Icma.az
close
up
RU
Dilimiz var olduqca biz də varıq ŞƏRH

Dilimiz var olduqca biz də varıq ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dil yalnız bir ünsiyyət vasitəsi, informasiya ötürücüsü deyil. Dil – xalqın varlıq kimliyi, onun zamanın fırtınalarından keçərək bu günə gətirdiyi ruhani pasportudur. Əgər dil bir xalqın təfəkkür xəritəsidirsə, əlifba o xəritənin coğrafi sərhədlərini müəyyən edən strateji sütundur.

Hər il 1 Avqust tarixində qeyd etdiyimiz "Azərbaycan Əlifbası və Ana Dili Günü" təqvimdəki sıradan bir əlamətdar tarix deyil; bu gün milli özünəqayıdışın, tarixi yaddaşın və müstəqil dövlətçilik şüurunun təntənəsidir.

Alman fəlsəfəsinin böyük siması Martin Haydegger yazırdı: "Dil varlığın evidir." Bu fikri Azərbaycan xalqının tarixi taleyinə tətbiq etsək, görərik ki, əsrlər boyu imperiyaların toqquşduğu, coğrafiyaların dəyişdiyi, dövlətçilik xəritələrinin pozulub yenidən çəkildiyi bir məkanında bizi ayaqda saxlayan, sıradan çıxmağa qoymayan yeganə qala Ana dilimiz olmuşdur.

Azərbaycan dili – fəlsəfi baxımdan təkcə sözlər toplusu deyil. O, Nəsiminin haqqı axtaran üsyanı, Füzulinin ilahi sevgidən doğan nisgili, Şah İsmayıl Xətainin dövlət quran qılıncının və qələminin gücüdür.

Bəs əlifba nədir? Əlifba həmin bu fəlsəfi ruhun maddi formaya, vizual yaddaşa ötürülməsidir. Tarixən əlifba dəyişiklikləri sivilizasiya seçimləri ilə bağlı olub. 20-ci əsrdə bir neçə dəfə əlifba dəyişikliyinə məruz qalan xalqımız üçün latın qrafikasına qəti keçid – sadəcə texniki islahat deyil, milli kodların bərpası və Avropa-Türk sivilizasiyalar fəzasına inteqrasiya aktı idi.

Milli dilin dövlət dili səviyyəsinə qaldırılması və mühafizəsi elə bir geosiyasi cəsarət tələb edir ki, bunu yalnız böyük dövlət xadimləri bacara bilər. Sovet rejiminin tüğyan etdiyi 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi Ümummilli Lider Heydər Əliyevin misilsiz cəsarətinin və uzaqgörənliyinin göstəricisi idi.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusi­yasında xalq referendum yolu ilə öz mövqe­yini nümayiş etdirərək, ölkədə dövlət dilinin Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirdi.

Ümummilli Lider anlayırdı ki, müstəqilliyin əsas şərti iqtisadi və ya siyasi müstəqillikdən öncə mənəvi müstəqillikdir. Ulu Öndərin dilimizlə bağlı işlətdiyi bu fəlsəfi kəlam məhz bu dərinliyin ifadəsidir:

"Dil hər bir millətin təfəkkürünün, mənəviyyatının, mədəniyyətinin göstəricisidir. Ana dilini sevməyən, ana dilini bilməyən insan öz xalqının tarixini, mədəniyyətini, mənəviyyatını layiqincə bilə bilməz."

Müstəqillik illərində, 2001-ci il iyunun 18-də Heydər Əliyev tərəfindən imzalanan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman və 9 avqust 2001-ci il tarixli Sərəncamla 1 Avqustun "Azərbaycan Əlifbası və Ana Dili Günü" elan edilməsi Latın qrafikalı əlifbaya tam keçidi təmin etdi. Bu da milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolun­da göstərdiyi misilsiz xidmətlərdəndir. Bu, sadəcə qanunvericilik aktı deyil, köklərə dönüşün, sovet ideoloji buxovlarından tam azad olmanın möhürü idi.

Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

İnformasiya əsrində, qloballaşmanın milli kimlikləri əritdiyi bir dövrdə dili qorumaq onu sadəcə qanunla müdafiə etmək deyil, həm də onu müasir elmin, texnologiyanın və qlobal düşüncənin dilinə çevirməkdir. Prezident İlham Əliyev Ümummilli Liderin dil siyasətini yeni müstəviyə – Zəfər qazanmış, özünəinamlı bir millətin strateji prioritetləri səviyyəsinə qaldırdı. Prezident İlham Əliyevin bu məsələdəki mövqeyi dəqiq, prinsipial və kompromissizdir:

"Bizim zəngin, zərif və ahəngdar dilimiz var. Azərbaycan dilinin saflığının qorunması, yad təsirlərdən mühafizə edilməsi hər birimizin vətəndaşlıq borcudur. Biz elə etməliyik ki, ana dilimiz öz zənginliyini, poetikliyini saxlasın və gələcək nəsillərə təmiz şəkildə çatdırılsın."

Dövlət başçısının Latın qrafikasında kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun fəaliyyətinin gücləndirilməsi və media məkanında dil normalarının qorunması ilə bağlı sərəncamları göstərir ki, dil – dövlət təhlükəsizliyinin tərkib hissəsidir. Çünki dilin deqradasiyası – təfəkkürün, təfəkkürün deqradasiyası isə dövlətçilik şüurunun zəifləməsi deməkdir.

Bu gün 1 Avqust gününə baxarkən bir həqiqəti dərk etməliyik: Əlifba – sadəcə işarələr sistemi, dil – sadəcə qrammatik qaydalar toplusu deyil. Əlifba bizim dünyanı oxumaq, dil isə dünyanı anlamaq və anlatmaq formamızdır. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər göstərdi ki, Şuşada, Xankəndidə ,Kəlbəcərdə,Ağdamda,Xocalıda dalğalanan bayraqla yanaşı, orada yenidən səslənən Azərbaycan dili bizim mənəvi bütövlüyümüzün bərpasıdır. Şuşada ucalan ilk azan, səslənən ilk bayatı – dilin öz torpağına qayıdışının fəlsəfi təzahürü idi. Biz Latın qrafikalı Azərbaycan əlifbası ilə yazarkən və Ana dilimizdə düşünərkən sadəcə keçmişimizə ehtiram göstərmirik; biz gələcəyimizi inşa edirik.

1 Avqust – özünə hörmət edən, öz kökünə bağlı olan, amma üzü gələcəyə, işığa doğru addımlayan müstəqil Azərbaycan övladının bayramıdır. Dilimiz var olduqca – biz də varıq. Dilimiz zənginləşdikcə – mənəviyyatımız da ucalacaqdır.

Tahirə Şükürova

Nərimanov rayonu Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Qabaqcıl təhsil işçisi, YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyul 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri