Icma.az
close
up
RU
DİM imtahanında 530 bal toplayan şagirdin atası direktordan şikayətçidir “Üzünü qırxmadı deyə attestata 2 yazdı”

DİM imtahanında 530 bal toplayan şagirdin atası direktordan şikayətçidir “Üzünü qırxmadı deyə attestata 2 yazdı”

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“2024-cü ilin sentyabrından Səkinə Hüseynova Səbail rayonu 163 nömrəli tam orta məktəbin direktor əvəzi təyin edilib. Elə həmin gündən də biz valideynlərin qara günləri başlayıb…”

Bunu sözügedən məktəbi bu il bitirən Cavid Oruczadənin valideyni Orucov Oruc Məhram oğlu “AzPolitika”-ya ünvanladığı şikayət məktubunda yazıb.

Şikayətçi 163 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə müvəqqəti təyin edilən Səkinə Hüseynovanın bir sıra qanunazidd hərəkətlərə yol verdiyini iddia edir.

Onun sözlərinə görə, direktor müəllimləri təzyiq altında saxlayaraq, övladı C. Oruczadəyə “2” qiyməti yazmalarını tələb edib: “Müəllimlər əvvəlcədən mənə məlumat verdikləri üçün, dərs ilinin sonuna bir ay qalmış mən Səkinə Hüseynovaya yaxınlaşıb bu məsələni aydınlaşdırmaq istədim. Hansı səbəbdən mənim övladımı təqib etməsini, gözdən salmasını və müəllimlərdən övladıma “2” qiyməti yazmalarını tələb etməsini soruşdum. O, mənə hikkəli, əsəbi və qisas almaq hissi ilə qışqıraraq “Cavid tərbiyəsizdir, ona 2 yazacağam” deyib, az qaldıki, barmağını gözümə soxsun. Mən isə səbr və təmkinlə direktora bildirdim ki, bizim ailəmiz, elə mən özüm də hamımız müəllim olmuşuq. Ancaq sizdən fərqli olaraq, biz şagird və tələbələrlə intriqa aparmamışıq. Sual etdim ki, Cavid sizə qarşı hansı tərbiyəsizliyi edib, deyin, mən bilim. Səkinə Hüseynova yenidən qışqıraraq “Cavid tərbiyəsizdir, üzünü hər gün qırxmır. Mən ülgüc almışam, kabinetimdədir. Əgər üzü qırxılmamış gəlsə, özüm onun üzünü, bığını qırxacağam. Üzünü qırxsın və gəlib məndən üzr istəsin. Yoxsa mən ona 2 yazacağam”, - dedi”.

Şikayətçi qeyd edir ki, övladı direktorun bu tələbini yerinə yetirmədiyi üçün onun attestatına qəsdən “2” qiyməti yazılıb.

“Səkinə Hüseynova məktəbin 11-ci sinif şagirdlərini hazırlıq kurslarına getmək üçün müəyyən maddi tələbini ödətdirib, sonra onları dərslərdən azad edir. Rüşvət verməyən şagirdləri isə mənim oğlum Oruczadə Cavid kimi gözdən saldı. DİM-in keçirdiyi imtahanlardan Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Tarix fənlərindən (5) əla qiymət alaraq 530 bal topladığı halda, rüşvət vermədiyim üçün oğlumun attestat qiymətlərini “3” – kafi qiymətləndirib. Mən bilmirəm, DİM oğlum Oruczadə Cavidin qiymətlərini şişirdib ona 530 bal yazıb, yoxsa Şəkinə Hüseynova ədalətli qiymətləndirmə aparıb və Cavidin attestatını “3” qiymətlərlə qiymətləndirib?”, -deyə şikayətçi bildirir.

O. Orucov qeyd edir ki, bir aydan artıqdır Səkinə Hüseynovanın qanuna zidd hərəkətləri barədə - ölkə başçısına, Elm və təhsil naziri Emin Əmrullayevə, Baş prokuror Kamran Əliyevə şikayət məktubları ünvanlasa da, bu, heç bir fayda verməyib. Şikayətçi saytımız vasitəsilə növbəti dəfə səlahiyyətli qurumlara müraciət edərək, məktəb direktorunun bu davranışları ilə bağlı müvafiq tədbir görülməsini xahiş edir.

Qeyd olunanlarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq.

Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 2024-2025-ci dərs ilində paytaxtdakı 163 nömrəli tam orta məktəbin məzununun nəticələri yenidən qiymətləndirilib və həmin məzuna attestat təqdim edilib. Həmçinin qeyd olunub ki, məsələ ilə bağlı məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavininin intizam məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulur.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 İyul 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri