Icma.az
close
up
RU
Dilşod Saidjanov: KİV in sayının artması müsbət haldır, lakin o, məzmun keyfiyyəti ilə də müşayiət olunmalıdır

Dilşod Saidjanov: KİV in sayının artması müsbət haldır, lakin o, məzmun keyfiyyəti ilə də müşayiət olunmalıdır

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan və Özbəkistan arasında ortaq tarixi və mədəni dəyərlərə söykənən əlaqələr informasiya mübadiləsinin intensivləşdirilməsi, dezinformasiyaya qarşı birgə mübarizə strategiyalarının formalaşdırılması və regional informasiya təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Oxu.Az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunun açılış mərasimində Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov deyib.

"İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi çox önəmlidir.

Ölkələrimiz arasında belə tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Özbəkistanda Azərbaycana, Azərbaycanda isə Özbəkistana dair biliklərin artırılması istiqamətində işlər aparılmalıdır. İki ölkə arasında media sahəsində əməkdaşlıq imkanları genişləndirilməlidir.

İnformasiya dövrünü süni intellektsiz təsəvvür etmək mümkün deyil. Aydındır ki, ölkələr bu sahəni prioritet istiqamət kimi ön plana çəkirlər. Əlbəttə, bloqerlərin də bu prosesdən kənarda qalması mümkün deyil. Bu bizim üçün də son dərəcə vacib məsələdir.

Özbəkistanda son vaxtlar media sahəsində ciddi dəyişikliklər baş verib. Kütləvi informasiya vasitələri (KİV) üzərində nəzarət ləğv olunub. Qanunvericilik sahəsində vacib məsələlərlə tanış olmuşuq. Əsas məsələ ondan ibarətdir ki, KİV-in sayının artması müsbət haldır, lakin bu artım məzmun keyfiyyəti ilə də müşayiət olunmalıdır", - deyə D.Saidjanov bildirib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see296

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see163

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see150

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see146

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri