Dilçilik İnstitutunda Özbəkistan alimləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 3 fevral, AZƏRTAC
Özbəkistanın Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru Marufjon Yuldaşev, Dillər fakültəsinin dekanı professor Zubayda Şarapova və Pedaqoji fakültənin professoru Şoira Abdujalilova AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun qonağı olublar.
Bu barədə AZƏRTAC-a Dilçilik İnstitutundan bildirilib. Qeyd olunub ki, qonaqlar institutun direktoru professor Nadir Məmmədli ilə görüşərək elmi və pedaqoji əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparıblar. Görüş zamanı ali təhsil və elmi-tədqiqat müəssisələri arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, elmi araşdırmaların inkişafı və akademik mübadilə imkanları müzakirə edilib.
Söhbət zamanı universitetdə Özbəkistanın görkəmli dilçi alimi Xalid Səid Xocayevin adını daşıyacaq Araşdırma Mərkəzinin yaradılması məsələsi də müzakirə olunub. Bildirilib ki, mərkəzin fəaliyyətə başlaması elmi əməkdaşlığın dərinləşdirilməsinə, türkoloji tədqiqatların inkişafına və beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə töhfə verəcək.
Daha sonra professor Nadir Məmmədlinin elmi redaktorluğu ilə Xalid Səid Xocayevin tərcüməsində çap olunan M.Kaşğarinin üçcildlik “Divanü-lüğat-it-türk” əsəri qonaqlara hədiyyə edilib. Bu mükəmməl nəşrin gələcək tədqiqatlar üçün əhəmiyyətli mənbə kimi istifadə ediləcəyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 03 Fevral 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















