Icma.az
close
up
RU
DİM müəllimə cavab verdi: İttihamlar tamamilə əsassız xarakter daşıyır MÖVQE

DİM müəllimə cavab verdi: İttihamlar tamamilə əsassız xarakter daşıyır MÖVQE

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi (DİM) qanunvericilik fənni üzrə tanınmış müəllim Turan Məmmədlinin may ayında dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanlarda hüquqa zidd addım atılması, bəzi şəxslərə əvvəlki sualların təkrar verilməsi ilə bərabərlik prinsipinin pozulması barədə səsləndirdiyi fikirlərlə bağlı mövqe bildirib.

DİM-dən Pravda.az-ın sorğusuna cavab olaraq deyilib ki, Dövlət İmtahan Mərkəzi inzibati dövlət qulluğu vəzifələri üzrə dövlət qulluğuna qəbul olmaq üçün hər ay test imtahanları təşkil edir, imtahanlarda istifadə olunan test tapşırıqları və onların məzmunu mərkəz tərəfindən müəyyən olunur.

“Bu baxımdan səsləndirilən ittihamlar tamamilə əsassız xarakter daşıyır. Burada söhbət hansı hüquqazidd əməldən gedir, aydın deyil. Məsələnin mahiyyəti başqadır. Məlumdur ki, test imtahanının məqsədi iştirakçılara imtahandan keçdiyini təsdiq edən sertifikat verməkdir, lakin bəzi insanlar imtahana başqa məqsədlə gəlirlər. Belə ki, hazırlıq fəaliyyəti ilə məşğul olan bir qrup insan uzun müddətdir, mütəmadi şəkildə test imtahanlarında iştirak edir. Otuz, qırx, hətta altmış dəfə eyni imtahanda iştirak edənlər var və əsasən hazırlıqla məşğul olduğu yalnız bir fənn blokuna aid tapşırıqlara cavab verirlər. Onların əsas məqsədi sertifikat almaq deyil, sadəcə, imtahanda istifadə olunan test tapşırıqlarını kənara çıxartmaqdır. Bunun üçün bəzən əlavə kağız və ya salfet vasitəsilə sualları köçürməyə də cəhd edirlər. Bütün bunlar imtahan qaydalarının kobud surətdə pozulmasıdır. Həmin şəxslər həmçinin sualları öz hazırlıq qrupları iştirakçıları arasında və ya sosial şəbəkə hesablarında paylaşmaqla digər insanların da hazırlığa qoşulmalarını təhrik edirlər. Bu da imtahana özü hazırlaşmaq istəyənlər arasında haqlı narazılığına səbəb olur və DİM-ə bununla bağlı çoxsaylı müraciətlər daxil olur. Bir daha xatırladırıq, hər kəs imtahanın mahiyyəti və məqsədinə uyğun olaraq orada iştirak etməlidir və sui-istifadə hallarına yol verilməməlidir. İmtahanda iştirakçılara təqdim olunan tapşırıqların məzmununu isə yuxarıda qeyd etdiyimiz kimi, Mərkəz müəyyən edir və hər kəsin öz bilik-bacarığına uyğun qiymətləndirilməsi aparılır”, -  açıqlamada qeyd olunub.

Xatırlatma: T.Məmmədli imtahanda iştirak edən şəxslərin bir qisminə əvvəllər sosial şəbəkələrdə geniş müzakirə olunan, əvvəlki imtahanlara salınmış, hər kəsin bildiyi sual nümunələrinin təqdim olunduğunu, bununla da yüksək sertifikat əldə etdiklərini iddia edib.

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb

06 İyul 2025 08:45see210

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see124

Azərbaycanın ilk Xalq artisti

06 İyul 2025 00:20see121

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see121

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see119

Avropa çempionatı: Bir idmançımız qızıl, digəri isə...

06 İyul 2025 00:21see118

ECO Zirvə görüşü Qarabağda sülhün təmini və bölgəyə yeni həyatın qayıdışının təsdiqidir RƏY

05 İyul 2025 22:34see118

Tesla Optimus robotunun istehsalını dayandırdı SƏBƏB

06 İyul 2025 03:12see117

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see116

Azərbaycan Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı Əmirbəyov detalları açıqladı

06 İyul 2025 09:42see115

Beynəlxalq agentlik Azərbaycanda davamlı inkişaf proqnozlaşdırır

05 İyul 2025 23:55see115

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see114

Laçın Rayon Polis Söbəsindən əməliyyat: 300 ə yaxın çətənə bitkisi və silah sursat aşkarlandı

05 İyul 2025 19:50see114

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see113

Ukrayna kəşfiyyatı: Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu...

05 İyul 2025 20:01see113

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see112

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see112

Bu ərazilərə qar yağdı KONKRET

05 İyul 2025 21:19see111

BMT baş katibi Rusiyanın Ukraynaya zərbələrini pisləyib

05 İyul 2025 23:44see111

Millət vəkili: Xankəndi Zirvə görüşü edilən işlərin beynəlxalq səviyyədə təqdimatıdır

06 İyul 2025 00:48see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri