Icma.az
close
up
RU
Dilimiz: Milli birliyimiz və müqəddəs amanatımız

Dilimiz: Milli birliyimiz və müqəddəs amanatımız

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan dili xalqımızın tarixi, kimliyi və mədəni yaddaşıdır. Danılmaz faktdır ki, hər bir millətin varlığı onun dilində yaşayar. Azərbaycan dili həm zəngin tarixi, həm də ahəngdar quruluşu ilə seçilən, türk dilləri ailəsinin oğuz qrupuna daxil olan bir dildir. Bu dil əsrlərin sınağından çıxaraq bu günədək gəlib çatmış, zəngin ədəbi irsi, geniş ifadə imkanları ilə türk dilləri içərisində öz layiqli yerini almışdır. Bizim bütün adət-ənənələrimiz, bayatılarımız, laylalarımız və dastanlarımız bu dildə yoğrulubdur.  

Dilimiz zənginliyi və musiqililiyi ilə seçilir. Buna görə də o, dünyanın ən zəngin və həmahəng dillərindən biri hesab olunur. Çünki bizim dilimiz:

​Dədə Qorqudun hikməti; 

Nizaminin, Nəsiminin, Füzulinin poetik qüdrəti;

​Üzeyir bəyin musiqisi;

​Xalqımızın yaratdığı bayatıların səmimiyyətidir.

​Dilimizin hər bir kəlməsində bir tarix, hər bir ifadəsində xalqın fəlsəfəsi gizlənib. Dil bizi keçmişimizə bağlayan elə bir bağdır ki, onu qırsaq, tariximizlə olan əlaqəmiz kəsilər.

Azərbaycan dili döyüş meydanında kəsərli bir qılınc, elin xoş günündə incə bir qopuz sədasıdır. Fikrimcə, ​bir millətin keçmişini öyrənmək üçün onun dilinə baxmaq kifayətdir. Çünki dil bir millətin varlıq nişanəsidir. Dilini itirən xalq öz mənəviyyatını, köklərini və nəticədə müstəqilliyini itirir. Ana dilimiz bizə anamızın laylası ilə keçən, qanımıza və canımıza hopan ilk müqəddəs duyğudur. Bu dil vasitəsilə biz dünyanı dərk edirik, hisslərimizi ifadə edirik və digər xalqlarla öz mədəniyyətimizi bölüşürük.

Azərbaycan dili həm xalqımızın milli varlığının aynası, həm də ruhu, psixologiyası, tarixi yaddaşı və gələcəyə uzanan körpüsüdür. Bu dil, sadəcə, bir ünsiyyət vasitəsi deyil, həm də xalqımızın mədəniyyəti, onun düşüncə tərzi, həm də milli birliyinin rəmzidir. Azərbaycan dili əsrlər boyu böyük sınaqlardan keçmişdir. Orta əsrlərdə fars və ərəb dillərinin güclü təsiri, sonrakı dövrlərdə isə imperiya siyasətləri dilimizi sıxışdırmağa çalışsa da, xalqımız öz ana dilini qəlbində və yaddaşında qoruyub saxlamışdır. Şah İsmayıl Xətainin "Dəhnamə"si, Məhəmməd Füzulinin qəzəlləri, Mirzə Fətəli Axundzadənin dramaturgiyası dilimizin nə qədər qüdrətli, elastik və zəngin olduğunu sübut edir. Tarixi kökləri, geniş ifadə imkanları və daxili məntiqi ilə seçilən dilimiz, həm də duyğuların ən incə çalarlarını ifadə etmək üçün tükənməz xəzinəyə malikdir. Bu dil, eyni zamanda, fonetik cəhətdən dünyanın ən ahəngdar dillərindən biridir. "Dəmir qanun" hesab olunan ahəng qanunu dilimizə xüsusi bir ritm və musiqi bəxş edir. Bu səbəbdən də bizim dilimizdə yaranan şeirlər, qəzəllər və muğamlar ruhu oxşayan bir harmoniya təşkil edir.

Dilimiz həm qədimliyi, həm də müasirliyi özündə birləşdirən nadir bir sistemdir. Zənginliyi ilə bərabər, bu dil həm də dünya azərbaycanlılarını birləşdirən əsas dəyərlərdən biridir. Ana dilində danışmaq, düşünmək və yazmaq – bir xalqın yaşadığını, öz kökünə bağlı olduğunu sübut edir.
Azərbaycan dili həm klassik ədəbiyyatımızda, həm müasir elmdə, həm də gündəlik həyatımızda öz gücünü və gözəlliyini sübut edən bir dildir. Ulu öndər Heydər Əliyevin “Azərbaycan dili bizim milli sərvətimizdir” fikri bu dilə dövlət səviyyəsində verilən dəyərin göstəricisidir.

Ulu öndərin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi dövründə də ana dilimizin qorunması, inkişafı və beynəlxalq səviyyədə təbliği dövlət siyasətinin ən mühüm istiqamətlərindən birinə çevrilibdir. O, ana dilini "milli varlığımızın təməli" adlandıraraq, bu sahədə Ümummilli lider Heydər Əliyevin başladığı strateji xətti yeni müstəviyə daşıyıb.

Qeyd edək ki, 2004-cü ildə imzalanan "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncam bu sahədə inqilabi addım oldu. Bu sərəncamla: ​

Azərbaycan və dünya ədəbiyyatının inciləri kütləvi şəkildə yeni əlifba ilə çap edildi.

​Kitabxanaların fondu yeniləndi və gənc nəslin oxu imkanları genişləndi.

​Prezident İlham Əliyevin müasir dövrün çağırışlarını – qloballaşma və texnoloji terminlərin axınını nəzərə alaraq, dilin korlanmasının qarşısını almaq üçün mühüm sənədlər imzalaması dilçi alimlər tərəfindən alqışlarla qarşılanmışdır. 2013-cü ildə təsdiqlənən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" bu baxımdan fundamentaldır. Hazırda küçə reklamlarında, televiziyalarda və internet resurslarında ədəbi dil normalarına riayət olunması ciddi nəzarətə götürülüb. ​Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzi bu məsələləri daim diqqətdə saxlayır.

Dilimizə xüsusi​ qayğı göstərən Prezident İlham Əliyev beynəlxalq kürsülərdə, Türk Dövlətləri Təşkilatının sammitlərində hər zaman dil birliyi və ana dilinin önəmini vurğulayır. O, dilimizi sadəcə ölkə daxilində deyil, həm də dünya azərbaycanlılarını birləşdirən mənəvi zəncir kimi dəyərləndirir:
​"Bizim dilimiz zəngin dildir, çox gözəl dildir. Biz çalışmalıyıq ki, ana dilimizin saflığını təmin edək”. Prezidentin sərəncamları ilə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) milli terminologiyanın zənginləşdirilməsi və yeni izahlı lüğətlərin hazırlanması işi sürətlənmişdir. Bu, dilin elmi potensialının artmasına və onun müasir dünya elmi ilə ayaqlaşmasına kömək edir.

2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı cənab Prezidentimiz dilimiz haqqında narahatlığını qeyd edərək dilimizin saflığını qorumağın vacibliyini də vurğulamışdır: "Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti...
Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır". Prezidentin bu çağırışına dilçi alimlər, jurnalistlər, müəllimlər və digər sənət insanları da səs verdilər.

Prezident İlham Əliyev bu il yanvarın 5-də yerli televiziyalara müsahibəsində yenidən Azərbaycan dilinin qorunması məsələsinə toxunaraq, dil amilini millətin varlığı kimi yüksək qiymətləndirmişdir: "Dil o amildir ki, milləti millət edir".

Daha sonra o, dilə yersiz xarici kəlmələrin gəlməsinə qarşı olduğunu açıq şəkildə bildirərək, dilimizin saflığının qorunmasının hamımızın vəzifəsi olmasını bir daha xatırladıb:

"Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir”.

Cənab Prezidentimiz İlham Əliyevin fikirlərinə əsaslanaraq qeyd edim ki, dünyanın müxtəlif nöqtələrində yaşayan milyonlarla azərbaycanlı üçün ana dili ən böyük birləşdirici amildir. Sərhədlər, məsafələr nə qədər uzaq olsa da, eyni dildə danışan insanlar eyni duyğunu bölüşürlər. Dil bizi bir ailə, bir millət halında birləşdirir. Milli birliyimiz dilimizin saflığı və yaşaması ilə birbaşa bağlıdır. Çünki dil bizim düşüncə tərzimizi formalaşdırır və milli maraqlar ətrafında sıx birləşməyimiz üçün mənəvi zəmin yaradır. Həmçinin Azərbaycan dili müstəqil dövlətimizin ən mühüm atributlarından biridir ki, bu da vacib amillərdən biridir.

Müasir dünyada qloballaşma prosesi dillərə də təsir edir. Lakin unutmamalıyıq ki, dilini itirən xalq öz mənliyini də itirir. Ona görə ki, dil hər bir millətin mənliyinin əsasıdır. Dilimizi kənar təsirlərdən qorumaq, onu gənc nəsillərə sevdirmək hər birimizin vətəndaşlıq borcudur. Çünki dilimiz yaşadıqca millətimiz, millətimiz yaşadıqca isə müstəqil Azərbaycanımız var olacaqdır.

Unutmayaq ki, dilimiz bizə dədə-babalarımızın mirası, "amanat"dır. Bizi eyni kökə, eyni mədəniyyətə bağlayan məhz ana dilimizdir. Filologiya elmləri doktoru, professor, şair Mahirə Nağıqızı bu bağlılığı "Ana dilim" şeirində çox gözəl ifadə edib:
Bu dünyanın yaşı qədər tarixin var,
Sonu qədər, başı qədər tarixin var.
Dağı qədər, daşı qədər tarixin var,
Ha baş vursam bitməz qatı, ana dilim.
Dədəm-babam amanatı, ana dilim.

Orxonlardan üzü bəri yazın qalıb,
Altaylardan Balkanlara izin qalıb.
Çox dillərdə rəddin qalıb, izin qalıb,
Qurdnan görər qiyamatı, ana dilim.
Dədəm-babam amanatı, ana dilim...

Mahirə Nağıqızının uca tutduğu "Dədəm-babam amanatı, ana dilim!" fikri dilimizə olan münasibətimizin ən ali ifadəsidir. Amanat – xəyanət edilməyən, göz bəbəyi kimi qorunan və gələcəyə ötürülən ən müqəddəs dəyərdir. Bu dil bizə Dədə Qorqudun nəsihəti, babalarımızın qəhrəmanlıq salnaməsi, analarımızın laylası kimi miras qalıb. Bu amanata sadiq qalmaq isə hər bir azərbaycanlının müqəddəs borcudur.

Unutmamalıyıq ki, dilimiz milli sərvətimizdir, babalarımızdan bizə qalan ən qiymətli mirasdır. Onu sevmək, onun incəliklərinə vaqif olmaq və onu uca tutmaq hər birimizin mənəvi ən ali vəzifəsidir. Çünki ana dili milli birliyimizin sönməyən məşəli, bizi biz edən ən uca dəyərdir.
Aynurə Sabir qızı Əliyeva
Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Fevral 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri