DİM: Mindən çox şagird Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı verəcək
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 13-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək.
DİM-dən bildirilib ki, imtahan vermək üçün 1076 şagird qeydiyyatdan keçib. Şagirdlər və ya valideynlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edə bilərlər. İmtahan Bakı şəhərində təşkil olunacaq və saat 11:00-da başlanır. Valideynlərin nəzərinə çatdırılır ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmırlar.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin əslini (vəsiqədə şəkli olmayan şagirdlər təhsil aldıqları təhsil müəssisəsi tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 ölçülü şəkil yapışdırılır və şəkil möhürlə təsdiqlənir);
- İmtahana buraxılış vərəqəsini.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.
İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.
Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
• Azərbaycan dili;
• Riyaziyyat.
Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir.
İmtahanın müddəti 90 dəqiqədir.
İmtahanın keçirilməsi üçün 4 bina ayrılıb. İmtahanın idarə olunmasına 12 imtahan rəhbəri, 4 ümumi imtahan rəhbəri, 95 nəzarətçi, 8 buraxılış rejimi əməkdaşı cəlb ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 11 Aprel 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















