Icma.az
close
up
RU
Digər matçlara baxanda, bu gün başqa “Neftçi” var idi Samir Abasov

Digər matçlara baxanda, bu gün başqa “Neftçi” var idi Samir Abasov

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Qarabağ”ı təbrik edirəm” - Samir Abasov
“Neftçi” Misli premyer-liqasının 3-cü turunda da qələbə qazana bilmədi - 0:1.
“Football-plus.az” xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov media jurnalistlərin suallarını cavablayıb.
- Komandanız niyə qol vura bilmir?
- Epizodlar yaratdıq. Təəssüf ki, bəxtimiz gətirmədi. Əvvəlki oyunlarda da belə idi. Digər matçlara baxanda, bu gün başqa “Neftçi” var idi. Çox ritmli və dinamik idik. İlk dəqiqədən bəlli idi ki, komandanın niyyəti nədi... Qol buraxdıqdan sonra da təzyiqi davam etdirdik. Futbolçular çox istəyirdi ki, qol vuraq, qələbə qazanaq. İkinci hissədə qırmızı vərəqə planları pozdu. 10 nəfər qaldıqdan sonra müdafiəçilər soyuqqanlı oynadılar. Qapımızda təhlükəli epizod görmədən, uduzduğumuz oyun oldu. Futbolçulara təşəkkür edirəm. Səhvlər olacaq, tələskənlikdən irəli gələn səhvlər olacaq. Başa düşürük. Yaxşı işlər etməyə qadirik. Bu siqnalı futbolçularda gördüm.
- Erkən qol planlarınızı nə qədər pozdu? Buraxılan qolda qapıçınızın səhvi var idi. Onu cəza gözləyir
- Rəqibə fürsət vermirdik. Bu da üzərində durduğumuz məqam idi. Reallıqda qapıçının səhvi var. Amma bir səhvlə onu silmək, nəsə fikir bildirmək istəmirəm. Digər oyunçular da səhv edə bilər. Kenanın yanındayıq. İnanıram ki, təcrübəsini, digər liqalardakı performansını bizdə də göstərəcək. İşimiz oyunçu cəzalandırmaq deyil.
- Piriç superliqada 34 oyunda 67 qol buraxıb. Bu mövsüm də komandanın buraxdığı hər iki qolda səhvi var. Növbəti oyunlarda “Neftçi” Piriçə görə xallar itirə bilər?
- Düşünmürük. İstəmirəm ki, ayrı-ayrılıqda futbolçuların üzərində duraq. Hansısa futbolçunun səhvindən uduzacağıqsa, hər bir adam səhv edə bilər. Əsas odu ki, futbolçunu qoruyaq. Superliqadan qapıçı gətirmək asan iş deyil. “Neftçi” bunu etdi. “Antalyaspor”u çox analiz etmisiz, mənim o qədər məlumatım yoxdu.
- İndiki məqamda sizi nə məmnun edir?
- Bugünkü oyun bizim üçün siqnal və ümiddi. Bəhanə deyil. Birinci hissədə oynayan futbolçuların performansında əskiklik var. Bu komanda çox yaxşı işlər görəcək. Yetərincə yaxşı futbolçular var, bunu bacaracaqlar. Sadəcə xal itirdikdən sonra nələr etdik? Bunu demək çətindi. Komandama inanıram.
- Əliyar Ağayev işinin öhdəsindən gəldi?
- Onun hansı səviyyədə referi olması hamıya bəllidi. Bugünkü oyunda referilərdən narazı qaldım. Penalti epizodunu indi izah edə bilmirəm. Rəqibə ikinci sarı vərəqə vermək olardı. Məncə, bir tərəfə daha çox simpatiya var idi. Heç xoşuma gəlmədi. Bizim əsəblərimizlə oynadılar. Qırmızı vərəqə haqlı idi? Rəqib bizi provokasiyaya çəkdi. Ribeyronun ixtiyarı yoxdu ki, provokasiyaya cavab versin. İncələmək lazımdı. Əliyar orda gördüsə, qırmızı vərəqə qərarı verdisə, onun yanındayam, dəstəkləyirəm, inanıram. Mən digər məsələləri deyirəm. Biz özümüzü ev komandası kimi hiss etmədik. Dəhşətdi.
- “Neftçi” xal itirməyə davam edir. Qorxmursuz ki, istefanıza səbəb ola bilər?
- Ola bilər. Futboldu.
- “Qarabağ”ı təbrik etməməkdə sizi qınayırlar. Azarkeşlər də deyirlər ki, niyə Samir bəy “Qarabağ”ı təbrik etməyib…
- Təbrik etsəm, “Qarabağ”ın rəqibi kimi digər azarkeşlər deyəcək ki, niyə rəqibi təbrik edirsən? Nəysə. Bütün məşqçilər təbrik edib? Təbrik edən məşqçilərin qrupunda mən yoxam (gülür). Təbrik edirəm “Qarabağ”ı.
- “Turan Tovuz” hücum futbolu oynayan komandadı. Ya məşqçi taktiki sxemi düzgün vermir. Ya da futbolçuların səviyyəsi o deyil…
- Məşqçi taktikası barədə hər şeyə cavab vermirəm. Şəxsi fikirdi, hörmətlə yanaşıram. İkinci məsələni isə qəbul etmirəm. Futbolçularımın səviyyəsi haqda imkan vermərəm ki, danışsınlar. Yaxşı səviyyədədilər. Bu gün eyni ssenari davam edirdi.
- Niyə komanda asmalar etmir? “İmişli” ilə görüşdə ilk asmanı 56-cı, bu gün isə 45+1-ci dəqiqədə etdiz. Axı Sek və Sako kimi bunu bacaran futbolçular var - - Sako yüksək səviyyədə oynadı. Oyun üslubu var. Bu gün nəzərə alsaq ki, onların üç iri boylu müdafiəçisi var idi. Başla oynayırlar. Bu halda asma anlaşılmazlıq olardı. Rəqibdə "1,50-lik" müdafiəçilər də olsaydı, bizim oyun üslubumuz yenə tamam başqa olardı. Bu gün məşqlərdə bir şeyi tələb ediriksə, oyunda başqa şey tələb etmək düzgün deyil. Bu sualla futbolçunu da yolundan çıxarmış oluruq. Bu, sırf oyun üslubundan irəli gələn məsələdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Avqust 2025 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see271

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see189

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see189

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see188

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see180

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see179

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see178

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see177

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see177

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see173

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see172

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see171

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see169

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see168

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri