Dieqo Simeone Argentina millisinin baş məşqçisi vəzifəsinə prioritet namizəddir
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
İnsayder Nikolo Şiranın sözlərinə görə, Lionel Skaloni vəzifəsindən gedərsə, məşqçilər Marselo Qalyardo və Dieqo Simeone Argentina milli komandasına rəhbərlik etmək üçün namizədlərdir.
İdman.Biz bildirir ki, Skaloninin Argentina Futbol Assosiasiyası (AFA) ilə müqaviləsi 2026-cı ilin sonuna qədərdir.
Skaloni müqaviləsinin müddəti bitməmişdən əvvəl milli komandadan gedərsə, yuxarıda adı çəkilən məşqçilər vəzifələrini icra edə bilərlər. Qalyardo hazırda işsizdir və Dieqo Simeone “Atletiko Madrid” klubunu məşq etdirir. Məlumata görə, Simeone AFA-nın prioritet seçimidir.
Argentina milli komandası ilə Skaloni Dünya Kubokunu, iki Copa America titulunu və Finalissima titulunu qazanıb.
Bu mövzuda digər xəbərlər:Dieqo Simeone azarkeşlərlə qarşıdurmasından danışdı
18 Sentyabr 2025 09:22
Dieqo Simeone üçün İnter iddiası
23 Fevral 2026 18:32
Dieqo Simeone İspaniya futbolunun tarixinə düşüb
24 Noyabr 2024 09:02
Dieqo Simeone: Reallığı qəbul etmək lazımdır
10 Sentyabr 2025 23:17
Dieqo Simeone ona ünvanlanan tənqidləri oxumur
12 Sentyabr 2025 01:54
Baxış sayı:123
Bu xəbər 22 İyul 2026 02:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















