Icma.az
close
up
RU
Diktatorlar yıxılır, rejimlər çökür, xalqlar ağ günə çıxmır Səbəb

Diktatorlar yıxılır, rejimlər çökür, xalqlar ağ günə çıxmır Səbəb

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaxın Şərqdə yıxılan diktatura rejimlərinin sayı artır, lakin onların yerində demokratik sistemlər yaradılmır. İraqdan başlayan proses Suriyada davam edir.

Yaxın Şərqin “Ərəb baharı” olan ölkələrində hələ də “payızdır”. ABŞ, Britaniya, NATO “demokratiya” və “xoş gələcək” şüarları ilə bu ölkələri xaraba qoyub. Diqqətçəkən məqam budur ki, həmin ölkələrin rejimdən sonrakı vəziyyəti diktatura dövründə olduğundan fərqlənmir. Bəzi hallarda indi daha dözülməzdir.

Bunun səbəbi nədir? Niyə bölgə diktaturadan demokratik sistemə keçid edə bilmədi? Bunu Qərb istəmədi, yoxsa həmin ölkələrin potensialı çatmadı?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Yaxın Şərq ölkələrində hər nə qədər inqilablar baş versə, köhnə avtoritar rejimlər devrilsə də yeni gələn hakimiyyətlər əksər hallarda ölkənin sabitliyinə, demokratiyaya keçidinə vəsilə ola bilmirlər:

“Həmin ölkələrdə vətəndaş müharibəsi, anarxiya və xaos davam edir. Bunlar da əslində “Ərəb qışı” kimi qələmə verilməlidir. İraqda başlayan proseslərdə ABŞ-ın müdaxiləsi xüsusi rol oynamışdı. 2010-cu ildə Tunisdə başlayan “Ərəb baharı” domino effekti verərək Liviya, Misir və digər ərəb ölkələrinə üsyanların yayılmasına səbəb olmuşdur. Nəticədə adı çəkilən ölkələrdə hakimiyyət çevrilişi, Suriyada 13 il davam edən vətəndaş müharibəsi başlamışdır”.

Sultan Zahidov

Politoloqun sözlərinə görə, bu gün Liviyada xaos, destabilizasiya hökm sürür, Misirdə “Müsəlman Qardaşları” ilə hakimiyyət arasında ixtilaflar mövcuddur:

“Həmin proseslər də Suriyada bundan sonra hadisələrin necə cərəyan edəcəyini sual altında qoyur. Suriya strateji baxımdan olduqca əhəmiyyətli ölkədir. Burada ABŞ, Rusiya, İran və Türkiyə kimi fərqli güclərin maraqları toqquşur.

Qərbin demokratiya gətirmək istəyi uğursuzluğa düçar oldu. ABŞ 2003-cü ildə İraqa daxil olanda demokratiyanın yaradılmasını istəyirdi. Lakin nəinki demokratiya yaranmadı, hətta təriqətlərarası hərb, vətəndaş müharibəsi baş verdi, ölkədə terror çiçəkləndi. Bu, bir daha onu göstərir ki, demokratiyanın xaricdən tətbiqi mümkün deyil. Demokratiyanın təmin olunması üçün dövlətlər daxildən müəyyən zaman kəsiyində hazırlaşmalı, onu qəbul etməyə çalışmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Dekabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri