Icma.az
close
up
RU
Azad Şükürov: Azərbaycan dilinin saflığının qorunması milli kimliyimizin əsasını təşkil edir

Azad Şükürov: Azərbaycan dilinin saflığının qorunması milli kimliyimizin əsasını təşkil edir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 19 noyabr, Günel Alıyeva, AZƏRTAC

Azərbaycan dilinin saflığını qorumaq sadəcə bir vəzifə deyil, həm də milli kimliyimizin əsasını təşkil edir. Millətin millət olması üçün onun dili olmalıdır. Dilin yaşaması isə həmin dildə düzgün, aydın və məzmunlu danışmağı bacaran cəmiyyətlə mümkündür. Ana dilində təmiz, səlis və mənalı danışmaq özünü azərbaycanlı hesab edən hər bir insanın borcudur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əməkdar artist Azad Şükürov bildirib.

Onun sözlərinə görə, dilin saflığının qorunması keçmişimizin, mədəniyyətimizin, milli qürurumuzun, dövlətçiliyimizin və kimliyimizin qorunması deməkdir.

Azad Şükürov bildirib ki, nitq mədəniyyəti ilə bağlı həllini gözləyən bir sıra problemlər mövcuddur, bu istiqamətdə sistemli və ciddi işlərin aparılmasına ehtiyac var.

O qeyd edib ki, ilk növbədə, orta məktəblərdə Azərbaycan dilinin orfoepiya qaydalarının öyrədilməsi gücləndirilməli, şagirdlərdə fikrini aydın ifadə etmək bacarığı erkən dövrdən formalaşdırılmalıdır. Bu sahədə yeni, müasir tədris metodlarının tətbiq edilməsi vacibdir.

“Ali və orta ixtisas təhsili mərhələlərində də hər bir mütəxəssisin nitq keyfiyyətlərinin inkişafına xüsusi diqqət yetirilməlidir. Çünki ətrafımızda peşəsindən asılı olmayaraq — mühəndis, həkim, alim, sürücü, dövlət xadimi və ya siyasətçi aydın və səlis danışan çoxlu insanlar var. Şəxsin təmiz və mənalı danışması onun ziyalılıq səviyyəsinin, vətəninə və mənəvi köklərinə göstərdiyi hörmətin göstəricisidir”, - deyə o əlavə edib.

Əməkdar artist qeyd edib ki, radio və televiziya əməkdaşları, teatr və kino xadimləri, konsert müəssisələrində çalışanlar, ümumilikdə mədəniyyət sahəsinin nümayəndələri bu məsələyə xüsusilə ciddi yanaşmalıdırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see205

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see166

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see161

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri