Icma.az
close
up
RU
Dieta üçün tutulan oruc ibadət sayılırmı? İlahiyyatçdan AÇIQLAMA

Dieta üçün tutulan oruc ibadət sayılırmı? İlahiyyatçdan AÇIQLAMA

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ramazan ayı İslamda xüsusi mənəvi əhəmiyyət daşıyır və oruc bu ayda vacib ibadət kimi yerinə yetirilir. Oruc tutmaq İslamın əsas şərtlərindən biri sayılır və bu ibadətin savabının böyük olduğu vurğulanır.

Maraqlıdır ki, bəzi insanlar namaz qılmasalar belə, Ramazanda oruc tutmağa xüsusi həssaslıq göstərirlər. 

Mövzu ilə bağlı “Azpolitika”ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib ki, oruc da, namaz da dinin fərz sayılan ibadətlərindəndir. Hər ikisi eyni hökmdə əmr edilib. Onun sözlərinə görə, yaxşı olar ki, oruc tutan şəxs namaz da qılsın.

“Üzrsüz səbəbdən namaz qılmayıb oruc tutan şəxs xəlbirlə su daşımağa cəhd edən kimidir. Bir yandan savab qazanır, digər yöndən həmin savabı itirir. Lakin üzrlü səbəbdən qılmamaq başqa məsələdir. Əslində namaz ən asan ibadətdir. Ayaq üstə qılmaq imkanı olmayan oturub qılar. Oturub qıla bilməyən uzanıb qılar. Yaxud nəqliyyatda gedərkən göz işarəsi ilə qılmaq mümkün deyil. Sadəcə bəziləri bu ibadəti çətinləşdirib, ağırlaşdırıblar. Ona görə də bəzi ağır və gərgin işdə işləyənlər, gün ərzində avtomobil idarə edənlər bu ibadəti tərk etməyə məcbur olublar. Amma namazın asanlığı bəyan olunsa insanlar bu ibadətdən çəkinməzlər” - deyə, o, bildirib.

İlahiyyatçı qeyd edib ki, hər bir halda namaz qılmadan oruc tutanları da ruhdan salmaq olmaz: “Çalışsınlar heç olmasa Ramazan ayında namaz qılmağa başlasınlar. Bəziləri də Allah rızası üçün deyil, dieta, pəhriz üçün oruc tutur. Tibbi fayda niyyəti ilə tutulan oruc ibadət sayılmaz. Çünki Ramazan orucunun ilk vacib şərtlərindən biri də məhz niyyətdir. Yəni niyyət, məqsəd sırf Allah rızası üçün olmalıdır”.

Oğuz Ayvaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Fevral 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri