Icma.az
close
up
RU
Diaspor nümayəndəsi: Prezidentin Azərbaycan dilinin saflığının qorunması haqqında fikirlərini dərin qürur hissi ilə qarşıladıq

Diaspor nümayəndəsi: Prezidentin Azərbaycan dilinin saflığının qorunması haqqında fikirlərini dərin qürur hissi ilə qarşıladıq

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 noyabr, Ceyhun Xəlilov, AZƏRTAC

Azərbaycan dili bizim mənliyimizdir. Biz kimliyimizi, keçmişimizi və gələcəyimizi bu dildə ifadə edirik. Hər bir xalqın tarixində elə dəyərlər var ki, onları qorumaq milli borc sayılır. Bizim üçün isə bu dəyərlərin başında ana dilimiz gəlir. Biz – xaricdə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması haqqında səsləndirdiyi fikirləri böyük diqqət və dərin qürur hissi ilə qarşıladıq. Prezidentimizin bu çıxışı təkcə ölkə daxilində yaşayan insanlara deyil, həm də dünyanın müxtəlif guşələrində Azərbaycanı təmsil edən milyonlarla soydaşımıza ünvanlanan çox mühüm bir mesajdır. Bu çağırış bizə xatırladır ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığımızın, kimliyimizin və mənəvi dəyərlərimizin təməl daşıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının həmsədri, İsveçdə fəaliyyət göstərən Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova deyib.

Onun sözlərinə görə, xaricdə fəaliyyət göstərən icmalar, mədəniyyət mərkəzləri və məktəblər dilimizin öyrədilməsi və təbliği üçün sistemli addımlar atırlar. “Bizim hər birimiz fərdi şəkildə və diaspor təşkilatları səviyyəsində Azərbaycan dilinin yaşadılması istiqamətində daha fəal oluruq. Burada fəaliyyət göstərən, ana dili dərsini tədris edən müəllimlərimizin də fədakar əməyi xüsusi qeyd olunmalıdır. Onlar uşaqların mütəmadi şəkildə ana dili dərslərinə cəlb olunmaları üçün icmalar, diaspor təşkilatları və valideynlərlə sıx əməkdaşlıq edirlər. Müəllimlər dərs prosesini sadəcə tədris deyil, həm də maarifləndirici, tərbiyəvi və milli dəyərlərin təbliği istiqamətində qurur, uşaqlarda ana dilinə sevgi və hörmət hissi formalaşdırırlar. Məhz bu müəllimlərin əzmkarlığı, yaradıcı yanaşması və səmərəli fəaliyyəti sayəsində gənc nəsildə dil bilikləri, nitq mədəniyyəti və Azərbaycan mədəniyyətinə bağlılıq hissi daha da möhkəmlənir”, - deyə o bildirib.

Ü.Nəcəfova qeyd edib ki, diaspor nümayəndələri hər zaman Azərbaycan dilinin qorunması və təbliği məsələsini fəaliyyətlərinin prioritet istiqamət kimi müəyyən edirlər.

“Biz keçirilən tədbirlərdə, mədəni proqramlarda, mediada çıxışlarda Azərbaycan dilindən daha çox və daha təmiz şəkildə istifadə etməyi qarşıya məqsəd qoyuruq. Fəaliyyət göstərdiyimiz ölkələrdə milli ədəbiyyatın tanıdılmasına, eləcə də gənclər arasında dil sevgisinin aşılanmasına yönəlmiş layihələr icra edirik. Bir çox şəhərlərdə Azərbaycan dili günləri, mədəniyyət festivalları, kitab sərgiləri təşkil edərək dilimizi və mədəniyyətimizi fəxrlə təqdim edirik. Prezidentimizin dediyi kimi, “Ana dili hər bir millətin milli mənsubiyyətinin əsas amilidir”. Biz də bunun dərin mənasını anlayırıq və bu istiqamətdə dövlətimizin və millətimizin səylərinə dəstək oluruq. Dilimizi qorumaq milli kimliyimizi, milli ruhumuzu və azərbaycançılıq ideologiyasını qorumaq deməkdir. Azərbaycan dili bizim qürurumuzdur, varlığımızın səsidir”, - deyə Koordinasiya Şurasının həmsədri vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri