Icma.az
close
up
RU
Diaspor da Paşinyandan ÜZ ÇEVİRDİ Təklənən Ermənistan daxili toqquşmalara SÜRÜKLƏNİR...

Diaspor da Paşinyandan ÜZ ÇEVİRDİ Təklənən Ermənistan daxili toqquşmalara SÜRÜKLƏNİR...

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu günlərdə ABŞ-da səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyanın məqsədlərindən biri də erməni diasporu ilə əlaqə yaratmaq olub. Lakin görünən odur ki, o buna nail olmayıb. Belə ki, erməni diasporunun nümayəndələri Paşinyanı Vaşinqtonda etirazla qarşılayıblar.
Daha əvvəl isə Amerika erməni Milli Komitəsi Paşinyanın Azərbaycanla sülhə nail olmaq üçün beynəlxalq məhkəmələrə müraciət etmək məsələsindən əl çəkməklə bağlı açıqlamasını kəskin tənqid edib.
Əslində, Paşinyanla diaspor arasında münasibətlər pisləşməyə 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti fonunda başlayıb. Çünki diaspor məğlubiyyətin günahkarı qismində məhz Paşinyanı görür.
Bu isə Paşinyanın daha da təklənməsinin göstəricisidir. Belə ki, Bayden iqtidarının sonunun gəlməsi, Kanada Baş naziri Trüdonun istefası və Əsəd rejiminin devrilməsindən sonra onsuz da Ermənistan yalnızlığa sürüklənmişdi.
Bu vəziyyətdə təklənən Paşinyanı hansı aqibət gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, xaricdəki diasporun Paşinyandan üz döndərməsi baş nazirə rəqib qüvvələrin Ermənistan daxilində güclənməsinə stimul verə bilər:  
“Ermənistanın xaricdəki diasporu ilə Paşinyan arasında əlaqələr çoxdan qopub. Bu vəziyyətin müxtəlif ünsürlərini daim görürük. Məsələ ondadır ki, Qərbdəki erməni diasporu içərisində Sarkisyan-Koçaryan xuntasına bağlı adamlar da var. Hansı ki, onlar daimi olaraq Ermənistan ictimai-siyasi mühitinə təsir etmək imkanlarına malikdirlər. O baxımdan da Ermənistanda əvvəlki rejimlərin dəstəkçisi olan bəzi diaspora nümayəndələri Paşinyanla açıq şəkildə qarşıdurmaya gedirlər.
ABŞ-dakı erməni diasporu təkmərkəzli deyil. Onlar adətən lobbiçilik fəaliyyəti adı altında maskalanan, terror ideyalarını yayan təşkilatlardır. Hansı ki, onlar xaricdəki erməni təşkilatlara daha çox təsir imkanına malikdirlər”.
Müsahibimizin sözlərinə görə, Rusiyaya qarşı demarş edən Ermənistan hakimiyyətinin Qərbdəki diasporla bağlarının qopmasının digər səbəbi isə Qərbin sorosçu casus şəbəkəsinin Ermənistana dolmasına rəğmən, erməni diaspor qüvvələrinin faktiki olaraq ölkənin iqtisadi baxımdan hələ də Rusiyadan çox asılı olaraq qaldığının fərqində olmaları ilə bağlıdır:

“Diaspor Paşinyanın Rusiya ilə bağlı daha ciddi və iradəli addımlar ata bilməməsi səbəbindən ona olan etimadı itirib”.
Rüfət Sultan, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Fevral 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri