DİM: Ötən ilə nisbətən bu il tələbə olanların sayı 1580 nəfər daha çoxdur
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 26 avqust, AZƏRTAC
2024-cü ilin məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisədə bu il tələbə adını qazananların sayı artıb. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 1580 nəfər daha çoxdur.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu il dövlət sifarişi əsasında qəbul olanların sayı da ötənilki göstəricidən 839 nəfər çoxdur. Ümumiyyətlə, son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir.

DİM: Ötən ilə nisbətən bu il tələbə olanların sayı 1580 nəfər daha çoxdur
26 Avqust 2025 20:13
Tramp: Rusiyanın müharibədə itkiləri Ukraynaya nisbətən daha çoxdur
23 Yanvar 2025 20:44
Haber Global: COP29dan gözləntilər əvvəlki COPlara nisbətən daha çoxdur
19 Noyabr 2024 15:25
Hansı rayonlarda işsizlərin sayı daha çoxdur?
25 Fevral 2025 12:21

