Icma.az
close
up
RU
Həmid Herisçinin şifrəsi 6+5

Həmid Herisçinin şifrəsi 6+5

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün şair Həmid Herisçinin 65 illik yubileyidir.

Globalinfo.az xatırladır ki, Həmid Herisçi 1961-ci il aprelin 30-da Bakı şəhərində anadan olub.

Onun atası – Qafar Kəndli Herisçi 1923-cü ildə Təbriz şəhərində dünyaya göz açıb. Ailəsi əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir və “Herisçi” soyadı da məhz bu bölgənin adından götürülüb.

Həmid Herisçi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Müasir Azərbaycan ədəbiyyatında postmodernizmin nümayəndələrindən biri kimi tanınan Herisçi “Nekroloq” və “Əli. Nino. Bakı” adlı irihəcmli romanların, eləcə də çoxsaylı poetik nümunələrin müəllifidir.

O, bir müddət həyat yoldaşı İlhamiyyə Rza ilə birgə “Space” telekanalında yayımlanan “Gecə kanalı” verilişində aparıcılıq edib. 2002-ci ildə yaradılmış “Azad Yazarlar Ocağı”nın qurucularından biridir. 2013-cü ildə isə ANS telekanalında yayımlanan “Gizli Azərbaycan” proqramının aparıcısı olub.

Həmid Herisçi müasir poeziyada, nəsrdə və jurnalistikada öz dəsti-xətti ilə seçilən qələm və fikir adamıdır. O, həm də təhlilləri, köşə yazıları ilə də tanınır. H.Herisçinin proseslərə orijinal, özünəməxsus yanaşması onu fərqləndirib. Hazırda o, həyat yoldaşı İlhamiyyə Rza ilə “Mədəniyyət” kanalında “Mədəni tənqid” verilişinin aparıcısı və müəllifidir.

Globalinfo.az kollektivi olaraq Həmid Herisçini 65 illik yubileyi və doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona yaradıcılıq uğurları və möhkəm cansağlığı arzulayırıq.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Aprel 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri