart bioloji-tibbi müalicə metodları ilə müqayisədə yaxşı klinik nəticələr verməklə bərabər, həm də iqtisadi baxımdan daha sərfəli ola bilər.

Bundan əlavə, art-terapiya həm fiziki, həm də psixoloji problemləri həll edir və bir sıra dərman vasitələrindən fərqli olaraq neqativ effekt doğurmur.

Dünya Səhiyyə Təşkilatı ölkələrin hökumətlərinə incəsənət köməyi ilə sağlamlığı dəstəkləmək proqramları yaratmağı, incəsənət və mədəniyyət sahəsində çalışan müəssisə və təşkilatların fəaliyyətinə səhiyyə məsələlərinin də daxil olunmasını, həmçinin tibb işçilərinə art-terapiya metodlarının öyrədilməsini tövsiyə edir.

Məruzədə incəsənətin beş növündən söhbət gedir. Bu növlərin hər biri öz növbəsində bir sıra istiqamətləri əhatə edir: ifaçılıq sənəti (musiqi, rəqs, oxuma, teatr, kino); vizual incəsənət (əl işi, dizayn, rəngkarlıq, fotoqrafiya); ədəbiyyat (bədii yaradıcılıq, qiraət, ədəbi festivallarda iştirak); mədəni tədbirlərdə iştirak (muzeylərə, qalereyalara, konsert və teatra getmək); internet-incəsənət (animasiya, rəqəmsal incəsənət və s.).

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see201

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see177

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see140

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

02 Dekabr 2025 10:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri