Icma.az
close
up
RU
Türkiyəni gəzmək vaxtıdır İstanbulda Qız qalası , Trabzonda Sümela Monastırı , Adıyamanda Nemrut dağı ...

Türkiyəni gəzmək vaxtıdır İstanbulda Qız qalası , Trabzonda Sümela Monastırı , Adıyamanda Nemrut dağı ...

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Dünya turizmi haqqında danışanda ilk ağıla gələn Türkiyə olur. Bu gün Türkiyə dünya turizminin mərkəzinə çevrilib. Bunun müxtəlif əsaslı səbəbləri var. Türkiyənin hər bir şəhəri özünəməxsus mədəni, təbii və tarixi gözəlliyə malikdir. Burda gəzilib görüləcək, dəyər veriləcək o qədər yer var ki… Hətta bir neçə dəfə getdiyiniz şəhərdə getmədiyiniz və görmədiyiniz nə qədər gözəlliklər olduğunu heç düşünmüsünüzmü? Əsrlərə dayanan tarixi, zəngin mətbəxi, təbiəti, dənizi və dağları…

Bu qədər gözəlliyin bir arada olması illərdir ki, Türkiyəni dünya, o cümlədən biz Azərbaycanlılar üçün maraqla səyahət ediləcək ölkəyə çevirməsi heç təəccüblü deyil.

Türkiyənin memarlıq abidələri, təbii gözəllikləri və tarixi qalıqları kifayət qədər diqqət çəkici olması ilə yanaşı, həmçinin təbii mənzərələri ilə də könül oxşayır. Yamyaşıl otların arasında Sümela Manastrından Pamukkaləyə qədər Türkiyənin hər yerindən diqqət çəkən möhtəşəm mənzərələrini Sizə təqdim edirik.

Türkiyənin bu mənzərələri xəyal olacaq qədər gözəldir…

İstanbul deyiləndə ağıla ilk gələn – “KIZ KULESİ”

İstanbul boğazının Üsküdar sularında kiçik bir ada üzərində olan Qız Qülləsi qalası, Bizans dövrünə aiddir. İstanbulun ən məşhur simvollarından biri olan bu qaladan tarixi yarımadanın möhtəşəm silueti ilə birlikdə günün batmasını izləməkdən doya bilməyəcəksiniz. Şəhərin bütün stresini alan mənzərəni uzaqdan seyr etməklə doymayanlar Salacakdan gəmiyə minib qülləni ziyarət edə bilərlər. Bir sözlə əgər İstanbula yolunuz düşsə burda günün batmasını seyr etmədən şəhərdən ayrılmayın.

Yamyaşıl təbiətin qucağında yüksələn Sümela Monastırı! – Trabzon

Tarixi 386-cı illərə təsadüf edən Sümela Manastırı, Trabzon Maçka mahalındakı Altındərə Vadisinə baxan dik qayalıqların üzərində inşa edilmişdir. Hazırda bir çox filmlərin mövzusu olan Sumela Manastırı, yerli və xarici turistlərin tez-tez səyahət etdiyi yerdir.

Qar kimi ağ appaq təbii bir məkan – Pamukkale Travertenləri (Denizli)

Tarixi 14 min il əvvələ təsadüf edən Pamukkalə travertinləri UNESCO Dünya Mirası siyahısında yer alıb. Günün istənilən vaxtında günəşin istisindən asılı olaraq rəngini dəyişərək fərqli mənzərələr alan Pamukkalədə travertinlərə daxil olmaq mümkündür. Burada xüsusi diqqət edəcəyiniz ayaqqabınızı çıxarmaqdır. Bir də Dənizliyə gedərkən əvəzolunmaz mənzərələri çəkmək üçün fotoaparatınızı götürməyi unutmayın.

Mardinə yolunuz düşdüyü zaman hayatınıza kiçik bir fasilə verə bilərsiniz – Mardin Evleri (Mardin)

Tarixin qapılarını açmağa hazırsınızmı? Mardin evlərinin mənzərəsi Mezopotamiya düzənliyinin sükunəti ilə bölgənin min illik tarixini bir arada təqdim edir. Bu evlərin ən böyük özəlliyi, asanlıqla müxtəlif formaya salına bilən sarı əhəng daşlarından hazırlanmasıdır. Bir- birinə bağlı küçələri olan evlərin qapı, pəncərə və asma qatlarından başqa taxtadan istifadə olunmamışdır. Bir sözlə səyahət planınıza özünəməxsus unikal strukturu olan Mardin evlərini də əlavə edin!

Qayaların oyma-işləmə prosesi min ildən artıq bir dövrü əhatə edir – Uçhisar Qalası (Nevşehir)

Kapadokya – oxşarı olmayan və xüsusi atmosferi ilə ziyarətçilərində bambaşqa bir dünyaya gəldiyi düşüncəsini yaradan misilsiz məkandır. Uçhisar qalası Kapadokanın ən uzaq məsafəsində yerləşir. Buranın böyük özəlliyi məkanın ən yüksək zirvəsi olmaqla yanaşı strateji baxımdan da əhəmiyyətli olmasıdır. Kapadokya turlarına qatılıb Həsən və Erciyes dağlarının gözəlliyindən zövq alaraq bu bölgənin tarixi havası ilə nəfəs ala biləcəksiniz.

Hündürlüyü 2150 metrə çatan NEMRUT DAĞI

Yolunuzu Adyamana salsanız mütləq dünyada yeganə olan bir yerə səyahət edin. Burada günün batmasını izləmək üçün Nemrut Dağına dırmansanız peşman olmayacaqsınız.

Adıyamanın Kahta mahalındakı dağın hündürlüyü təxminən 2150 metrə çatır. Nemrut Dağı ətəklərinə tikilmiş imperiyanın padşahı I Antioch bu dağın zirvəsində bir birindən gözəl abidələr və heykəllər tikdirib. Şərq, qərb və şimal istiqamətlərinə yayılan bu qalıqların Hellenistik dövrünə aid olduğu bildirilir. Görənləri heyran edən mənzərəyə sahib Nemrut Dağı, UNESCO Dünya Mirası Siyahısında yer alıb. Dağın zirvəsindən bir dəfə günün batdığını izləsəniz mənzərənin şişirdilmədiyini başa düşəcəksiniz.

Kemerin mavi çimərlikləri ilə tanınan bayram şəhəri – Tekirova (Antalya)

Məşhur çimərliklərin ən populyarı da Olimposdur. Olimposun və ətrafındakı digər kəndlərin nadir gözəllikləri də dillərə dastandır… Ancaq Antalyada bundan daha çox şey var! Məsələn, Aralıq dənizini seyr edən və üçbucağa oxşar forması ilə diqqət çəkən Tahtalı Dağı. Tekirova, görənləri heyran edir.

Gözəlliyi ilə göz oxşayan Kızkalesi (Mersin)

Bizanslılar tərəfindən inşa edilən bu qala Mersin Erdemli mahalında özünə aid olan bir adanı tutur. Çimərlikdən sadəcə 300 metr məsafədə yerləşən əsrarəngiz qala onu görənləri heyran edir. Necə düşünürsünüz qala tam bir Aralıq dənizi şahzadəsi kimi görünmürmü?

Bir sözlə yolunuzu Türkiyəyə salsanız dünyanın yeddi möcüzədən ibarət olmadığını anlayacaqsınız. Türkiyədə bu möcüzələrdən çoxdur. Sadəcə bu gözəllikləri gəzmək və tarixə şahidlik etmək lazımdır

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Oktyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri