DİM şəxsi kabinetinin şifrəsi itirilibsə, nə etməli?
Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bəzən abituriyentlər və ya tələbələr Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yaratdıqları şəxsi kabinetə giriş kodunu unuda bilərlər. Bu halda kabinetə yenidən giriş əldə etmək üçün müəyyən addımları atmaq lazımdır. İlk növbədə qeyd olunan nömrəyə yeni kod göndərmək lazımdır. Əgər qeydiyyatdan keçən zaman istifadə olunan nömrə hazırda əlçatmazdırsa, bu zaman nə etmək olar?
Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə Metbuat.az-a açıqlamasında bildirib ki, şəxsi kabinetin parolunu itibsə, o zaman tələbə DİM-in binasına yaxınlaşa və ya məsləhət mərkəzlərinə müraciət edə bilər:
“Bu mərkəzlər Memarlıq və İnşaat Universitetində, Azərbaycan Universitetində, Bakı Biznes Universitetində, Texniki Universitetdə, Odlar Yurdu Universitetində və Sumqayıt Dövlət Universitetində yerləşir. Vətəndaş ona ən yaxın olanına müraciət edə bilər”.
Qurum rəsmisi qeyd edib ki, şifrəni bərpa etmək üçün şəxsiyyət vəsiqəsini təqdim etmək mütləqdir.
Sevinc İbrahimzadə / Metbuat.az
Baxış sayı:92
Bu xəbər 11 Fevral 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















