Icma.az
close
up
RU
Diktatorlar üçün tarix dərsi

Diktatorlar üçün tarix dərsi

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Bir var, ölmək (onsuz da gec-tez hamı öləcək), bir də var "ölüb yerə girmək".

Sosial mediada qarşıma bir paylaşım çıxdı. Həmin paylaşımdan - videodan görünür ki, Şimali Koreya diktatoru Kim Çen Inın "müdrik rəhbərliyi" altında bütün hökumət, ordu, hakimiyyətdə kim varsa, hamısı ağlayır.

Şimali Koreyada belə mütəşəkkil ağlaşmanı biz indiki diktatorun keçmiş diktator arası Kim İr Sen öləndə görmüşdük. Bəs bu dəfə niyə bütün ölkəyə eyni vaxtda, eyni tempdə, eyni hönkürtü ilə ağlamaq əmr olunub?

Bu dəfə Şimali Koreya Ukraynaya qarşı müharibədə öldürülmüş əsgərlərinə ağlayır. Kim Çen In da daxil olmaqla, nazirlər, generallar, yüksək rütbəli məmurlar xorla fəryad edir.

Əvvəldə demişdim ha, "ölüb yerə girmək". Bax, belə olurmuş. Çoxlu əsgər itirmək, itki vermək bir yana, Şimali Koreya həm də buna görə növbəti dəfə dünyanın qınağına gəldi. Düzdür, Kim Çen In beynəlxalq tənqidi heç özünün ballistik raketinə də almır. Amma yenə də qınaq qınaqdır. Həm də bu günün sabahı var; bilmək olmaz sabah kimlərin başına nə iş gələ bilər?!

İndi ölən əsgəri üçün ürəkdən, ya da "yuxarıdan" əmrlə ağayanlar bir az da öz günlərinə ağlasalar özlərinə gün ağlasalar, yaxşı olar.

Məni ən çox heyrətləndirən və iyrəndirən hal budur:

bu rəhbər, bu generallar özləri öz əsgərlərini özlərinə dəxli olmayan müharibəyə göndəriblər, sonra da meyidlərini ağlayırlar.

Bu yerdə mənim yadıma öz balasını yeyə-yeyə göz yaşı axıdan Kayman timsahları düşdü. Bu "lider"in, bu generalların göz yaşları da həmin o məşhur timsah göz yaşları idi. Həm ölümə göndər, həm də ölüsünə ağla - bu nədir axı?!

Adama deyərlər: sənin olmayan müharibədə sənin nə işin var?! Ukrayna xalqının sənə nə pisliyi keçib?! Ukrayna dövləti, ya ordusu sən Şimali Koreya üçün hansı təhlükə törədir. Heç nə! Sadəcə, KimÇen In arxasını, türkün məsəli, daha yekə diktatora - Putinə söykəyib. Putin də bu hərifin alay-alay əsgərini alıb, qırğına verir. Şimali Koreya əsgəri Putin üçün Ukrayna ordusu qarşısında ətdən çəpər hörmək üçün lazımdır. Ruslar buna "пущечное мясо" deyir. Gör, başqa bir dildə belə ifadə var?! Yox.

Şimali Koreya dünyada necə bir dövlət olmamağın etalonudur. Öz ölkəsində işlər bir az pis gedəndə, camaat Şimali Koreya cəmiyyətinə dönüşməkdən qorxur. Elə Azərbaycanda da bu qorxunc perspektivdən qorxan ayıq ağıllar az deyil.

Təsəvvür elə, topun, tüfəngin, raketin nə qədər desən, var.

Hətta nüvə silahın belə var, amma sabahın yoxdur. Keçmişi dondurub, içində oturmusan. Nə indi var, nə gələcək. Sadəcə, keçmiş var, vəssəlam! Camaat irəliyə doğru sıçrayanda, sən geriyə doğru... "irəliləyirsən". Tarixini də, taleyini də öz balaca diktatoruna və onun söykəndiyi yekə diktatora bağlamısan; ipin odioz siyasi hannibalların əlindədir. "Otur" deyəndə oturursan, "qalx" deyəndə qalxırsan, gülmək əm olunur, gülürsən, ölmək əmri gəlir, məmnuniyyətlə, ölürsən - özü də yad müharibədə, özünün deyil, özgənin Vətənini qorumaq üçün sənin olmayan səngərdə canın çıxır. Və səni o müharibəyə - geopolitik ət maşını"na göndərənlər isə ən yaxşı halda kütləvi dəfndə gözünün qorasını sıxır. Bununla da hər şey bitir.

Bu yerdə Salam Sarvanın "Qocalar üçün tarix dərsi" adlı məşhur şeiri düşdü. O şeirdən bəzi misraları xatırladım:

"Vaxt var idi, göz yaşı azadlıq simvoluydu:

vaxt var idi, yox idi qulun ağlamaq haqqı.

Nəysə... ruhu şad olsun aldığımız canların.

Heç çoxu içilmədi axıdılan qanların...

...Bəs oğlum Tural hanı...

Qazılıq dağındadı,

gün gələr enər ordan

Qazilik dağın tutar.

Savaşların mənası:

bu qəsbkar vətənlər

öz oğlun basdırmağa

özgə torpağın tutar..."

Bax belə.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 Avqust 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see557

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see209

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see204

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see190

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see179

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see177

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see177

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see175

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see172

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see172

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see168

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see167

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see166

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see166

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see166

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see165

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see165

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see165

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see162

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri