Icma.az
close
up
RU
DİM ləğv olunsa, təhsil sistemində bir sıra ciddi problemlər yarana bilər Vüsalə Ağabəyli

DİM ləğv olunsa, təhsil sistemində bir sıra ciddi problemlər yarana bilər Vüsalə Ağabəyli

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir çox insan son zamanlar hesab edir ki, Dövlət İmtahan Mərkəzi (DİM) ləğv olunmalı və ali məktəblərə qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən həyata keçirilməlidir.

Mövzu ilə bağlı filologiya elmləri doktoru, dosent Vüsalə Ağabəyli Redaktor.az-a bildirdi ki, o birmənalı olaraq, DİM-in ləğv olunması fikri ilə razı deyil:

"DİM illərdir ölkəmizdə qəbul prosesinin şəffaf, obyektiv və ədalətli şəkildə həyata keçirilməsinə zəmanət verən bir qurum kimi formalaşıb. Bu sistem sayəsində hər bir abituriyent sosial statusundan, yaşadığı regiondan və ya məktəbinin imkanlarından asılı olmayaraq, yalnız öz biliyi və hazırlığı əsasında ali məktəbə qəbul olmaq şansı qazanır. DİM həm də təhsil sistemində ümumi keyfiyyətin yüksəlməsinə təsir göstərir, çünki o, məktəbləri daha məsuliyyətli və nəticəyönümlü fəaliyyətə sövq edir".

Onun sözlərinə görə, əgər DİM ləğv olunsa, təhsil sistemində bir sıra ciddi problemlər yarana bilər:

"İlk növbədə, obyektivlik və şəffaflıq prinsiplərinə xələl gələr. DİM-in əsas üstünlüyü ondadır ki, qəbul imtahanları vahid standartlara əsaslanır, nəticələr mərkəzləşdirilmiş şəkildə qiymətləndirilir və kənar təsirlərə - tanışlıq, qohumbazlıq, məktəblərarası fərqlər və s. minimum yer qalır.
DİM ləğv edilərsə, qəbul prosesi müxtəlif məktəblərin və ya universitetlərin daxili qiymətləndirməsinə əsaslana bilər. Bu isə sözsüz ki, qeyri-bərabər şərtlər yaradacaq. Paytaxtda və digər böyük şəhərlərdəki məktəblərin tədris səviyyəsi yüksək olduğundan, onların məzunları üstünlük təskiş edə bilər, bu halda regionlarda yaşayan abituriyentlər isə haqsız rəqabətlə üzləşə bilərlər".

Ekspert həmçinin əlavə etdi ki, biliyin qiymətləndirilməsinin keyfiyyəti və etibarlılığı azala bilər.

"DİM-in imtahanları illərlə sınaqdan keçmiş, psixometrik cəhətdən ölçülmüş və elmi əsaslara söykənən testlərdən ibarətdir. Əgər bu sistem aradan qalxsa, qiymətləndirmə birbaşa olaraq subyektivliyə açıq olacaq, nəticədə həm tələbə seçimi, həm də təhsilin keyfiyyəti aşağı düşə bilər. Ən əsası da, ictimai etimad məsələsi var. Cəmiyyət DİM-ə etibar edir, çünki insanlar bilir ki, bu sistemdə nəticəni yalnız bilik müəyyən edir. Onun ləğvi abituriyentlərdə, o cümlədən valideynlərdə də ədalətsizlik anlayışına yola aça bilər və təhsil sahəsinə olan inamı azaldar. DİM-i ləğv etmək deyil, onu daha çevik, müasir və şagird yönümlü bir sistemə çevirmək lazımdır. Sadələşdirilmiş, daha praktik yönümlü, lakin yenə də obyektiv və şəffaf imtahan modeli gənclərimiz üçün ən sağlam yoldur.
Əlbəttə, zamanla hər bir sistem kimi DİM-in də təkmilləşdirilməsinə ehtiyac var.

Məncə, əsas istiqamətlərdən biri imtahanların sadələşdirilməsi, yəni sualların daha çox şagirdin tənqidi düşünmə bacarığını və praktik biliklərini ölçən formada hazırlanması ola bilər. Eyni zamanda, imtahan mərhələlərinin azaldılması və qiymətləndirmə meyarlarının daha çevik olması abituriyentlər üçün həm stresi azalda bilər, həm də daha real nəticələr əldə etməyə imkan verər. Hər zaman deyirəm, biz elmə, təhsilə gələn yolları şəffaflığı təmin etməklə açıq saxlamalıyıq. DİM-i ləğv edərək başqa bir pərakəndəliyə, özbaşınalığa şərait yaratmaqdansa, qəbul imtahanlarını sadələşdirmək, qəbul prosesinin səmərəliliyini artırmaq və potensiallı gənclərin yerli təhsil müəssisələrinə gələn yollarına dəstək olmaq lazımdır. Yəni, problemin həllini DİM-i ləğv etməkdə deyil, onun fəaliyyətini müasirləşdirməkdə və gənclərin maraqlarına daha uyğun hala gətirməkdə görürəm", - deyə Vüsalə Ağabəyli bildirdi.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Noyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri