Icma.az
close
up
RU
DİM in imtahan sistemi dəyişə bilər: Abituriyentlərə nə vəd olunur? KONKRET

DİM in imtahan sistemi dəyişə bilər: Abituriyentlərə nə vəd olunur? KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qəbul imtahanlarının tam elektron formatda keçirilməsi Azərbaycanda təhsil sahəsində növbəti mühüm yeniliklərdən biri ola bilər. Belə bir sistemə keçid imtahan nəticələrinin daha qısa müddətdə açıqlanmasına, yoxlama prosesində insan faktorunun minimuma endirilməsinə, şəffaflıq və obyektivliyin artırılmasına imkan yarada bilər.

Bəs qəbul imtahanlarının tam elektronlaşdırılması nə dərəcədə realdır və bu sistemə keçid hansı üstünlükləri vəd edir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, Dövlət İmtahan Mərkəzi (DİM) artıq qəbul imtahanlarının elektron formatda keçirilməsi istiqamətində planlar üzərində işləyir.

“Ötən il DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə də imtahanların elektronlaşdırılması ilə bağlı müvafiq planların olduğunu açıqlamışdı. Hazırda kiçikmiqyaslı imtahanların elektron formada təşkili istiqamətində müəyyən addımlar atılır və bunun üçün müvafiq inzibati infrastruktur da yaradılıb.

Genişmiqyaslı qəbul imtahanlarının elektronlaşdırılması üçün ilk növbədə zəruri maddi-texniki bazanın və imtahanların keçirilməsinə uyğun inzibati binaların formalaşdırılması vacibdir.  Belə ki, həm Elm və Təhsil Nazirliyi, həm də DİM tərəfindən ayrı-ayrı imtahanların elektron formatda keçirilməsi təcrübəsi mövcuddur”.

Ekspert düşünür ki, lazımi texniki imkanlar yaradılarsa, növbəti mərhələdə böyük sayda abituriyentin iştirak etdiyi qəbul imtahanlarını da elektron formada təşkil etmək mümkün olacaq.

O, elektron imtahan sisteminin üstünlüklərindən danışarkən nəticələrin açıqlanma müddətinə xüsusi diqqət çəkib. Bildirib ki, hazırda qəbul prosesinin bir neçə mərhələdən ibarət olması və yazılı cavabların yoxlanılmasına sərf edilən vaxt imtahan təqviminin uzanmasına səbəb olur.

“ Xüsusilə mart ayında keçirilən buraxılış imtahanlarından sonra şagirdlərin dərs prosesinə marağının azalması cəmiyyətdə birmənalı qarşılanmır. Lakin DİM-in imtahanları bu müddətdə təşkil etməsinin müəyyən səbəbləri var. Belə ki, açıq tipli sualların marker müəllimlər tərəfindən yoxlanılması təxminən bir ay vaxt aparır. Nəticələrin açıqlanması ilə yanaşı, blok imtahanları, təkrar cəhdlər, qabiliyyət imtahanları, eləcə də rus bölməsi üzrə Azərbaycan dili imtahanları da ümumi qəbul qrafikində nəzərə alınmalıdır”.

Ramin Nurəliyev qeyd edib ki, bu mərhələlərin ardıcıl şəkildə keçirilməsi qəbul prosesinin avqust ayına qədər uzanmasına, ixtisas seçiminin isə tədris ilinin başlanmasına yaxın vaxta təsadüf etməsinə gətirib çıxarır. Onun fikrincə, elektron imtahan sisteminə keçid bu müddətin qısaldılmasına müsbət təsir göstərə bilər.

“Elektronlaşdırma yoxlama prosesində insan faktorunu da əhəmiyyətli dərəcədə azaldacaq. Hazırda marker müəllimlərin cavabları yoxlaması zamanı bəzi hallarda səhvlərə yol verildiyi bildirilir. Bu cür hallar apellyasiya mərhələsində üzə çıxır və nəticələrin abituriyentin xeyrinə dəyişdirilməsi ilə nəticələnir.

İmtahanların elektron formatda təşkili və cavabların avtomatlaşdırılmış sistem vasitəsilə yoxlanılması bu cür halların qarşısını almağa, nəticələrin daha operativ və obyektiv qiymətləndirilməsinə şərait yaradacaq”.

Ekspert vurğulayıb ki, tam elektron imtahan sisteminə keçid üçün əsas şərt müvafiq maddi-texniki imkanların təmin edilməsidir. Bu infrastruktur formalaşdırılacağı təqdirdə elektronlaşdırma həm nəticələrin açıqlanma müddətini qısalda, həm də qəbul prosesində şəffaflığın və obyektivliyin artırılmasına mühüm töhfə verə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Noyabr 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see351

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see292

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see287

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see283

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see274

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see260

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see254

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see242

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see234

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see227

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see207

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see206

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see206

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see200

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see199

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see197

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see193

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see183

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri