Icma.az
close
up
RU
Dilimizin Akademiki, ana dilinin Prezidenti

Dilimizin Akademiki, ana dilinin Prezidenti

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


"Prezident İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dilinin saflığının qorunması məsələsinə toxunmaqla dilimizin əsil təəssübünü çəkən, zənginliyini qoruyan və inkişaf etdirmək üçün çalışan lider olduğunu göstərdi. Azərbaycan dili əsrlər boyu müxtəlif mədəniyyətlərin təsirinə məruz qalsa da, rus və fars imperiyalarının təsiri altında yaşayan xalqımızın milli ənənələrinə, eləcə də 70 il ərzində sovet rejimi dövründə dilimizin saflığına ciddi zərərlər vurulsa da, dilimiz nəsillərdən-nəsillərə ötürülərək öz saflığını, şirinliyini qoruyub saxlayıb. Dil həm də siyasi mədəniyyətdir, dil siyasətdir. Sovet dövründə və müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik etmiş bəzi dilbilməzlər ana dilinə hörmət etmədən yad dillərdə danışaraq bu siyasi mədəniyyətdən uzaq olduqlarını nümayiş etdiriblər".
Newscenter.az xəbər verir ki, bunları siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. Onun sözlərinə görə, dilimizin siyasi mədəniyyət atributu kimi saflığının qorunması siyasi elmlər sahəsində də xüsusi diqqətdə saxlanılmalıdır:
"Siyasi təhlil və yanaşmalarda xarici dillərdən alınma sözlərə, ifadə və terminalogiyalara, lazımsız və dəxli olmadığı halda yer verilməməlidir. Biz dilin siyasi etika və mədəniyyət nümunəsi kimi zənginliyindən Ulu Öndər Heydər Əliyevin çıxışlarına diqqət etməklə faydalana bilərik. Onun nitqləri olduqca sadə, milli, ifadə zənginliyi və səlisliyi ilə seçilir.
Azərbaycan dilinin əsil təəssübkeşi və qoruyucu olan Ulu öndər həmişə dilimizin qorunmasının qayğısına qalırdı, sovet dövründə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi üçün əzmkar fəaliyyəti də dilimizin hamisi olduğunu göstərir.
Onun dilə qayğısı sayəsində 70-ci illərdə ilk dəfə olaraq bir neçə dilçi alimə dövlət mükafatı verildi, ana dilində nəşr edilən kitabların tirajı artırılırdı. Məsələn, 1979-cu ildə Azərbaycanda nəşr edilən 1300 adda 13 milyon 800 min nüsxə kitabın 11 milyon 100 min nüsxəsi ana dilində idi".
Vaqif Abdullayev deyib ki, Ulu öndərin genetik dil mədəniyyəti bütün çalarları ilə Cənab İlham Əliyevdə cəmləşib. İlham Əliyevin siyasi nitqlərinə diqqət etdikdə nə qədər təmiz, milli və şirin olduğunu görə bilərik:
"O, Azərbaycan dilində səlis danışaraq heç zaman dilimizin ahəngini pozan yad kəlmələr, xarici alınma sözlərindən istifadə etmir. Nitq zamanı fasiləyə, vurğuya, melodiya və tempə diqqət edir bu da onun nitqinin kamilliyini göstəriir, zəngin söz ehtiyatına malik olduğunu nümayiş etdirir.
Eyni zamanda, İlham Əliyev danışarkən axıcı, təkrarçılıqdan uzaq, söz və ifadələrin yerini əsil qrammatik üslubda müəyyənləşdirməklə peşəkar mütəxəssis təsiri bağışlayır. Türk, ingilis və rus dillərində olan müsahibələrində də yüksək nitq nümayş etdiririr. 44 günlük müharibə zamanı İlham Əliyevin nitq siyasəti dünya siyasətçilərini, jurnalistlərini də heyran etdi. Dünyada az liderlər siyasətin fəlsəfəsini bilirlər, ancaq bu ecazkar dil fəlsəfəsini bilən birinci çəxs də məhz Prezident İlham Əliyevdir. O, siyasətdə bütün şəxslərin öyrənə biləcəyi, mənimcəyəcəyi elitar nitq mədəniyyəti formalaşdırıb. Bu, yüksək nitq mədəniyyəti bütün siyasətçilər üçün əsil örnəkdir".
Vaqif Abdullayev, "Təvazökarlıqdan uzaq, deyə bilərəm ki, Azərbaycan Prezidenti görkəmli natiq, söz ustası kimi Azərbaycan dilinin tarixi ensiklopediyasına da öz adını yazdırıb. Bu baxımdam İlham Əliyevi həm də Dilimizin akademiki, Ana Dilinin Prezidenti də adlandırmaq olar",-deyə vurğulayıb.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Yanvar 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri